İqor Xovayev Bakıya səfər edəcək

44

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev Bakıya səfər edəcək.

Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəis müavini İvan Neçayev məlumat verib.

O qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xovayev bu yaxınlarda İrəvana səfər edib:

“Bu səfər oktyabrın 31-də Soçidə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında aparılan danışıqlarda əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı erməni tərəfdaşlarla faydalı müzakirələr aparmağa imkan verdi. İqor Xovayev İrəvandan sonra Bakıya səfər edəcək”, – deyə Neçayev bildirib.

Yeganə