“iPhone” və “iPad”ı qıran yeni proqram yaradılıb

14

İsrailin “Cellebrite” şirkəti “iPhone” və “iPad”ın əməli olaraq bütün modellərini qırmaq iqtidarında olan nadir proqram yaradıb.

“Report” xəbər verir ki, proqram istehsalçılar tərəfindən hüquq-mühafizə orqanlarının ehtiyaclarını ödəmək üçün yaradılıb.

Onun yaradıcıları iddia edirlər ki, proqram iOS 7-dan iOS 12.3-ə qədər olan əməliyyat sistemləri ilə işləyən “iPhone” və “iPad” qurğularına giriş əldə etməyə imkan verəcək.

Bundan əlavə, indi “Android”lə işləyən qurğular, eləcə də, “Samsung Galaxy” smartfonları da onlar üçün əlçatandır.