"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“İntim video” testi: sağ çıxdıqmı?

20 Avqust 2022 - 11:00
in Cebhe-banner, MANŞET
FacebookVatsap

O qadınlara – ana olduğunu unutmuş, analıq missiyasını yaddan çıxarmışlara qətiyyən haqq qazandırmıram. Bu, mümkün də deyil. Onları o “absurd teatr”ın oyuncağına çevirən, öz əxlaqsızlığını dövlət idarəsinin kabinetinə daşıyan birisinin əməlini ifadə edəcək söz də yoxdur leksikonumda.

Bunu da oxuyun

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Amma tam həqiqəti də bilmirik: bu nə tamaşadır, nə quramadır, nə ağudur? Bu əxlaqsız cəmiyyətə nəyi sübut etməyə çalışır?

Baş Prokurorluq cinayət işi açıb, o, namussuz əməlinin cəzasını alır, alacaq. Yəqin ki, istintaq hər şeyi aydınlaşdıracaq və bütün suallara cavab tapılacaq. Yaxşı olardı ki, yekunda baş verənlərlə bağlı ictimaiyyətə də ətraflı məlumat verilsin.

Bu, məsələnin hüquqi tərəfidir. Amma məni daha çox mənəvi nüanslar maraqlandırır.

Bu görüntüləri cəmiyyəti yoxlamaq üçün hiyləgərliklə düşünülmüş məkrli test kimi qəbul edək: sizcə, toplum olaraq bu testdən keçə bildikmi? Mənəviyyat, ləyaqət, şərəf nümayiş etdirə bildikmi?

Uşaqları heçmi düşünmədiniz? Heç bir suçu, günahı olmayan, bu dünyanın eybəcərliklərindən, çirkablarından xəbərsiz, valideynlərini az qala Allah kimi müqəddəs sayan uşaqları; su kimi saf, pak, ürəyi, qəlbi təmiz, arı, dünyanı nağıl, ata-analarını qəhrəman sayan uşaqları…

O uşaqların – analarının videolarına tamaşa etdiyiniz o uşaqların hansı sağalmaz travmanı aldıqlarını, bu dünyanın gözlərində necə darmadağın olduğunu düşünürsünüzmü?

Məncə, onların zehnində, altşüurunda baş vermiş zəlzələnin, dağıntıların fəsadlarını heç vaxt aradan qaldırmaq mümkün olmayacaq.

Bəs, öz uşaqlarınızı necə?

Öz övladlarınızın altşüuruna hansı informasiya ötürdüyünüzün fərqindəsinizmi?

Məşhur sosioloqlardan biri bu cür mövzularda hər kəsə çağırış etmişdi – heç bir uşaq haradasa bir atanın öz qızına təcüvüzü haqda informasiyanı oxumamalı, görməməli, bilməməlidir, onun altşüurunda bu bilgi kök salmamalıdır, onda “belə də ola bilərmiş” təsəvvürü yaranmamalıdır. Çünki onda atasına, qardaşına, doğmasına potensial təhlükə kimi baxacaq…

Siz, özünü namuslu, vicdanlı, ləyaqətli sayan şəxslər, bu videoları paylaşmaqla işləyən, çalışan minlərlə namuslu, vicdanlı, ləyaqətli ana haqda övladlarına hansı informasiyanı ötürdünüz? Onminlərlə namuslu, vicdanlı ananın övladlarının altşuüruna “belə də ola bilərmiş” təsəvvürünü yerləşdirdiyinizi heçmi düşünmədiniz?

O anaların içində şübhəsiz sizin də, bizim də doğmalarımız var! Gülə-gülə, lağ edə-edə, manyakcasına, qisas alırmış kimi paylaşımlarla övladlarınızda hansı düşüncə formalaşdırırsınız?

Vatsapda, Teleqramda, Tiktokda ləzzətlə seyr edib, sonra da dosta, tanışa həvəslə göndərdiyiniz, baxmasını məsləhət gördüyünüz o videoların arxasında neçə uşaq, neçə qadın birbaşa, neçə minlər, onminlər dolayısı ilə var, ağlınızın ucundan heçmi keçirmirsiniz?

Bir neçə gündür ki, bu suallarla sosial şəbəkələri izləyirəm, heyrətlənirəm, o çarəsiz uşaqları və bütövlükdə uşaqları düşünürəm və “həqiqətənmi bu insanlar mənim soydaşlarım, dostlarım, həmkarlarımdır” sualına cavab gəzirəm…

Bəli, biabırçı, ayıb, çox ayıb, utancverici olaydır, xüsusən həm də ona görə ki, dövlət qurumunda əyninə hərbi mundir geymişlər arasında baş verib. Dəhşətli və faciəvidir. Dövlət ərkanına böyük zərbədir. İllərdir ki, FHN sistemində bu dövlətə və insanlara misilsiz fədakarlıqla xidmət edən qəhrəman oğul və qızlarımıza, onların əməyinə, millət və dövlət sevgisinə atılan ləkədir, gözdənsalma, linç kampaniyasıdır. Ölkədə daha ağır problemlər var. Məsələn, elə bu dəqiqələrdə də meşələrimiz yanır. Yanğını söndürmək üçün yüzlərlə mütəxəssis, peşəkar, vətənpərvər günlərdir ki, çöllərdə fasiləsiz işləyir, əmək, çaba sərf edir, əsl mənada öz həyatını riskə qoyur. Sadəcə, peşə borcunu yerinə yetirmək deyil bu, fövqəladə qəhrəmanlıqdır, sevgidir, vətənpərvərlikdir. Amma o boyda Yanğın faktı belə gözardı edilib, bizim toplum “köz”lə oynayır. “İntim səhnəcik”lərin doğurduğu iyrənc təəssürat hər şeydən önə çıxıb. Dəyərlərimiz amansızcasına məhv edilir. Hamı “hərşeyşünas” olub. Hamı danışır, hamı fikir bildirir, ağız deyəni qulaq eşitmir.

Hətta media da… Media da bütün tapındığı dəyərləri məhv etməklə məşğuldur. Kənarda seyrçi qalmağa üstünlük verən 1-2 media orqanı var. Yerdə qalanlar xorla “araşdırma” aparır, başlıqlar ürək bulandırır, fotoşəkillər, açıq-aydın sifətlər paylaşılır, qadınların sayı, geyinməsi-soyunması xəbərə çevrilir, yayımlanır, sanki elə belə də olmalıymış kimi, başıpozuq, xaotik bir proses davam edir.

Şayiələr, uydurmalar, yalanlar… əsl həqiqəti qaranlığa gömür. Hamı qışqırır, hamı tələb edir, öz evindən xəbəri olmayanlar minlərlə insanın çalışdığı böyük bir dövlət qurumunun məsuliyyətini 1 nəfərdən tələb edir. Mənəvi məsuliyyəti cinayət məsuliyyətindən fərqləndirə bilmirlər…

Ən pisi isə… oxuyub, təhsil alıb karyera quran, öz ayaqları üzərində durmağa, güclü olmağa çalışan, can atan, zəhməti ilə, namusu ilə inkişaf etməyə, yüksəlməyə əzm göstərən qızlarımıza, qadınlarımıza dəyən zərbədir. Təəssüf ki, illərlə, minbir əziyyətlə yaratdığımız Təhsilli-karyeralı-güclü Qadın Obrazı qətl edilir. Və bu prosesi durduran yoxdur. Başıpozuq güruha anladan yoxdur ki, harada insan varsa, orada bənzər hadisələr olub, yaşanıb, bundan sonra da olacaq, yaşanacaq. Önəmli olan bu travmatik skandallardan cəmiyyət olaraq az zədə ilə çıxmaqdır. Əgər dünyanın fövqədövləti sayılan ABŞ-da, Ağ Evdə də “Monika skandalı” baş veribsə, nəyə təəccüblənməliyik və niyə təəccüblənməliyik? Elə indi, olduğunuz, dayandığınız yerdən bir divar o biri üzdə nə baş verdiyindən xəbəriniz varmı? Və ya əminsinizmi nəsə baş verməyəcək?

Aynur Camalqızı

Previous Post

Ukrayna Krımı hərbi yolla azad etməlidir

Next Post

Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir

Bənzər yazılar

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

Rubio: Ukraynada müharibə danışıqlarla bitməlidir

08 Oktyabr 2026 - 17:38

Vaşinqton administrasiyası Ukrayna münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə kömək etmək cəhdlərini davam etdirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə...

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00

Avropa İttifaqının (Aİ) Rusiya ilə qarşıdurması onun, eləcə də üzv ölkələrin problemlərini daha da dərinləşdirəcək. Elchi.az xəbər verir ki, bunu...

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16

Ukrayna üzrə danışıqlar məsələsində Rusiyanın vicdanı təmizdir, ABŞ isə Avropanın təzyiqinə tab gətirə bilməyib. Elchi.az xəbər verir ki, bunu Rusiya...

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

BRİKS BMT-ni əvəz edə bilər? – Rusiyadan diqqətçəkən mesaj

07 Oktyabr 2026 - 16:00

"BRİKS qurumları daha da dağılacağı təqdirdə Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər". Elchi.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburq...

Next Post
Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir

Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir

Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir

Qərb kəşfiyyatı: Ukrayna Kremlə psixoloji təsir edir

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.