"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İntihar edən jurnalistin baş redaktoru: “Mövludun intiharında bu ayrılığın rolu güclüdür”

18 Mart 2017 - 08:16
in XƏBƏR LENTİ
FacebookVatsap

 Aynur Camalqızı Mövludun özünə qəsdi barədə bilinməyənləri danışdı: “Son günlər intihar edəcəyini dostlarına deyirmiş…”

Martın 16-dan bəri media və ədəbiyyat cameyəsi gənc yazar Mövlud Mövludun (Abdullayev) intiharı ilə şokdadır. 28 yaşlı gəncin ürək dağlayan hekayəsi və intiharının arxasındakı suallar isə hələ də müzakirə mövzusudur. Xatırladaq ki, o, özünü Süleyman Sani Axundov küçəsi 31/23 ünvanındakı binanın 17-ci mərtəbəsindən yerə atıb və hadisə yerində ölüb.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Dediyimiz kimi, ortada xeyli cavabsız suallar var. Belə bir ərəfədə isə hər nə qədər jurnalistika qaydaları yaxınları, ailə üzvlərini danışdırmağı tələb etsə də, bu, çox nadir hallarda baş tutur. Çünki yaxınları bu ağrılı intiharın şokunu hələ də üzərlərindən ata bilməyib. Amma Mövludun “ikinci evi” sayılan iş yerindən bəzi suallara cavab tapa bildik. Ölümündən öncə çalışdığı “Gündəlik Teleqraf” MMC-in sahibi Aynur Camalqızı musavat.com-a müsahibəsində bəzi məsələlərə aydınlıq gətirdi, sevimli işçisi Mövludun ölümündən keçirdiyi ağrını bizimlə paylaşdı.

– Aynur xanım, cəmiyyət, xüsusən də media sektoru Mövludun intiharının şokundadır hələ də. Hər kəsin bu gəncə ürəyi ağrımaqla yanaşı, səbəb də axtarır bu faciəyə. Nə idi bu intiharın arxasındakı səbəb? Məlumat və təxminləriniz nə deyir?

– Təbii ki, hamı kimi mən də şokdayam. Mövlud çox simpatik, istedadlı gənc idi. Həyatsevər, parlaq, işıqlıydı. Onun bir gün intihar edəcəyini təsəvvür belə etməzdim. Son bir neçə aya qədər onda depressiv bir durum hiss etməmişdim. Teleqraf.com-da redaktor idi, həvəslə işləyirdi, ədəbiyyatla bağlı maraqlı ideyaları vardı. Son aylarda həyat yoldaşıyla (jurnalist Sevinc Fədai-red.) aralarında müəyyən problemlərin olduğu deyilirdi. Sonra Sevinc Fədai bizdən işdən getdi, başqa sayta keçdi. İşdən gedərkən, deyəsən, evdən də gedib, atasıgilə köçüb. Ailəiçi məsələ olduğu üçün danışmaq istəmirəm bu barədə. Amma düşünürəm ki, Mövludun intiharında bu ayrılığın rolu güclüdür. Həyat yoldaşının boşanacağını düşünərək depressiyaya düşdü. Tez-tez intihar edəcəyini deyirmiş. Əlbəttə, adam inanmaq istəmir. Ona görə də heç kəs inanmazdı ki, dediyini edər. Biz sonadək ona dəstək olmağa çalışdıq. Bütün kollektiv şahiddir ki, çox şey etdik. Amma görünür, hər şey edə bilmədik. Təxminən 15 gün öncə xəstəxanaya göndərdik. Bir həftə xəstəxanada qaldı, müalicə aldı. Keçəcəyini güman edirdik. Görünür, keçməyibmiş. İnanın ki, özümü çox günahkar sayıram. Sarsıntı içindəyəm. Mövlud kimi bir gəncin yetişməsi üçün 28 il vaxt lazımdır. Ədəbiyyat adına böyük itki sayıram, istedadına heyfislənirəm. Onu qorumaq lazım idi.

“Axırıncı gün çağırdım otağa, danışdıq. Fikri dağınıq idi, sanki məni heç dinləmirdi”

– Eyni iş yeri, kollektiv ikinci ailə deməkdir. Ən azı ailəsi qədər tanıyırdız Mövludu demək ki…

– Əlbəttə ki. İş yeri bizim ikinci evimizdi. Günün çox hissəsini bir yerdə keçirdiyin insanlarla təbii ki, çox doğmalaşırsan. Mövludu redaksiyada hamı çox istəyirdi. Mehriban idi, sevimli idi. İndi düşünürəm ki, sevgiyə, ilgiyə çox ehtiyacı olan bir adam imiş. Həssas idi, tez qırılan idi. Qohum-əqrəbası ilə əlaqə saxlamırdı bildiyim qədər. Ona görə də Sevinc onu tərk edən kimi təkləndi. İndi yoldayıq. Kollektivimizlə birgə onun dəfn mərasiminə gedirik. Çox istərdim onun valideynlərindən soruşum ki, Mövludu niyə tək qoymuşduz? Onun sığınmaq, söykənmək üçün bir çiyinə nə qədər ehtiyacı var imiş…

– Onunla son görüşünüzü necə xatırlayırsız?

– Sonuncu gün işdə mənə dedilər ki, Mövlud çox əsəbidir. Səhər iclasda bir neçə dəfə baş redaktorla mübahisə edib. Köməkçim Humay dedi ki, onunla danışmağa ehtiyac var. Çağırdım. Rəngi bəmbəyaz, fikri dağınıq idi. Üzünə baxanda ürəyim sıxıldı. Aydın Dadaşovun ölümündən danışmağa başladı. Dedi, tələbələrindən açıqlamalar alırıq. İradə Musayevadan, Elçin Əlibəylidən açıqlama aldıqlarını, digərlərini axtardıqlarını dedi. Yəqin elə bilirdi ki, işlə, gündəmlə bağlı çağırmışam. Bir neçə dəfə “narahat olmayın, hazırlayıb sayta qoyacağıq” dedi. “Niyə beləsən, sənə nə olub”, deyə soruşdum. “Bəlkə səni Sevinclə barışdıraq”, dedim hətta. Dedi, “yox, qətiyyən ona zəng etməyin”. Dedim, “Mövlud, güclü ol, sən güclü olmalısan, bunlar hamısı keçəcək. Məndən asılı nə varsa, eləyim. Sənin arxandayıq, möhkəm ol”. Soyuqqanlılıqla “yaxşı” dedi və getdi. Mənə elə gəldi ki, o, heç məni dinləmir, sanki fikri başqa yerdədir. Çox narahat oldum. Əlimi telefona uzatdım ki, xalasına – Xumar Qədimovaya zəng edim, vəziyyətə izah edim, kömək istəyim. Sanki qolumdan tutub saxladılar. Hələ tezdir, bəlkə yatır, günün ikinci yarısı zəng edərəm deyə düşündüm. Sonra başım qarışdı, zəng etməyi də unutdum. İndi fikirləşirəm ki, bəlkə zəng etsəydim, vəziyyəti danışsaydım, qohum-əqrəbası başına yığılar, onu bu fikirdən daşındırardı. Özümü çox qınayıram.

“İndi fikirləşirəm ki, bəlkə zəng etsəydim, vəziyyəti danışsaydım, qohum-əqrəbası başına yığılar, onu bu fikirdən daşındırardı. Özümü çox qınayıram”

– Öldüyü zaman cibindən çıxan cüzi qəpiklər… Mövludla bağlı ağılda qalan mənzərə həm də budur. Onun həm də kasıblıqdan, maddi problemlərin çoxluğundan intihar etdiyi yayılan söhbətlər sırasındadır… Bu məqamda istər-istəməz onun baş redaktoru olaraq sizin söz haqqınız yaranır – işçiniz Mövlud kasıblıqdan əziyyət çəkirdi?

– Mən bunu deyənlərə facebookda da etiraz etmişəm. İndi də təkrar edirəm: maddi imkansızlığa görə olsa, məntiqlə gərək bütün yaxşı insanlar canına qəsd etsin. Bu, sırf psixoloji məsələdir. İndi maddi sıxıntı hər yerdə və hər kəsdə var. Bu, heç vaxt səbəb ola bilməz və Mövludun səbəbi də dəqiq bilirəm ki, bu deyildi. Onun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı. Mövludu tanıyanlar bilir ki, o pul-para dalınca heç vaxt qaçmayıb. Bizdə də redaktor kimi normal maaş alırdı. Mən də həmişə maddi problemi olanda dəstək vermişəm. Dünən facebookda rast gəldim bu fikrə – intihar böyük bir sualdır. Bəli, hansı səbəbdən baş verdiyini anlamaq o qədər çətindir ki. Bəs psixoloq Dəyanət Rzayev niyə intihar etdi? O ki maddi durumu qaydasında olan bir insan idi? Üstəlik, psixoloq. Yəni, birmənalı cavab vermək çox çətindir. Bircə onu bilirəm ki, belə insanların tək qalması təhlükəlidir. Belə depressiv vəziyyətdə dostlar, qohumlar onu tək qoymamalıydı.

“Mövludun qardaşı Bakının rayonlarından birində, prokurorluqda müstəntiq işləyir. Xalası tanınmış müğənni Xumar Qədimovadır. Maddiyyata həvəsli olsaydı, onların yanında olardı”

– Mövlud ölümündən öncə bir neçə gizli mesaj verib sanki. Facebook profilini bağlayıb, qapısının üstünə iki ürək şəkli yapışdırıb, redaksiyanın yaxınlığındakı binanın 17-ci mərtəbəsindən özünü atıb… Bütün bu mesajları bir araya gətirəndə, hansı nəticəni çıxarmaq olar?

– O mesajlarda nəyi nəzərdə tutduğunu özündən başqa heç kəs bilə bilməz. Profilini son vaxtlar tez-tez bağlayır, sonra açırdı. Son mesajını oxumuş olsaydım, mütləq onu axtarardım. Təəssüf edirəm ki, facebookda olmamışam o saatda. Kimsə xəbər etsəydi, mütləq şübhələnərdim. Çünki intihar edəcəyini işdə də, dostlarına da deyirmiş son günlər. Mən hər dəfə Sevincə, yaxud Mövludun xalasına, qardaşına zəng etməyə cəhd edəndə sanki gözəgörünməz qüvvə qolumdan tutub saxlayırdı. Onu da fikirləşirəm ki, bəlkə əcəl imiş bu? Sadəcə intihar formasında baş verdi? Bəlkə Tanrı ona elə 28 il ömür yazıbmış? O qədər cavabsız suallar var ki…

“Kişilər nə qədər güclü görünsələr də, onların həmişə güclü bir qadına ehtiyacları var. O qadın ana da ola bilər, həyat yoldaşı da, dost da. Təəssüf ki, Mövludun yanında elə bir qadın olmadı”

– Bu günlərdə sosial şəbəkədə bəziləri Mövludun həyat yoldaşı Sevinc xanımı onu tək qoyduğu üçün qınayır. Siz Sevinc xanımla, eks işçinizlə bu barədə danışmısızmı? Mövlud həyatının son dəqiqəsində onunla əlaqə saxlayıbmı, sağollaşıbmı? Məlum, bizim onunla danışmaq imkanımız yoxdur, çünki mediaya cavab verəcək əhvalda, durumda deyil…

– Mövludla Sevinc son gün danışıbmı, görüşübmü, bilmirəm. Amma həmin gün axşam saatlarında Sevinc Fədai bizim redaksiyaya gəlibmiş. Bunu səhəri gün gecə növbəsinin redaktorları danışdılar. Mövludgil redaksiyanın yaxınlığındakı bir binada kirayə qalırdılar. Redaktorlar deyir ki, sevindik, elə düşündük ki, barışıblar, ona görə Sevinc bura gəlib… Sonra nə baş verdiyini bilmirəm. Sevinclə danışmamışam. Mövludun ölümünün sarsıntısındadır yəqin ki. Sevinci mən də qınayıram. Onu da, özümü də, bütün dünyanı da qınayıram. Gərək onun əlini heç buraxmayaydı. Qoruyaydı Mövludu. Bunu o, etməli idi. Aradan nə keçirsə keçsin, azərbaycanlılar sivil yolla, dost kimi ayrılmağı bacarmırlar. Ustəlik, ortada körpə uşaq var. Mövludun həyatının son günlərində mərhəmətə ehtiyacı olub. Bir ələ ehtiyacı olub. Onu tutub saxlayan ələ. Məni düzgün anlamağa çalışın. Kişilər nə qədər güclü görünsələr də, onların həmişə güclü bir qadına ehtiyacları var. O qadın ana da ola bilər, həyat yoldaşı da, dost da. Təəssüf ki, Mövludun yanında elə bir qadın olmadı.

– Dəfn mərasimində valideynlərinin iştirak etməməsi barədə söz-söhbətlər yayıldı. Doğrudurmu?

– Xeyr, yalandır. Ata-anası, qardaşı, xalaları hamısı orda idi. Atasını dünən səhər həyat yoldaşım Bakıdan yola saldı. Anası onsuz da Qazaxdaydı. Amma Sevinc yox idi, öz atasıgildədir.

Previous Post

İntihar edən jurnalistin baş redaktoru: “Mövludun intiharında bu ayrılığın rolu güclüdür”

Next Post

ANS-in yayımı bərpa olacaqmı…

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

ANS-in yayımı bərpa olacaqmı...

ANS-in yayımı bərpa olacaqmı...

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.