İnstaqramda naməlum fasilə səbəbindən istifadəçilər hesablarının dayandırıldığı barədə mesajlar almağa başlayıblar.
İnstagram sosial media tətbiqindən istifadə edən bir çox istifadəçi hesablarının dayandırıldığı mesajını görüb.
DownDetector-a görə, problemlər GMT ilə saat 13:08-də başlayıb və bütün dünyada istifadəçilərə təsir edir.
Kəsintilərin səbəbi hələ də bəlli olmasa da, bir çox istifadəçi hesablarının dayandırıldığını bildirib.
Elchi.az xəbər verir ki, İnstagram isə mövzu ilə bağlı bu açıqlamaları verib:
“Giriş problemi ilə üzləşdiyinizi bilirik. Biz bu xətanı araşdırırıq və narahatlığa görə üzr istəyirik.”
Şayəstə