"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İnsanları təngə gətirən bahalaşma deputatları da dilə gətirdi

17 Oktyabr 2016 - 08:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

İnsanları təngə gətirən bahalaşma deputatları da dilə gətirdiParlament üzvləri vahid qiymət sisteminə keçməyi təklif edirlər…

Bazarlarda qiymət artımı davam edir. Xüsusən gündəlik tələbat mallarının qiymətinin durmadan artması insanları daha çox narahat edir. Əhali demək olar ki, hər gün marketlərdə yeni qiymətlərlə rastlaşır. Son bir ayda manatın dəyərdən düşməsi prosesi dayansa da, bahalaşma prosesi dayanmır. Xaricdən gətirilən ərzaq məhsulları ilə yanaşı, yerli  istehsal mallar da günbəgün bahalaşır. 
Bu məsələyə münasibət bildirən deputatlar isə hesab edirlər ki, həm bazarda qiymətlərə nəzarət güclənməli, həm də qiymət artımını ortaya çıxaran səbəblərin  aradan qaldırılması üçün addımlar atılmalıdır.
“Yeni Müsavat”a açıqlamasında ölkədə gedən bahalaşmaya münasibət bildirən Milli Məclisin deputatı Zahid Oruc qiymət artımlarının istənilən halda arzuolunmaz bir tendensiya olduğunu qeyd etdi: “Şübhəsiz ki, bahalaşma hiss olunur və parlament üzvlərinin büdcəsinə vurduğu ziyandan daha çox təmsil etdiyimiz insanların maraqları baxımından bunu alqışlamaq mümkün deyil. Dünyada da qiymət artımlarını məqbul sayan nə sadə vətəndaş var, nə də vəzifə adamı. Dövlət başçısı da sonuncu müşavirədə bu məsələyə toxunaraq, komandasından iqtisadi və inzibati addımlar atmağı tələb etdi. Düşünürəm ki, son bahalaşmanın bir sıra səbəbləri var. Onlar bir tərəfdən idxal olunan mallara tətbiq olunacaq əlavə gömrük rüsumları nəticəsində baş verib, digər tərəfdən qış fəslinin yaxınlaşması qiymət artımında müəyyən qədər rol oynayır. Təbii ki, iqtisadiyyatın daxili strukturunda da hökm sürən problemlər mövcuddur. Möhtəkirlik halları, inhisarçılıq meyilləri olduğu üçün bazarda yüksək qiymətlər diktə oluna bilir. Azərbaycan hələ ki, qeyri-neft sektoruna tam keçə bilməyib, xaricdən asılılıq qalmaqdadır. Bunlar bahalaşmada rol oynayır. Biz parlament üzvləri olaraq, hökumətlə bu yöndə ən sərt addımların atılmasını tələb etməliyik ki, vətəndaşlarımızın, xüsusən də aztəminatlı insanlarımızın həyatında problem yaranmasın. Parlament üzvlərinin bu məsələdə şəxsi problemləri ilə bağı ağlamasına ehtiyac görmürəm. Çünki bütün hallarda deputatların aldığı maaş onların normal yaşamasını təmin edir. ən başlıca məsələ müxtəlif əhali kateqoriyaları ilə bizim aramızda olan fərqi yaxınlaşdırmaqdır”.
Deputat Fazil Mustafa isə bunun qarşısını almaq üçün daxili istehsalın artırılmasının vacibliyini vurğuladı:“Bu proses gözlənilən idi. Çünki devalvasiyadan sonra əhalinin itkilərinin müəyyən qədər kompensasiya edilməsi vacib idi. Bu istiqamətdə daha geniş bir proqram işlənib ortaya qoyulmalı idi. Xüsusən də iş adamlarının və sahibkarların böyük itkiləri var idi. Ölkəyə gələn malların böyük əksəriyyəti dollarla alınıb gətirilir. Daxili bazarda manatın dəyərdən düşməsi qiymət artımının başlıca səbəbidir. Çünki daxili istehsal zəifdir. Bu problemi aradan qaldırmaq isə bir ayın işi deyil, onu kökündən həll etmək istiqamətində ciddi işlər aparılmalı idi. İndiyə qədər regionların inkişafı  ilə bağlı müəyyən işlər görülsə də, konkret olaraq istehsala üstünlük verilməsi məsələsi, istehsal müəssisələrinin stimullaşdırılması məsələsi bir qədər ləng aparılıb. Əhalinin kənd təsərrüfatında müəyyən dərəcədə üstün şərtlərlə çalışma imkanı olmayıb, bu nəzərə alınmayıb. Gəlirli sahələrin hamısında qiymət aşağı olduğundan istehsalçı buna maraqlı olmur. Bu baxımdan daxili bazarda qiymətlərin artmasının səbəbi həmin məhsulların xarici bazardan valyuta ilə alınmasıdır. Artıq malı gətirən hər hansı şəkildə qiyməti aşağı sala bilmir. Çünki o dollarla aldığı məhsulu manata çevirəndə qiymət fərqini nəzərə almalıdır ki, özünə də xeyir qalsın və biznesini inkişaf etdirə bilsin”.
Deputatın sözlərinə görə, bu problemin həlli yolu əhalinin maaşlarının qaldırılması, minimum əmək haqqının yüksəlməsi, insanların ehtiyac  meyarının daha yüksək səviyyədə, 200 manat civarında götürülməsidir: “Bahalaşma gözlənilən idi və onun qarşısını almaq üçün istehsalı stimullaşdırmaq lazım idi. Hər yanda supermarket açılır, hamı satır, ancaq heç kim istehsal etmir. Hamısı xaricdən gətirilən məhsullardır. Daxili istehsal da xarici rəqabətə dözə bilmədiyinə, tələbata cavab vermədiyinə görə gəlir gətirmir. Bu problemləri sərt iqtisadi islahatlar aparmaqla nisbətən ortadan qaldırmaq mümkündür”.
 
Milli Məclisin deputatı Çingiz Qənizadənin sözlərinə görə, bahalaşmanın həm obyektiv, həm də subyektiv səbəbləri var: “Obyektiv səbəbləri dolların bahalaşması, milli valyutanın dəyərdən düşməsidir. Təbii ki, bu ölkəyə gətirilən malların qiymətinə mütləq təsir etməlidir. Ancaq çox təəssüflər olsun ki, ölkədə istehsal olunan məhsulların da süni şəkildə qiyməti artırılır. Bəzi işbazlar hu bahalaşmada maraqlıdır. Bu yaxınlarda Nazirlər Kabineti bir qərar qəbul elədi, ölkədə istehsal olunan, lakin ona bərabər olaraq xaricdən gətirilən bəzi malların, o cümlədən meyvə-tərəvəzin, toyuq ətinin və sairin qiymətini qaldırdı. Bu sadəcə ona xidmət edir ki, ölkədə istehsal olunan məhsulların daxili bazarda reallaşması asanlaşsın və bu sahədə çalışan insanlar gəlir əldə etsinlər. Amma əgər bu gün xaricdən gətirilən toyuq ətinin hər kiloqramında 1 manat artım müşahidə olunacaqsa, bu o demək deyil ki, ölkədə istehsal olunan toyuğun da qiymətini 1 manat artırmaq lazımdır. Çox təəssüf ki, buna meyl edən sahibkarlar var. Əhalinin pis vəziyyətdə olmasından istifadə edib varlanmağa çalışan insanlar var. Mən təbii ki, bunu pisləyirəm. Cənab prezident  də qətiyyətlə bunu qeyd edib ki, bazarda qiymətlərə nəzarət olmalıdır, tənzimlənmə olmalıdır, süni qiymət artımına gedənlərə qarşı mübarizə aparılmalıdır. Xaricdən gətirilən bəzi məhsulların gömrük rüsumunun artırılması yerli istehsalçılar üçün əlverişli şərait yaradır. Ancaq yerli istehsalçıların da bəziləri süni qiymət artımına getməklə əhalidə narazılıq yaradırlar. Bu hallara qarşı mübarizə aparılmalıdır. Bütün hallarda ölkə ərzaq məhsullarının qiymətinə nəzarəti olunmalıdır və vahid qiymət sistemində keçilməlidir. Çalışmalıyıq ki, nə istehsalçıların, nə də istehlakçıların hüquqları pozulmasın”.
Previous Post

İnsanları təngə gətirən bahalaşma deputatları da dilə gətirdi

Next Post

Fəxrəddin Manafov: “Bəxtim gətirdi…”

Bənzər yazılar

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18

Kanada 1990-cı illərdən bəri ilk dəfə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurasında yer almayacaq. Elchi.az xəbər verir ki, bu barədə...

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16

Kasurda (Pakistan) sərhəd bölgəsində Hindistan Sərhəd Təhlükəsizliyi Qüvvələrinin (BSF) atəş açması nəticəsində 2 pakistanlı ölüb, 1-i isə yaralanıb. Elchi.az xəbər...

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59

Saziş başa çatdıqdan sonra birləşmiş "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adını daşıyacaq. Elchi.az xəbər verir ki, bu...

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. Elchi.az...

Next Post

Fəxrəddin Manafov: "Bəxtim gətirdi…"

Fəxrəddin Manafov: "Bəxtim gətirdi…"

Son xəbərlər

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

Kanada uzun illərdən sonra Beynəlxalq Buzüstü Hokkey Federasiyasının Şurasında yer almayacaq

02 Oktyabr 2026 - 22:18
“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

“Dawn”: Hindistan sərhədçilərinin açdığı atəş nəticəsində 2 pakistanlı ölüb

02 Oktyabr 2026 - 22:16
Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.