İnsanlar səhralarda yaşayacaq- 2075-ci ildə (Proqnoz)

181
SHARES
317
VIEWS

İnsanlar səhralarda yaşayacaq- 2075-ci ildə (Proqnoz)

>

“Apple” koorpasiyasının həmtəsisçisi Stiv Voznyak 2075-ci ildə dünyada baş verəcək hadisələri proqnozlaşdırıb.

Bunu da oxuyun

Elchi.az dünya mətbuatına istinadən xəbər verir ki, Stiv Voznyak təmsil etdiyi şirkətin o illərdə də yaşayacağını bəyan edib:

“ Baxın, görün, “Apple”şirkətinin nə qədər pulu var (246 milyard dollar-red.). Apple şirkətinin 2075-ci ilə qədər yaşamayacağını təxmin etmək gülməli olar. Bu Google və Facebook şirkətlərinə də aiddir.”

Voznyak həm də qeyd edib ki, 2075-ci ildə insanlar səhralarda yaşayacaq. Çünki bu yerlərdə şəhərlər 0-dan qurulacaq. Onun sözlərinə görə, insan həyatında ən böyük yeri süni intellekt tutacaq.

Kosmosun fəth olunması məsələsində də Voznyak optimistdir. O, əmindir ki, 2075-ci ilə qədər insanlar Mars planetini kolonlaşdıracaq və bu planet yerlilərin sənaye mərkəzinə çevriləcək. Voznyakın proqnozlarına görə, o vaxta qədər insanlar yadplanetlilərlə ünsiyyət yarada biləcək.

Elchi.az

Bənzər yazılar

Next Post

Son xəbərlər