İngiltərədə hökumət plastik bıçaq, qaşıq və boşqab kimi birdəfəlik əşyaların qadağan ediləcəyini təsdiqləyib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Ətraf Mühit Naziri Tereza Koffi deyib ki, bu addım gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edəcək.
Qərarın nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb.
Rəsmi məlumatlar göstərir ki, Böyük Britaniyada hər il 1,1 milyard birdəfəlik boşqab və 4 milyarddan çox plastik bıçaq istifadə olunur.
Məlumdur ki, plastik tullantılar uzun illər təbiətdə həll olunmur.
Bu qadağa hazırda Şotlandiya və Uelsdə qüvvədədir. Eyni zamanda Böyük Britaniyada 2020-ci ildən plastik saman və qarışdırıcı kimi məhsulların istifadəsi qadağan edilib.
Yeganə