Britaniya KİV-ləri ölkədə “Alabamian çürük” (CRGV) adlı nadir xəstəliyə yoluxma hallarının artdığını bildirib. Təhlükəli xəstəlik itin dərisinin və böyrəklərinin qan damarlarını bağlayaraq ət çürüməsinə səbəb olur.
Elchi.az Naked-science.ru-ya istinadən xəbər verir ki, xəstəlik ölümlə nəticələnə bilər.
Xəstəliyin yeni halları Dorçesterdə (Böyük Britaniyanın cənub-qərbində yerləşən Dorset qraflığı) qeydə alınıb. Xəstəlik Şotlandiya, İrlandiya, Uels və İngiltərənin şimalında da yayılıb.
Xəstəliyin səbəbi hələ məlum deyil. Fərziyyələrdən birinə görə, onlar bataqlıqlarda yaşayan və heyvanların tüklərində görünən mikroblardır. Xəstəliyə qarşı dərman yoxdur.
Baytarlar ev heyvanlarının sahiblərinə gəzintidən evə qayıtdıqdan sonra itlərinin pəncələrini yaxşıca yumağı məsləhət görürlər.
Yeganə