İngiltərənin silah ixracı 2022-ci ildə rekord həddə çatdı

115

İngiltərənin silah ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən iki dəfə artaraq rekord həddə – 8,5 milyard funt-sterlinqə çatıb.
Elchi.az xəbər verir ki, silah ticarətinin kökünü kəsmək üçün çalışan Böyük Britaniyada yerləşən Silah Ticarətinə Qarşı Kampaniya təşkilatının təhlilinə əsasən, Britaniyanın silah ixracı iki illik azalmadan sonra 2022-ci ildə artıb.
Silah satışı, açıqlanan satış məlumatları ilə ən geniş ixrac edilən növ olan vahid fərdi ixrac lisenziyaları (SIEL) əsasında hesablanmışdır.
Müvafiq olaraq, ölkənin silah ixracı keçən il 8,5 milyard funt-sterlinqə çatdı ki, bu da bu sahədə məlumatların yayımlanmağa başladığı 2000-ci illərin əvvəlindən bəri görülən ən yüksək səviyyədir.
Böyük Britaniyanın ən çox silah ixrac etdiyi ölkə 2,7 milyard funt-sterlinqlə Qətər olub. İlki 2022-ci ilin avqustunda təhvil verilən “Tayfun” tipli döyüş təyyarələrinin ixracı Qətərə silah ixracının 2,4 milyard funt-sterlinqini təşkil edib.
İngiltərənin ötən il Türkiyəyə silah ixracı 424 milyon funt-sterlinq, Ukraynaya isə 401 milyon funt-sterlinq təşkil edib.

Nuranə Məmmədova