İngiltərədən Ukraynaya hərbi dəstək

İngiltərə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 500 milyon funt-sterlinq (təxminən 20 milyard lirə) hərbi maşın, avadanlıq və sursat dəstəyi verəcəklərini açıqlayıb. Elchi.az xəbər verir ki, İngiltərə baş nazirinin 10 saylı ofisindən verilən açıqlamaya görə, İngiltərə Ukraynaya indiyə qədər etdiyi ən böyük hərbi yardımı təmin etmək üçün hərəkətə keçib. Ukraynaya 500 milyon funt sterlinq dəyərində 400-ə yaxın hərbi maşın, 1600 texnika və 4 milyon döyüş sursatı göndəriləcək. İngiltərənin bu il planlaşdırdığı 3 milyard lirəlik (təxminən 120 milyard lirə) yardımın 500 milyon lirəsinə uyğun gələn avtomobil, avadanlıq və sursat Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri, pilotsuz təyyarələr və mühəndislik dəstəyindən ibarət olacaq. Bu yardım çərçivəsində Ukraynaya göndəriləcək 400 maşın arasında 160 Husky zirehli personal daşıyıcısı, 78 amfibiya, 60 dəniz hücum və müdafiə maşını olacaq. Göndəriləcək 1600 hərbi texnika arasında uzaq mənzilli "Storm Shadow" raketləri də olacaq. Məsələ ilə bağlı açıqlama verən baş nazir Rişi Sunak Rusiyaya qarşı Ukraynanın dəstəklənməsinin bütün Avropanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. "Putinin bu müharibədə qalib gəlməsinə imkan versək, o, Polşa sərhədində dayanmayacaq", - Sunak deyib. Müdafiə naziri Qrant Şapps öz bəyanatında qeyd edib ki, Ukrayna öz varlığı üçün mübarizə aparır və Britaniyanın dəstəyi ilə qalib gələcək. Polşanın paytaxtı Varşavaya səfər edən Sunak Ukraynaya yardımlarla bağlı ətraflı açıqlama verəcək. Sunak Varşavaya səfəri çərçivəsində Polşanın baş naziri Donald Tusk və NATO-nun baş katibi Yens Stoltenberqlə görüşəcək və bu ölkədə NATO-nun vəzifələrini yerinə yetirən Britaniya Kral Hərbi Hava Qüvvələrinin şəxsi heyəti ilə görüşəcək. Sunak Polşadan sonra Almaniyaya gedəcək və orada alman həmkarı Olaf Şolzla görüşəcək. Şayəstə Hüseynova