İngiltərə kralı III Çarlz Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü prezident Rəcəb Tayyib Ərdoğana yazdığı məktubla qeyd edib.
Elchi.az bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
İngiltərə kralı III Çarlzın Prezident Ərdoğana yazdığı məktubda “Ölkənizin yaranmasının 100-cü ildönümü olan bu xüsusi gündə Zati-alinizə və Türkiyə Cümhuriyyəti xalqına ən səmimi təbriklərimi çatdırıram” -bəyanat daxil edilib.
Kral Çarlz İngiltərə ilə Türkiyə arasındakı tərəfdaşlıq və dostluğun davam etməsini arzu edən məktubunda bunları qeyd etdi:
“Əminəm ki, bu müsbət əlaqələr daha da güclənəcək və davam edəcək. Siz və dünyanın hər yerində yaşayan türklər Türkiyənin yüzillik yubileyini qeyd edərkən, həyat yoldaşım və mən sizə ən xoş arzularımızı çatdırırıq.”
Nuranə Məmmədova