İngiltərə Challenger 2-ni martın sonunda Ukraynaya təhvil verəcək

55

Bunu Britaniya Müdafiə Nazirliyinin rəis müavini Aleks Çak deyib.
Elchi.az xəbər verir ki, Britaniya bu ilin mart ayının sonunda Ukraynaya “Challenger 2” tanklarını göndərməyi planlaşdırır, bu barədə Britaniya Müdafiə Nazirliyinin rəis müavini Aleks Çak bildirib.
“Təlim məsələsinə (Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün hərbi texnikaya texniki xidmət göstərmək üçün – red.) gəlincə, bu, gələn həftə bazar ertəsi başlayacaq”, – o Britaniya parlamentində qeyd edib.

Şayəstə