Bütün dünyanın gözü və qulağı aylardır ki, Ukraynadan gələn xəbərlərdədir. Rusiya prezidenti Putinin əmri ilə başlayan müharibə bütün sürətiylə davam edərkən İngiltərədən diqqətçəkən bir həmlə gəldi. Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar.
Elchi.az “Hurriyyet.com.tr”yə istinadən xəbər verir ki, İngiltərə ordusunun ən yüksək səviyyəli zabitlərindən biri kimi göstərilən Pol Karni əsgərlərə “Rusiya ilə müharibəyə hazır olun” xəbərdarlığını edib.
O, qeyd edib: “Dünya dəyişir və biz yeni reallıqlara hazır olmalıyıq. Yoxluğumuzda ən böyük çətinliklərlə üzləşən insanlar sevdiklərimiz və ailələrimizdir. Onları bu vəziyyətə hazırlamağımız da vacibdir”.
Şayəstə