İndoneziyanın Şərqi Yava əyalətində yerləşən Semeru vulkanı püskürüb.
Elchi.az xəbər verir ki, bu barədə respublikanın Vulkanologiya və geoloji fəlakətlərin nəticələrinin azaldılması mərkəzinin açıqlamasında bildirilib.
Açıqlamada qeyd olunur ki, vulkanın kraterindən qalxan kül buludunun hündürlüyü 800 metrə çatıb, dəniz səviyyəsindən isə kül 4 476 metr yüksəkliyə qalxıb.
Qurumun məlumatına görə, kül yüksək sürətlə şimal-şərq istiqamətində yayılır. Vulkanın yerləşdiyi mərkəzi bölgənin sakinlərinə ehtiyatlı olmaları, qızmar daşların atılması riski səbəbindən kraterə 5 kilometrdən artıq yaxınlaşmamaları tövsiyə edilib.
Məryəm





















