Sulavesi adasındakı nikel zavodunda baş verən partlayışda 13 nəfər ölüb, 38 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki ,İndoneziyanın Tsingshan Stainless Steel (ITSS) şirkətinə aid olduğu öyrənilən müəssisədə bu gün baş verən partlayışda 13 nəfər həyatını itirib, 38 nəfər yaralanıb.
Nikel emalına əsaslanan sənayelərin yerləşdiyi sənaye bölgəsi olan İndoneziya Morowali Sənaye Parkının (IMIP) menecerləri tərəfindən verilən açıqlamada partlayışın yerli vaxtla saat 05.30-da işçilər sobanı təmir edərkən və ocağı yerləşdirərkən baş verdiyi bildirilib.
lkin araşdırmalara görə, partlayışın sobada yığılan müəyyən mayedən baş verdiyi bildirilib və ilk partlayışdan sonra müəssisədə çoxlu oksigen balonlarının olması səbəbindən digər partlayışların da baş verdiyi bildirilib. Partlayışdan sonra başlayan yanğın yerli vaxtla saat 09.10-da söndürülüb.
Hadisə ilə bağlı istintaqın tərəflərlə razılaşdırılaraq davam etdirildiyi və zərərçəkənlərin bütün müalicə xərclərinin qarşılanacağı bildirilib.
Nuranə Məmmədova