İndoneziya Bali və Lombok adaları arasında üzən bərədə olan 144 sərnişin və heyət üzvü yanğından sonra xilas edilib.
Elchi.az xəbər verir ki, “Jakarta Globe” qəzetinin məlumatına görə, yerli hakimiyyət orqanları yanğının yerli vaxtla səhər saat 4:00 radələrində Balidən Lombok adasına gedən “Putri Yasmin” bərəsində baş verdiyini bildirib.
Yerli hakimiyyət orqanları yaxınlıqdan keçən başqa bir “Port Link II” bərəsinin də xilasetmə işlərinə kömək etdiyini bildirib. Hakimiyyət orqanları qeyd edib ki, gəmidə olan 144 sərnişin və heyət üzvü hamısı xilas edilib.
Yanğının səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Şayəstə





















