"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

“İndidən bahalaşma gedir…” – Deputatdan xəbərdarlıq

12 İyul 2019 - 16:56
in İQTİSADİYYAT
FacebookVatsap

Yayın bu qızmarında kənd təsərrüfatı məhsullarının “qızan” qiymətləri vətəndaşların haqlı narazılığına səbəb olub. Bineyi-qədimdən deyirlər ki, həm geyim, həm də yemək baxımından kasıbınkı yaydır. Kasıb xiyar-pomidor, bir az da pendirlə qarnını doyurmaq üçün hər dəfə yayı gözləsə də, görünən odur ki, bu mövsüm ac qalacaq. Axı kiloqramı 2 manata pomidor, 1 manata xiyarı alıb yeməyə qıymırsan. Onsuz da mer-meyvədən əlimizi üzmüşük. Qoy bizim gilasları afrikanlar yesin, biz yeməsək də olar. Təki hesabat verəndə sinəmizi qabardıq “ixracımız artıb” deyə bilək…

Bunu da oxuyun

Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

Azərbaycan bu il 10-dan çox ölkəyə 12 mlrd. dollarlıq neft ixrac edib – SİYAHI

Azərbaycanın elektrik enerjisinin ixracından gəliri 71%-dən çox azalıb

Kasıbdan söz düşmüşkən parlamentdə onların hüquqlarını müdafiə edən 3-4 deputat varsa, ilkin yada düşəni Vahid Əhmədovdur. Elə bu səbəbdən də ona müraciət etdik.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ixracdan əvvəl daxili tələbatı nəzərə almaq lazımdır:

“Əvvəl daxili bazarı təmin etmək lazımdır ki, insanlar yüksək qiymətə məhsul almağa məcbur olmasınlar. Bundan sonra ixrac məsləsinə baxmaq lazımdır. Dövlətin imkanları var, istənilən vaxt istənilən fermerdən istənilən kənd təsərrüfatı məhsulunu ala, ehtiyatda saxlaya və bazara buraxa da bilər”.

İqtisadçı deputat ixracın artması səbəbindən daxildə qiymətlərin bahalaşdırılmasının qanunauyğun olmadığını bildirib:
“İxrac artıb deyə daxildə qiymətləri niyə qaldırmalıyıq?! Hələ əməkhaqları ilə bağlı Prezident tərəfindən qərar veriləndə biz bunun süni şəkildə qiymətlərə təsir edəcəyini bildirmişdik. Əməkhaqlarının artımı sentyabrdan nəzərdə tutulub, amma indidən bahalaşma gedir. Bizdə həmişə belə olub, maaş artırılan kimi, bundan sui-istifadə edən sahibkarlar da məhsulları bahalaşdırır. Mən hesab edirəm ki, ilk növbədə daxili bazarı qorumaq və qiymətləri stabilləşdirmək lazımdır. Bundan sonra ixracı həyata keçirmək lazımdır. Heç kim ixracın əleyhinə deyil, biz də istəyirik ölkəyə daha çox valyuta daxil olsun”.

Parlamentari qeyd edib ki, kənd təsərrüfatı məhsullarının baha olması ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar var:
“Biz özümüz də bu ölkənin vətəndaşı olaraq dükan-bazardan bazarlıq edirik və bahalığı hiss edirik. İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar, 90 qəpiyə soğan və s. olmaz axı… İnsanlar tərəfindən bununla əlaqədar olaraq müraciətlər artmaqdadır. Ona görə də müvafiq dövlət qurumları bu işlə məşğul olub daxili bazarı stabilləşdirməlidirlər”.

Previous Post

“İndidən bahalaşma gedir…” – Deputatdan xəbərdarlıq

Next Post

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Bənzər yazılar

Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

26 Noyabr 2026 - 19:23

Noyabrın 26-da Bakıda Avropa Komissiyası ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib. Aİ-nin...

Azərbaycan bu il 10-dan çox ölkəyə 12 mlrd. dollarlıq neft ixrac edib – SİYAHI

26 Noyabr 2026 - 17:08

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 6 812 047,6 min ABŞ dolları dəyərində 10 532 637,45 ton neft ixrac edib....

Azərbaycanın elektrik enerjisinin ixracından gəliri 71%-dən çox azalıb

Azərbaycanın elektrik enerjisinin ixracından gəliri 71%-dən çox azalıb

26 Noyabr 2026 - 16:45

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycandan 18 milyon 428,12 min ABŞ dolları dəyərində 358 milyon 581,27 min kilovat-saat elektrik enerjisi ixrac...

Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?

Qızıl ucuzlaşdı: Azərbaycanda 1 qramı neçəyə satılır?

26 Noyabr 2026 - 15:08

Dünya bazarında qızıl ucuzlaşır. Qiymətlər son günlər kəskin geriləyərək son 14 ayın minimumuna yaxınlaşıb. Bir həftə ərzində təxminən 9 faiz...

Next Post
Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Azərbaycan vətəndaşları Gürcüstanda yol qəzasına düşüblər

Son xəbərlər

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb

26 Noyabr 2026 - 23:14
Böyük Britaniya sualtı qayıqların texniki xidmətinə 11,4 milyard dollar ayıracaq

Böyük Britaniya sualtı qayıqların texniki xidmətinə 11,4 milyard dollar ayıracaq

26 Noyabr 2026 - 23:08
Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır

26 Noyabr 2026 - 21:46
UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib

26 Noyabr 2026 - 21:14
Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub

26 Noyabr 2026 - 21:12
Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb

Tramp NATO-nun baş katibi ilə danışıqların əsas mövzularını açıqlayıb

26 Noyabr 2026 - 19:44
Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib

Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib

26 Noyabr 2026 - 19:41
ABŞ Prezidenti: Seçkilərdən əvvəl iqtisadi statistika qəsdən təhrif edilib

ABŞ Prezidenti: Seçkilərdən əvvəl iqtisadi statistika qəsdən təhrif edilib

26 Noyabr 2026 - 19:37
Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

Azərbaycan və Aİ Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səyləri artıracaq

26 Noyabr 2026 - 19:23
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində altı istiqamət üzrə komitələr yaradılır

“Sülh körpüsü” təşəbbüsü çərçivəsində altı istiqamət üzrə komitələr yaradılır

26 Noyabr 2026 - 19:14
Qətərdən mayeləşdirilmiş təbii qaz ixracı maksimum səviyyəyə çatıb

Qətərdən mayeləşdirilmiş təbii qaz ixracı maksimum səviyyəyə çatıb

26 Noyabr 2026 - 19:03
“Sabah”la matçda 2 qol vuran Qordon həftənin oyunçusu seçildi

“Sabah”la matçda 2 qol vuran Qordon həftənin oyunçusu seçildi

26 Noyabr 2026 - 18:47
Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib

Leyla Əliyevanın təşəbbüsü ilə yaşıllıqların mühafizəsinə dəstək verən “agac.az” istifadəyə verilib

26 Noyabr 2026 - 18:36
Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayan qanunun müddətini uzadıb

Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayan qanunun müddətini uzadıb

26 Noyabr 2026 - 18:25
FİFA kiberhücuma məruz qaldığını təsdiqləyib

FİFA kiberhücuma məruz qaldığını təsdiqləyib

26 Noyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.