"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“İnanıram ki, YAP razılıq verəcək”- MÜSAHİBƏ

09 Dekabr 2014 - 09:29
in SİYASƏT MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Lobbiçiliklə məşğul olacam”qudrethesenquliyev

Elchi.az Bütöv Azərbaycan Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Adalet.az-a müsahibəsini təqdim edir.

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

-Qüdrət bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir. Bu seçkilərlə bağlı sizin fikirləri öyrənmək istərdik. Prosesi necə dəyərləndirirsiniz?

-Seçkilər siyasi həyatımız üçün önəmli hadisədir. Ona görə də BAXCP seçkilərə qatılıb, iştirak edir. 300-ə qədər üzvümüzün namizədliyi qeydə alınıb. Onların seçkidə qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik.  Ümumən bələdiyyə seçkiləri ilə bağlı vəziyyəti dəyərləndirəndə, seçkiyə marağın az olduğunun şahidi oluruq. Bu da aydın məsələdir ki, bələdiyyələrin səlahiyyətləri azdır. Bu baxımdan bir çox insanlar, siyasi partiyalar bu seçkilərdə iştirak etməkdə elə də maraqlı deyillər.  Ancaq biz düşünürük ki, bələdiyyə seçkilərində iştirak vacibdir. Bu seçkilər parlament seçkiləri üçün bir məşq rolunu oynayır, eyni zamanda partiyanın formada qalması üçün lazımdır.

-Nədənsə parlament və prezsident seçkilərində siyasi partiyalar seçkiyə birgə, komanda şəklində getsələr də bələdiyyə seçkilərində bunun şahidi olmuruq.  BAXCP olaraq hər hansı siyasi partiya ilə əməkdaşlıqla bağlı hər hansı müzakirə aparırsınızmı?

-Dediyim kimi bələdiyyə seçkiləri ilə bağlı partiyalarda müxtəlif fikirlər olduğu üçün bu seçkilərdə hər hansı əməkdaşlıq və ya koalisiyaların yaradılması məsələsi müzakirə predmeti olmur.  Bu seçkilərdə də əməkdaşlıqla bağlı heç bir siyasi partiya ilə danışıqlar aparılmayıb. Seçkilərə təkbaşına qatılmışıq. Ancaq qarşıdan parlament seçkiləri gəlir. Ola bilsin ki, parlament seçkilərində daha geniş formatda bir koalisiyanın yaradılnması üçün iş aparaq. Xatirinizdədirsə, ötən parlament seçkilərində BAXCP, Ədalət,  BQP olaraq “İslahat” bloku yaratmışdıq. Qarşıdan gələn seçkilərdə də bu və ya bundan da  geniş qrupun yaradılması istiqamətində iş aparıla bilər. Bütün bunlar zamandan asılı məsələlərdir.

-2014-cü il başa çatır. Bu ili Azərbaycan üçün necə səciyyələndirərdiniz?

-2014-cü il ölkəmiz üçün uğurlu il kimi dəyərləndirmək olar. Yəni ölkədə stabillik qorunub saxlanılıb. Yaxın şərqdə, Misirdə, Suriyada baş verənlər Azərbaycanda baş vermədi.  Bu gün bir sıra terror təşkilatları dünyaya meydan oxuyur. Super güclərin ərazilərində terror aktları həyata keçirilir. Ancaq Azərbaycanda stabillik qorunub saxlanılıb. Eyni zamanda iqtisadi artım müşahidə olunur.  Uğursuzluqlarımız isə daha bir il işğal altında olan torpaqlarımızın düşmən tapdağı altında qalmasıdır. Ümumən çatışmamazlıqların fonunda uğurlu ildir.

-Çatışmamazlıqların olduğunu bildirirsiniz. Partiya olaraq bu çatışmamazlıqların aradan qaldırılması üçün etiraz aksiyası keçirməyi düşünmürsünüz?

-İndiki zamanda aksiyalara heç bir ehtiyac yoxdur.  Biz bəli,  ölkədə köklü özəlləşmənin tərəfdarıyıq. Təklif edirik ki, bütün xidmət sahələri özəlləşdirilsin. Universitetlər, səhiyyə müəssisələri özəlləşdirilməlidir.  Eyni zamanda  Bakının yüklənməsinin qarşısı alınması üçün regionlarda sənaye müəssisələri  yaradılmalıdır. Həmin sənaye müəssisələrinə vergi güzəştləri tətbiq olunmalıdır ki, insanlar həmin müəssisələrdə işləməyə maraqlı olsunlar.  Yəni bütün bunların fonunda bir əks prosesin başlaması üçün bir addımlar atılmalıdır. Onu da qeyd edim ki, BAXCP olaraq ölkədə siyasi islahatların tərəfdarıyıq. Hesab edirik ki, Azərbaycanın gələcəyi daha çox parlamentli respublika quruluşuna bağlı olmalıdır. Biz bununla çoxpartiyalı sistemin inkişafına təkan vermiş olacağıq.  Bu da ona gətirib çıxaracaq ki, digər vətəndaş cəmiyyəti institutları daha tez inkişaf edəcək, onlar cəmiyyətdə daha önəmli rol oynayacaq.

-Qüdrət bəy,  sizcə bu gün fəaliyyətdə olan siyasi partiyalarda demokratik mühit hansı səviyyədə qurulub?

-Mən BAXCP-dən deyə bilərəm ki, bizim partiyada demokratik mühit var. Parityanın İradə Heyətinin iclası keçirilir. Ali Məclis toplanır. Gənclər təşkilatında belə hər bir partiya üzvü öz fikrini söyləməkdə azaddır. Onların fikirlərinə heç bir müdaxilə olunmur. Eyni zamanda partiya üzvlərinin mətbuata çıxışına heç bir əngəl qoyulmayıb.

Ancaq biz iddia edə bilmərik ki, insanlarımız qərb standartlarına uyğun demokratik vərdişlərə malikdir.

Bu ondan irəli gəlir ki, hər bir xalqın, sosial inkişaf indeksi var. Misal üçün ABŞ-ı götürək. Bu gün ABŞ-da ağdərililərlə qaradərililər arasında ciddi problemlər var. Baxmayaraq ki, ölkə qanunverciliyinə görə hər kəsin hüquqları qanun qarşısında bərabərdir, ölkədə iqri ayrı- seçkiliklə bağlı ciddi işlər görülür. Ancaq yenə də görürsən ki, müəyyən fərqlər var. Bütün bunlar isə siyasi mədəniyyətin nəticəsidir. ABŞ-da irqi ayrı-seçkilik cəmiyyətdə kök salıb.  Ona görə ki, əsrlər boyu quldarlıq hökm sürüb. Artıq mentalitet formalaşıb. Obama da məcbur olub bunu bəyan elədi. Bunlar İnsanların şüuruna kök atmış məsələlərdir. ABŞ-da 70-ci ildən sonra irqçiliyə qarşı mübarizə gücləndi. Hətta qanun qarşısında vətəndaşların tam bərabər hüquqlarının bərpa olundu.  Ancaq bu 30 ildə mentaliteti dəyişmək mümkün olmayıb.

Azərbaycanla bağlı da bunları demək mümkündür. Yəni Azərbaycanda bəzi məsələlərin həlli ilə bağlı zamana ehtiyac var. Bir sıra məsələlər var ki, onların həlli mentalitetə bağlıdır. Bunu deyəndə o zaman qayıdırlar ki, niyə bizdə qanun var, bəs niyə buna əməl olunmur?  Siyasi partiyalarda olanlar da bu cəmiyyətin nümayəndələridir. Müsavat Partiyasında baş verənləri  gördünüz. İqtidardan demokratik seçki tələb edirlər. Ancaq 435 nəfər arasında demokratik seçki keçirə bilmədilər. Sonra seçkinin nəticələri tanınmadı. Təkrar seçki tələb edəndə öz yoldaşlarının təklifləri nəzərə alınmadı.

-Mentalitet deyirik. Bəlkə siyasi partiyalar cəmiyyətdə öz məqsədlərini düzgün ifadə edə bilmirlər?

– 14 il bundan qabaq cəmiyyətdəki prosesləri, keçirilmiş yol təhlil edib bu qənaətə gəldim ki, Azərbaycanda siyasi partiyaların əsas məqsədlərindən biri hakimiyyətə gəlməlidir.  Ancaq siyasi partiyaların ən ündə məqsədi öz ölkəsinin inkişafına töhfə verməkdir. Öz ölkəsindəki insanların siyasi dünya görüşünün yaranması üçün çalışmalıdır. Partiyalar insanların siyasi prosesləri düzgün qiymətləndirməsi üçün bir istiqamət rolunu oynamalıdır. Bizdə isə partiyalar yalnız bir məqsədə nail olmağı qarşılarına məqsəd qoyublar. Məsdəq də hakimiyyətdir.  Hakimiyyətə gəlmək üçün bu iqtidarı devirməkdir.  Ancaq  gəlin görək, xarici dövlətlərlə iş birliyi quraraq hakimiyyəti dəyişmək  bu ölkəyə demokratiya,  iqtisadi, siyasi  azadlıqlar gətirəcəkmi? Əsla! Bu gün Azərbaycanda demokratiya, siyasi və iqtisadi azadlıqlar qorunur. Hakimiyyət dəyişsə bu sahədə əldə olunan nəaliyyətlər hamısı heçə dönəcək.

Hakimiyyətin dəyişməsi dünya görüşü ilə biz demokratik proseslərin inkişafına heç bir töhfə verə bilmərik, eyni zamanda cəmiyyəti demokratik olmağa hazırlaya bilmərik.

-Sizcə partiyaların  maliyyələşməsi siyasi institutların cəmiyyətdə rolunun artmasına nə kimi təsir göstərib?

-Siyasi partiyaların dövlət büdcəsindən maaliyələşməsi  son dərəcədə önəmli bir məsələdir.  Düzdür, ayrılan vəsait o dərəcədə yetərli deyil.  Ancaq düşünürəm ki,  az olmağına baxmayaraq,maliyyələşmə siyasi partiyaların cəmiyyətdəki nüfuzunun artmasında mühüm rol oynayır. Çox yaxın gələcəkdə bu özünün daha  qabarıq göstərəcək. Partiyalar ölkənin siyasi sistemində öz sözlərini deyəcəklər.

-Qüdrət bəy,   BAXCP-nin xarici əlaqələri hansı səviyyədə qurulub?

-Partiyanın xarici əlaqələrinin qurulması istiqamətində ciddi iş aparılır. Avropa Parlamentində Mühafizəkarlar və İslahatçılar İttifaqına üzv olmağa hazırlaşırıq. Bu İttifaq AP-da 3-cü yerdə dayanır. Düzdür, anormal təklifləri var ki, bir ölkədə iki partiya bura üzv olması üçün biri o birinə razılıq verməlidir. Biz də buna görə Yeni Azərbaycan Partiyasından  razılıq almalıyıq. İnanıram ki, YAP bizə bu razılığı verəcək. Biz sözügedən ittifaqa üzv olsaq, mən çalışacam digər siyasi partiyalarımız da orda təmsil olunsunlar. Bunun üçün lobbiçilik edəcəm.  Orda 7 qrup var. Həmin quruplarda ermənilər və gürcülər çoxluq təşkil edirlər. Mən çalışacam ki, Sosial Demokratlar da, Yaşıllar da o qurupların üzvləri olsunlar.  İndiki şəraitdə bu bizə hava-su kimi lazımdır. Biz Avropadakı siyasi partiyaların ittifaqları ilə də yaxından əməkdaşlıq etmıliyik ki, ölkənin siyasi maraqlarını qoruya bilək.  Orda Parlamentinn plenar iclasında olan müzakirələr formal xarakter daşıyır.  730 nəfərin arasında nə müzakirə ola bilər? Əsas müzakirələr quruplarda gedir. Həmin quruplarda  bizim nümayəndələr yoxdur.

-Xarici əlaqələr məsələsinə ona görə gəldim ki, baxın Türkiyədə son zamanlar anti-Azərbaycan fikirlər səslənir. Hətta Türkiyə KİV-ləri belə Azərbaycanla bağlı ciddi səhvlərə yol verirlər. Bu baxımdan Türkiyədəki partiyalarla hər hansı müzakirə aparmağı planlaşdırırsınız?

-Türkiyə ilə iş aparmaq deyəndə açığı bu məsələyə çaşqınlıq içində baxıram. Belə çıxır ki, biz özümüz-özümüzlə iş aparmalıyıq. Türkiyədə anti-Azərbaycan fəaliyyəti aparanlar türklər deyil. Onların qanında kürd və digər millətlərin qanı var. Bu adamlar nəinki Azərbaycana, öz növbəsində Türkiyəyə də xəyanət etmiş olurlar. Onlar Türkiyənin milli satqınlarıdır.  Bu tip insanlar adətən törətdiyi əməlləri ört-basdır eləmək üçün məsələnin mahiyyətinə varmadan fəaliyyət göstərirlər və sonda da deyirlər ki bizim bundan xəbərimiz yoxdur.  Yalnız nadan, tərbiyəsiz və ləyaqətsiz insanlar bilmədiyi məsələ haqqında mövqe sərgiləyərlər.

Ədil Ədilzadə  

Previous Post

“İnanıram ki, YAP razılıq verəcək”- MÜSAHİBƏ

Next Post

Rusiya Qarabağ siyasətinə korrektələrə hazırlaşır?

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Rusiya Qarabağ siyasətinə korrektələrə hazırlaşır?

Qapıçı jurnalistə necə bağırdı...

Son xəbərlər

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

06 Avqust 2026 - 17:59
Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

Qənimət Zahid Çingiz Qənizadəyə təzminat ödədi — EKSKLÜZİV

06 Avqust 2026 - 17:57
Neft Fondunun korporativ istiqrazları azalıb

Neft Fondunun korporativ istiqrazları azalıb

06 Avqust 2026 - 17:47
“Trabzonspor” Salahın maaşını açıqladı

“Trabzonspor” Salahın maaşını açıqladı

06 Avqust 2026 - 17:35
“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

“Bayden kimi yıxılmasını istəmirəm”: Trampdan Las-Veqasda növbəti zarafat

06 Avqust 2026 - 17:26
Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

Azərbaycan və Keniya parlamentləri arasında dialoqun inkişafı müzakirə edildi

06 Avqust 2026 - 17:20
Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

Pakistanda keçmiş baş nazirin 100-dən çox tərəfdarı həbs edilib

06 Avqust 2026 - 17:11
Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

Bu il dövlət büdcəsinə 11,5 mlrd. manata yaxın vergi daxil olub

06 Avqust 2026 - 16:59
Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

Küveyt ölkədəki yeganə İran məktəbini bağlayıb

06 Avqust 2026 - 16:46
Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

06 Avqust 2026 - 16:38
Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisi dron hücumuna məruz qalıb

Qara dənizdə Almaniya şirkətinə məxsus yük gəmisi dron hücumuna məruz qalıb

06 Avqust 2026 - 16:32
DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

DSX: Girişi qadağan olan 31 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb

06 Avqust 2026 - 16:24
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

06 Avqust 2026 - 16:16
Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

06 Avqust 2026 - 16:08
Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

06 Avqust 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.