İmtahansız qəbul olmaq üçün hazırlıq qrupları hansı ali məktəblərdə yaradılacaq?

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

>

Ali məktəblərə imtahansız qəbul olunmağa imkan verəcək hazırlıq qrupları bütün ali təhsil müəssisələrində yaradılmayacaq.

Trend-in məlumatına görə, “Təhsil haqqında” qanuna edilən dəyişikliklər layihəsinə əsasən, ali məktəblərdə bakalavriat səviyyəsində birillik hazırlıq qrupları yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə təşkil olunacaq.

Qeyd edək ki, dəyişikliklər ali təhsili müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun yeni qaydasının tətbiqini – birillik təhsil qrupları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.

Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək.

Hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin 1-ci kursuna qəbul olunurlar.

Bənzər yazılar

Next Post

Son xəbərlər