"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

“Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?-FOTOFAKT

26 Fevral 2015 - 03:39
in SOSİAL
FacebookVatsap

Bu günlərdə vəkil İlham Məmmədov bizə müraciət elədi:
“Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur“ Mənim adını hələ ki, demək istəməyən müştərim dələduzların qurbanı olub. 12 aprel 2013-cü ildə mənim müştərim Ayna Sultanovanın heykəli yaxınlığında yerləşən avtosalona gedir və orada satışa qoyulmuş BMW markalı avtomobil onun xoşuna gəlir. O, avtomobili almaq üçün avtosalonun sahibi İslama müraciət edir. İslam isə bildirir ki, bu avtomobil ona deyil, Qobustan RİH-nin başçısı Adil Məmmədovun oğlu Aqil Məmmədova məxsusdur. Və İslamın vasitəçiliyi ilə mənim müştərim Aqillə görüşüb. Aqil bildirib ki, avtomobili 60 min manata satır və bu qiymət mənim müştərimə sərf edib.
Razılaşmadan sonra mənim müştərim alqı-satqıdan öncə BMW-nin Azərbaycanda rəsmi dileri olan Improtex Motors şirkətində texniki baxışdan keçməyi təklif edir. Və Aqil Məmmədov razılaşır”.
Vəkilin bizə bildirdiyinə görə, Improtex Motors-da texniki baxış aşağıdakı qaydada aparılır: “ Avtomobilin bütün detalları yoxlanılır. Yoxlamanı eyni vaxtda bir neçə usta aparır.
Onlardan hər biri öz fikrini-rəyini növbə rəisinə bildirir.
Növbə rəisi isə ümumi rəyi sifarişçiyə bildirir. Improtex Motors şirkətinin növbə rəisi Həsən Ağaverdiyevin mənim müştərinə təqdim elədiyi aktda avtomobilin biraz texniki nasaz olduğu göstərilib və onu da şirkətdə asanlıqla aradan qaldırmaq mümkün olması qeyd olunub. Mənim müştərimə hətta nasazlığı aradan qaldırmaq üçün tələb olunan məbləği də bildiriblər”. 7-min
Məmmədovun sözlərinə görə, texniki baxışdan sonra onun müştərisi və Aqil Məmmədov alqı-satqı üçün ölkənin Baş Dövlət Yol Polisinə ( BDYP ) gedirlər.
Müxbirimizin “ Nə üçün alqı-satqıya görə BDPY-ə gediblər?” sualına vəkil belə cavab verib: “ Bilmirəm. Bu ümumi praktikadır”.
Sonra vəkil qeyd edib ki, avtomobili alarkən mənim müştərim avtosalonun sahibi İslamdan 2-ci açarı tələb edib. İslam isə bildirir ki: “ Açar itib. Siz narahat olmayın, biz sifariş eləmişik, tezliklə açar hazır olacaq”.
Vəkil bildirib ki: “ Alqı-satqıdan sonra mənim müştərim dostları ilə görüşüb. O aldığı avtomobildəki nasazlıq barədə dostlarına danışanda onlar tanış ustaya müraciət etməyi məsləhət biliblər. Çünki həmin usta bu işi iki dəfə ucuz eləyir. Mənim müştərim də həmin ustanın yanına gedib”.
Vəkilin sözlərinə görə, avtomobilə baxışdan sonra usta biıdirib ki, alınan avtomobil oğurluqdur: “ Abtomobilin kodu saxtalaşdırılıb. Bundan başqa avtomobilin siqnalizasiya sistemi sındırılıb. Bu sistem BMV şirkətinə imkan verir ki, oğurlanmış avtomobili harda olsa da yerini müəyyən eləsin. Bundan sonra mənim müştərim Improtex Motors şirkətinə gedərək yoxlamanı keçirmiş ustadan izahat tələb edir. Usta mənim müştərimə bildirib ki, mən yoxlama vaxtı bu nasazlığı gördüm və bu barədə növbə rəisi Həsən Ağaverdiyevə məlumat verdim”.
Məmmədovun bizə dediklərinə görə, Həsən Ağaverdiyev ustanın dediklərini təsdiq edib: “Ancaq Ağaverdiyevin özünün dedyinə görə o ustanın dediklərinə fikir verməyib”.
Jurnalistin “Siz bu barədə avtomobilin keçmiş sahibinə xəbər eləmisinizmi?” sualına vəkil belə cavab verib: “ Bəli, biz Aqil Məmmədova və onun atası Qobustanın icra başçısı Adil Məmmədova xəbər eləmişik. Ancaq onlar bizim dediklərimizə əhəmiyyət verməyiblər”. 1417109145_adil_memmedov
Vəkil onu da bildirib ki: “ Mənim müştərim DİN-ə ərizə yazıb. Məktub araşdırılmaq üçün yaşayış yeri üzrə Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə göndərilib. 22-ci bölmənin rəhbərliyi məktubu Binəqədi prokurorluğuna göndərib”.

Bunu da oxuyun

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Müxbirimizin “Nə üçün Binəqədi prokurorluğuna?” sualına vəkil belə cavab verib: “ Bunu bizə belə izah elədilər ki, avtomobilin alqı-satqı olduğu BDYPİ Binəqədi rayonu ərazisində yerləşir”.
Vəkil qeyd edib ki: “Nəticədə prokurorluq işi BDYPİ-ə göndərdi. Baş İdarənin müstəntiqləri bildirdilər ki, inanmırlar ki, avtomobil oğurluqdur, ona görə ekspertiza təyin elədilər. Ekspertiza avtomobilin oğurluq olduğunu təsdiq elədi və iş prokurorluq orqanlarına göndərildi.
Prokurorluq isə işi Bakı Şəhər Baş Polis İdarəsinə göndərdi.
Mənim təkidli tələblərimdən sonra 5 aprel 2014-cü il tarxidə, yəni 1 il sonra avtomobilin oğurluq olduğu məlum oldu və cinayət işi açıldı”.
Müxbirinin “Cinayət işi açılıbsa daha niyə şikayət edirsiniz?” sualına vəkil belə cavab verdi: “ Cinayət işi açılmasına baxmayaraq müstəntiqlər heç bir araşdırma aparmır. Biz Improtex Motors-un rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb elədik, hansıki bizi aldadıblar. Müstəntiqlər isə bildirdi ki, maşını oğurlayan şəxsi tapmaq lazımdır. Həqiqətən də oğrunu həbs elədilər. Ancaq 2 gün sonra sərbəst buraxdılar”.
Vəkil bizə bildirdi ki, istintaqın aparılması müstəntiq Vüsal Məhərrəmova tapşırılmışdı: “ Sonra istintaqın aparılması Həbib Həbibliyə həvalə olundu. Bizim təkidli tələblərimizə baxmayaraq müstəntiqlərin hər ikisi mənim müştərimlə avtomobili satan Aqil Məmmədov arasında üzləşmə keçirməkdən imtina edirlər”.
Biz İlham Məmmədovdan onun dediklərini təsdiq edən sənədləri tələb elədik. O, bizə Həsən Ağaverdiyevin imzası ilə Improtex Motors şirkətinin avtomobilin yoxlanması ilə bağlı arayışını təqdim elədi.
Həqiqətənmi, müstəntiqlər Vüsal Məhərrəmov və Həbib Həbibli müştəri ilə Aqil Məmmədov arasında üzləşmə keçirmək istəmirlər?
Bu suala cavab aımaq üçün Vüsal Məhərrəmova müraciət eləsək də, o, suala cavab verməkdən imtina elədi.
Onda biz Həbib Həbibliyə müraciət elədik. O, qafqaznews.org-a bildirdi ki: “ Mən nə üçün Aqil Məmmədovla avtomobilin indiki sahibi arasında üzləşmə keçirməliyəm? Onlar heç vaxt görüşməyiblər”.
Aqil Məmmədov isə müstəntiqin dediklərin inkar elədi: “ Mən avtomobilin inidiki sahibi ilə alqı-satqı zamanı görüşmüşəm”.
Müxbirimizin “ Sizin satdığınız avtomobil həqiqətənmi oğurluq olub?” sualına Aqil Məmmədov belə cavab verib: “ Bəli. Mən bu avtomobili Improtex Motors-un rəsmi dileri Ülvi Nəsibovdan almışam”.IMG-20150221-WA0000
Biz Improtex Motors servisin növbə rəisi Həsən Ağaverdiyevlə də əlaqə saxlayaraq ortaya çıxmış problemin nə üçün aktda əsk olunmadığını soruşduq. O, bildirdi ki: “ Bu sadəcə xırda bir anlaşılmaqzlıq olub. Onu da bildirim ki, avtomibillə bağlı akt İlham Məmmədovun müştərisinə deyil, Aqil Məmmədova təqdim olunub”.
Müxbirimiz “Axı, İlham Məmmədov onun müştərisinin xidmət haqqı ödəməklə Improtex Motors şirkətinin avtomobilin yoxlanması ilə bağlı verdiyi sənədi və sizin imzanız olan aktı bizə təqdim elədi” qeydinə Həsən Ağaverdiyev “ O rəsmi sənəd deyil” deyərək dəstəyi asdı.

Bütün bunlarla bağlı peşəkar hüquqşünaslar birliyinin sədri Tağı Hüseynov bildirib ki: “Improtex Motors şirkəti ilham Məmmədovun müştərisinə dəyən zərəri ödəməlidir. Zərərçəkən tələb edərsə dəyən mənəvi ziyan da ödənilməlidir”.
Tağı Hüseynovun sözlərinə görə, müstəntiq Həbib Həbiblinin dedikləri gülməlidir: “ Əgər alqı-satqı avtomobilin indiki sahibi ilə Aqil arasında olubsa, onlar necə görüşməyə bilərdilər?”

Rəşad Rüstəmov (qafqaznews.org)

Previous Post

“Improtex Motors” oğurluq avtomobillərin satışı ilə məşğul olur?-FOTOFAKT

Next Post

Elman Rüstəmovun qızı dünya məşhurları ilə xeyriyyə yarmarkasında – (Fotolar)

Bənzər yazılar

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Next Post

Elman Rüstəmovun qızı dünya məşhurları ilə xeyriyyə yarmarkasında - (Fotolar)

Elman Rüstəmovun qızı dünya məşhurları ilə xeyriyyə yarmarkasında - (Fotolar)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində 1000-ə yaxın şəxs iştirak edəcək

06 Avqust 2026 - 16:16
Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş oldu – YENİLƏNDİ

06 Avqust 2026 - 16:08
Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

Tramp: “Demokratlar səbəbindən ABŞ-da cəhənnəm həyatı başlaya bilər”

06 Avqust 2026 - 16:00
Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

06 Avqust 2026 - 15:51
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

06 Avqust 2026 - 15:42
Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

06 Avqust 2026 - 15:16
Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00
Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

06 Avqust 2026 - 14:45
Azərbaycanda BOKT ləğv olundu

Azərbaycanda BOKT ləğv olundu

06 Avqust 2026 - 14:30
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

06 Avqust 2026 - 14:14
Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

06 Avqust 2026 - 14:00
Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

06 Avqust 2026 - 13:53
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

06 Avqust 2026 - 13:51
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

06 Avqust 2026 - 13:49
Prezident 2 fərman imzaladı

Prezident 2 fərman imzaladı

06 Avqust 2026 - 13:44
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.