"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İmperiya insanı” statusu…və Matevosyanla Martirosyanın fərqi

19 Sentyabr 2015 - 10:44
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Bu günlərdə Ermənistanın QHT-çilərindən olan Vahan  Martirosyanın Azərbaycana qaçmasına hərə bir cür baxır. Martirosyan bir fərddir, bir ermənidir, amma bütöv bir erməni toplumu var ki, onlar dar, mənasız,  dövlət kimi perspektivsiz bir ölkədə insan olaraq məhv olmaqdadırlar. Erməni insanı heç zaman özünü azad hiss etməyəcək. Çünki kimin və kimlərinsə oyuncağıdır. Oxucularımızın bir çoxunun yəqin yadında qalıb yazıçı Hrant Matevosyan. 70- 80-ci illərdə Azərbaycanda ən çox oxunan erməni yazarlarından idi.  Rəhmətlik Natiq Səfərov onun bir neçə əsərini dilimizə çevirmişdi. İnsafən keçmiş SSRİ- də də onu yaxşı tanıyırdılar. Onun “Aniv”( Çarx) jurnalında bir fikrinə rast gəldim.  Hələ onda ölməmişdi erməni yazar.

Öncə  dediyim fikrin tərcüməsini olduğu kimi verirəm:

“…Ermənistan vətəndaşı üçün  ən böyük zərər – imperiya insanı statusunu   itirməsi oldu. İmperiyanı  müdafiə etməyin itirilməsi, sözün ən yaxşı mənasında məhz  imperiyanın mənasının itirilməsidir, bunun  daşıyıcısı isə  həmişə Rusiya olmuşdur.  İmperiya insanı olmağı biz itirmiş olduq. 

Böyük insanı,  hər şeyə qadir insanı, özünütəsdiq etmiş insanı itirdik.  Bu insanı “çar uşağı” da adlandıra bilərsiniz, “Moskva uşağı” da, “imperiya uşağı” da…  Mən cəsarətlə deyə bilərəm ki, ötən əsrin 70- ci illərindən başlayaraq bu günə qədər ermənilər hər zaman  daha yüksək mövqe tutmuşdular , daha qüdrətli idilər. Bəlkə də  bu paradoksal görünə bilər,  deyim ki,  daha azad ermənilərdi, onlar bizi imperiya boyunduruğundan  cəsarətlə xilas etdilər. “

Hrant Matevosyan 

Hrant Matevosyanı şərh etmək istəməzdim, əslində o çox da şərhə yatımlı yazar deyil, romanları da elədir, oxuyursan və heç bir fikir bildirmədən uzun müddət onun təsiri altında qalmağa məcbur olursan.  Müasir ermənilər onu sevmirdilər, ona görə ki, Matevosyan  gerçəkləri bütün çılpaqlığı ilə söyləyən tək-tük erməni olmaq özəlliyinə sahib idi. “Aniv” jurnalından götürdüyüm və olduğu kimi verdiyim  bu sitatda yaxşı tanıdığımız bu yazar bəzilərinə  bir az səriştəsiz görünə bilər.   Bu mənada onun  təqdim olunan bu fikrindəki terminologiya və anlayışlarları  aydınlaşdırmaq fikrindən də uzağam. Amma gerçək bu ki,  ömrünün sonunda  bir erməni olaraq  o da bu fikrə gəlmişdir ki,  bir fərd və millət olaraq ermənilər tarixin bütün zamanlarında yalnız kiminsə kölgəsində olarkən bir şey ifadə edə bilmişdir. 

Erməni Sovetlər Birliyinin qanadı altında, xəzinədən yararlanaraq  dövlətdən dotasiya ala-ala , onu-bunu  aldada –aldada baş girləyən toplumlardan biri idi və insan olaraq isə Rusyanın hər yerində şəstlə, burnudik, qürurla gəzirdi. Deyərdin ki, sanki elə bu imperiyanın sahibi ermənilərdir. Matevosyan deyir ki, gerçəkdən də belə idi, “o əlində hər şey olan  imperiya insanı idi”, bundan istənilən zamanda ve istənilən ölçüdə yararlana bilirdi. Soruşan da Matevosyanın özüdür:

“Bəs indi kimdir erməni ?  Müstəqil Ermənistan vətəndaşı olan erməni bir şey ifadə edirmi? Əvvəlki sərbəstliyi varmı?” Sonra da öz suallarına özü cavab verir:

“Bir var İmperiya balası olasan, bir də kiminsə “forpost”  hesab elədiyi müşahidə məntəqəsinin gözətçisi…” Budur Hrant Matevosyanın dediyi… O Ermənistan vətəndaşı üçün  “Rusiya həmişə vardır və bizi qoruyacaq ” kimi bir qənaətdən də uzaqda tutur özünü… Nədən ? Çünki bir zamanlar bu xalq üçün eyni cür Osmanlı, Selcuklu Türklər, Bizans  imperiyaları olmuşdur və ağıllı adamlar da bilirlər ki, (Matevosyan da bunu bilməmiş deyildi) sonunda  ermənilər bu imperiyalara xəyanət etmişdilər. Bu gün sırada Rusiyadır və gələcəkdə  hansı digər imperiyalar olacaq bu xəyanətin obyekti?  Allah bilir. Ermənistanda artıq o fikir vardır ki, Rusiya dövrü bitmişdir, daha yaxşı “kirvə” Amerika ola bilər. Və artıq bəllidir ki, bu xəyanəti ruslar da yaşayacaq. Bir zamanlar Romalılar, sonra Bizanslar, sonra Osmanlılar üçün olanlar olacaq . Çünki bu millət  heç vaxt imperiya insanı ola bilməyib.  Neçə əsrlər boyu özünəxas  yaşam tərzinə malik millətləri, tarixi min illərlə ölçülən  insanları qiymətləndirmək  ola bilər ki, bir qədər məntiqsizdir, amma erməniləri artıq tanıyırıq.  Və dünyaya da tanıtmalıyıq.

Əgər  təsbitimiz  bir qədər sərtdirsə, qoy Hrant Matevosyanın ruhu bizi bağışlasın. Amma onun dediyi gerçəklərin ta kəndisindən  çıxış edərək onu deməmək olmur ki,  yapı etibarı ilə imperiya olan keçmişdə SSRİ, indi isə  Rusiya içində ” daha əzəmətli, güclü adam”  sayılan, qollarını sallaya=sallaya Moskvadan vurub Vladivastoktan çıxan  ermənilər bu gün daha zavallı  duruma düşüblər… Bu bilinən şeylərdir. Hər kəs görür. Hrant Matevosyan da bunları gördü və dedi, baxaq görək digər ermənilər də bunu görürmü? Özünə düşmən seçərkən (cəsarətə bax!) artıq o  adı- əzəmətli imperiya adamı adını daşıya bilməyəcəklər.  Çünki, gülməli də olsa onlar “müstəqil” olmaq istəyirlər. Bu mümkün deyil,  sadəcə ona görə ki, başqasının torpağında xoşbəxt olmaq mümkün deyildir. Həm də bu dövlətin heç bir perspektivi yoxdur. Ağıllı ermənilər indi Ermənistanı hansısa dövlətə birləşdirməyin yollarını fikirləşirlər. Hətta Türkiyəyə qatılmağı təklif edənlər də var. Həqiqət budur ki, Ermənistan dövlət ola bilmir, o dağılacaq. Kimlər tərəfindənsə işğal olunacaq.  Özünü  “yazıq”, “zavallı”,  ” soyqırıma məruz qalmış “ adlandıran millətdən isə, Matevosyanın dediyi ucalığı, imperiya  ağayanalığını gözləmək sadəlövhlük olardı. O zaman erməni kökənli imperiya insanından bəhs etmək heç mümkün olmayacaq.   Matevosyanı da kədərə düçar edən bu idi.  Yazık…

Erməni xalq olaraq hansısa imperiyanın tərkibində güclü ola bilərdi, inkişaf edərdi, necə ki, Osmanlı və Rusiya içində çox şeylərə nail oldu. İndi isə o yoxdur! Kiminsə havasına oynayan bir zavallı olaraq ölüb də gedəcəkdir. Çünki o “İMPERİYA İNSANI” statusunu itirdi və könüllü olaraq imperiyaların oyuncağına çevrildi

Erməni müxalifətçisi Vahan Martirosyanın Azərbaycana qaçması və bizdən sığınacaq istəməsi olayını eşidərkən Hrant Matevosyan yadıma düşdü…

Previous Post

“İmperiya insanı” statusu…və Matevosyanla Martirosyanın fərqi

Next Post

Deputat seçkiləri müxalifəti parçalayır

Bənzər yazılar

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Next Post

Deputat seçkiləri müxalifəti parçalayır

Deputat seçkiləri müxalifəti parçalayır

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.