"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İmkan yoxdursa, banka olan borcunuzu ödəməyin!”

03 Yanvar 2016 - 00:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Mərkəzi Bankın üzən məzənnə bəhanəsi ilə tətbiq etdiyi ikinci devalvasiyanın fəsadları artıq hiss olunmaqdadır. İş yerlərinin qapadılması, ixtisarlar, bahalaşma, xüsusilə kommersiya banklarına borclu olan insanları çıxılmaz vəziyyətə salıb.
Qeyd edək ki, ikinci devalvasiyadan sonra dollarla götürülən kreditlərin ödənilməsi zamanı əsas borcun üzərinə əlavə olaraq 47,6 faiz də gəlib. Naxçıvan Muxtar Respublikasında “Naxçıvan Bank” ASC kreditlərin əvvəlki məzənnə -1 manat 5 qəpiklə ödənilməsi qərarını verdikdən sonra bunun bütün ölkə üzrə tətbiq ediləcəyi gözlənilir, hətta Mərkəzi Bankın məsələyə baxdığı da qeyd olunurdu. Amma gözlənilən baş vermədi.
Azərbaycan Mərkəzi Bankı “Naxçıvanbank” ASC-nin dollarla borcu olanlara etdiyi güzəştin bütün banklarda tətbiq oluna biləcəyinin mümkünsüzlüyünü açıqladı. Hazırda 6 milyona yaxın insanın banklarda bu və digər formada əmanətləri var. Hələ 21 fevral devalvasiyasından sonra kreditlərin geri ödənilməsində kifayət qədər problemlər yaranmışdı. 21 dekabr devalvasiyası isə bu sahədə “partlayış” olması üçün sonuncu barıt effektini verdi.
Hələ 21 fevral devalvasiyasında sonra maliyyə sahəsi üzə ekspert, IJS Hüquq Firmasinin direktoru, vəkil Əkrəm Həsənov krediti ödəyə bilməyənlərə məsləhət vermiş, insalara buna görə hüquq mühafizə orqanlarından qorxmağın yersiz olduğunu izah etmişdi. Həmkarları isə bu açıqlamaya görə onu haqsız sayıb, onun çıxışının pafosdan ibarət olduğunu bildiriblər.
İnsanların əleyhinə danışanlar banklara xidmət edənlərdir
ekrem
Əkrəm Həsənov Modern.az saytına növbəti açıqlamasında deyib ki, həmin hüquqşünaslar, əsasən banklara xidmət göstərən şəxslərdir:
“Mövqeləri aydındır və başa düşüləndir. Əvvəla, mən heç vaxt deməmişəm ki, borc alan qaytarmamalıdır. Lakin iki şərtlə! Əvvəla, qanuna əsasən. Yəni əgər kredit müqaviləsində qanunvericiliyə zidd müddəa varsa, kredit müqavilənin həmin şərtinə uyğun deyil, qanuna uyğun qaytarılmalıdır. Məsələn, qanun deyir ki, kredit üzrə faizlər ildə bir dəfə ödənilməlidir. Kredit müqavilələrində isə ayda bir dəfə ödənilməsi nəzərdə tutulur. Əlbəttə, belə müqavilə şərti qanuna ziddir və etibarsızdır. Borc alanın onu imzalaması əhəmiyyətli deyil. Müqavilə qanuna zidd ola bilməz”.
Ə.Həsənov bildirib ki, əsas şərtlərdən biri də kredit borc alanın imkanı daxilində ödənilməsidir: “Şəxsin imkanı varsa, götürdüyü krediti, əlbəttə, ödəməlidir. Mən heç vaxt bunun əksini deməmişəm. Amma imkanı yoxdursa, ödəmir və ona heç nə edə bilməzlər. İmkan nədir? İmkan odur ki, borc alanın adına ondan alına bilən əmlak, (məsələn, ikinci ev və s.) və özünün və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin edən məbləğdən aylıq gəliri var. Bunlar yoxdursa, kredit ödənilmir. Opponentlərim deyir ki, bu halda borc alan azadlıqdan məhrum edilə bilər.
Əslində, onlar qanunun müddəasını təhrif edir, onu tam izah etmilər. Qanun deyir ki, bəli, məhkəmə qərarını üzrsüz, qərəzli icra etməyən, o cümlədən borcu ödəməyən şəxslər həbs edilə bilər. Opponentlərim üzrsüz və qərəzli meyarlarının üstündən sükutla keçir. Nədir bu meyarlar? Elə bayaq dediyimdir: yəni vətəndaşın yaşayış minimumundan yuxarı gəliri ola-ola, məhkəmə qərarını icra etməyərək krediti ödəmir. Bəli, bu halda o qərəzəlidir, ona üzr yoxdur.
Amma vətəndaşın sözügedən gəliri yoxdursa, o qərəzli deyil və ödəməməsi üzrlüdür. Sonda onu da deyim ki, mən indiyədək bu mövzuda bir sıra yazı yazmışam. Hər dəfə də qanuna əsaslanmışam və ətraflı izah vermişəm. Mənim guya yanlış mövqedə olduğumu deyənlərdən isə indiyədək bir dənə olsun belə hərtərəfli yazılı izah olmayıb. Ümumi sözlər deyiblər. Bu, ümumiyyətlə hüquqşünas mövqeyi deyil əlbəttə. Ola da bilməz. Çünki onlar haqsız olduqlarını bilirlər. Sadəcə bankları müdafiə etmək üçün belə deyirlər”.
Previous Post

“İmkan yoxdursa, banka olan borcunuzu ödəməyin!”

Next Post

İran 5 ildə ilk dəfə Avropaya neft satdı

Bənzər yazılar

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

XİN azərbaycanlıların ölümü ilə bağlı məlumat yaydı

10 Sentyabr 2026 - 15:53

9 sentyabr tarixində Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi dron hücumlarına məruz qalıb. Xarici...

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

Azərbaycanda ölmüş heyvanların utilizasiyası üzrə müəssisələr yaradıla bilər

10 Sentyabr 2026 - 15:44

Azərbaycanda ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılması təşviq ediləcək. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin...

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək

10 Sentyabr 2026 - 15:30

Sentyabrın 11-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə...

Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib

10 Sentyabr 2026 - 15:16

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv...

Next Post

İran 5 ildə ilk dəfə Avropaya neft satdı

İran 5 ildə ilk dəfə Avropaya neft satdı

Son xəbərlər

Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

10 Sentyabr 2026 - 17:59
Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

10 Sentyabr 2026 - 17:47
ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

10 Sentyabr 2026 - 17:35
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

10 Sentyabr 2026 - 17:27
Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

10 Sentyabr 2026 - 17:21
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

10 Sentyabr 2026 - 17:13
Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Xəzər rayonunda 33 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

10 Sentyabr 2026 - 17:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.