"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İmkan verməməliyik ki, məscidləri cəsus yuvasına çevirsinlər”

15 Aprel 2017 - 08:40
in XƏBƏR LENTİ
FacebookVatsap

<font color=red><b>“İmkan verməməliyik ki, məscidləri cəsus yuvasına çevirsinlər”</b></font>

Qüdrət Həsənquliyev: “Dövlət xarici xüsusi xidmət orqanlarına işləyən 5-6 nəfər adamın qarşısından qaçmamalıdır”

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

“Düşünürəm ki, Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Əlbəttə biz çox istəyərdik ki, aşkar olunmuş qanun pozuntuları ilə bağlı daha ciddi tədbirlər görülsün”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun hesabatına münasibət bildirərkən deyib. BAXCP sədri prezidenti İlham Əliyevin Hesablama Palatasının hesabatının birinci səhifəsində yer alan fikirlərinə diqqət çəkib: “Hesabat Azərbaycan prezidentinin “Bizim maliyyə nəzarəti daha da gücləndirilıməlidir. Xüsusilə Hesablama Palatasının işi daha səmərəli şəkildə təşkil edilməlidir” sözləri ilə başlayır.
Burada çox üzücü fakt isə ondan ibarətdir ki, auditin aparıldığı bütün dövlət orqanlarında bu və ya digər maliyyə pozuntuları aşkar edilir. Deməli ölkədə maliyyə nizam-intizamı ilə bağlı ciddi problemlər var. Bu barədə mütəmadi olaraq Milli Məclisdə deputat həmkarlarımız danışırlar. Amma elə Hesablama Palatasının özünün hesabatlarında da bu barədə qeyd olunur. Bununla belə görünən odur ki, vəziyyət düzəlmir. Vaxtilə mən təəssüflə söyləmişdim ki, düzəlmək ehtimalı da yoxdur”.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Hesablama Palatasının hesabatının 62-ci səhifəsində göstərilir ki, nəzarət tədbirlərinin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən bir sıra inzibati tənbeh tədbirləri tətbiq edilib: “O cümlədən 33 nəfər işdən azad edilib, 51 nəfərə şiddətli töhmət, 220 nəfərə töhmət verilib, 18 nəfərə ciddi xəbərdarlıq, 115 nəfərə xəbərdarlıq edilib, 2 vəzifəli şəxs aşağı vəzifəyə keçirilib, 4 vəzifəli əməkdaşın vəzifə maaşının azaldıldığı bildirilib. Yəni tətbiq olunan cəzalar bundan ibarətdir. Əvvəla burada bilinimir ki, 33 nəfər işdən necə çıxarılıb. Yol verdiyi nöqsanlara görə, yoxsa ərizəsi yazdırıldığına görə? O da bir yerdən çıxıb gedib başqa yerdə işə düzəlir. Elə yeni işə düzəldiyi yerdə də köhnə qaydada olduğu kimi işləməyə başlayır. Xüsusi qərarla çıxarılsa da belə, bizim qanunvericilikdə onun başqa yerdə işləyə bilməməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmur. Belə bir məhdudlaşdırıcı norma da yoxdur. Büdcə vəsaitlərini xərcləyən insanlar vəzifəli şəxs, savadlı insanlardırlar. Bu adamlar bizdəki bu prosesləri izləyirlər və hər dəfə çəkinmədən maliyyə pozuntularına yol verirlər. Onlar da hesablayırlar ki, əməlləri aşkar olunacağı təqdirdə ala biləcəkləri ən ağır cəza nə olacaq: Ya töhmət veriləcək, ya işdən çıxarılacaq, ya aşağı maaşlı işə keçiriləcək, ya da maaşından tutulmalar olacaq. Nəticədə isə çəkinmirlər və fikirləşirlər ki, bu cəzanın qarşılığında pul oğurlayaram, özümün, ailəmin və bütün gələcək nəslimin güzəranını düzəldərəm. Ona görə də burada neçə nəfərin cinayət məsuliyyətinə cəlb olunması, neçə işin istintaqının aparılması üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi qeyd olunmalı idi”.

“Milli Məclisin büdcə və büdcəyə nəzarət komitəsi yaradılsın”

Qdrət Həsənquliyev bütün nöqsanların Hesablama Palatasından asılı olması fikri ilə razılaşmadığını bildirib: “Ona görə ki, Hesablama Palatası yalnız büdcə vəsaitlərinin xərslənməsinə nəzarət edir. Bu səbəbdən təklif edirəm ki, Milli Məclisin büdcə və büdcəyə nəzarət komitəsi yaradılsın. Çünki büdcəni Milli Məclis qəbul edir və ali qanunverici orqan kimi də onun icrasına nəzarət edir. Yəni bu, bizim birbaşa vəzifəmizdir. Hesablama Palatası əlbəttə, Milli Məclis tərəfindən formalaşdırılır, ora yüksək ixtisaslı mütəxəssislər, auditorlar cəlb olunur. Amma deputatlar büdcənin hazırlanması prosesində və nəzarət funksiyasının həyata keçirilməsində birbaşa iştirak etmirlər”.
BAXCP sədri bildirib ki, belə komitələr bütün ölkələrdə var və adətən inkişaf etmiş ölkələrdə bir qayda olaraq büdcə və büdcəyə nəzarət komitəsinə parlamentdəki müxalifət nümayəndələri rəhbərlik edirlər: “Yəni bu məsələ praktika da tətbiq olunur. Ona görə də hesab edirəm ki, biz də bir sivil ölkə kimi bu barədə düşünməliyik. Dövlət əmlakını mənimsəyənlər, maliyyə pozuntusuna yol verib dövlətin, xalqın vəsaitini oğurlayanlar ciddi şəkildə cəzalandırılmalıdırlar”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edən BAXCP sədri qeyd edib ki, onun oğurlanan vəsiatlərin geri qaytarılması məsələsini öz qarşısına vəzifə kimi qoymasını müsbət dəyərləndirir: “Amma vəsaitin qaytarılması ilə yanaşı, ilk növbədə maliyyə pozuntusuna yol verən şəxslər də cəzalındırılmalıdırlar”.
Millət vəkili həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında” qanuna dəyişiklilə bağlı da öz fikirlərini bildirib.
O “biz Milli Məclisin sonuncu iclasında qərar qəbul etdik ki, bank sirləri maliyyə nəzarət palatasına və kənar auditorlara da verilir. Əgər onu qəbul etmişiksə o zaman burada da kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar da həmin qurumlara verilə bilər”, – deyə vurğulayıb.
Qüdrət Həsənquliyev “Sovetski”də məscidlə bağlı yaranan məsələyə də öz münasibətini bildirib: “Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polisə müqavimət göstərən saqqallıları araşdırsa bəlli olacaq ki, onlar bu və digər dövlətin xüsusi xidmət orqanlarına bağlıdır. Biz imkan verməməliyik ki, bizim məscidləri cəsus yuvasına çevirsinlər. Bütün Azərbaycan xalqının ən çox alqışladığı bu hökumətin qərarlarından biri də “Sovetski”nin yenidən qurulımasıdır. Biz bilirdik ki, orada vəziyyət nə yerdədir. Üfunət, antisanitariya, birmərtəbəli binalar… Vaxtilə Nardaranda da müəyyən adamlar hökuməti şantaj etməyə çalışırdı. Orada Azərbaycana müttəfiq olan dövlətlərin bayraqlarını yandırırıdılar, hər cür addım atırdılar. Dövlət hər dəfə bir addım atmaq istəyəndə deyirdilər ki, bu dindarlara qarşıdır. Hökumət də bu səbəbdən geri addım atırdı. Sonda da bu, təəssüf qanlı hadislərə gətirib çıxardı. Ona görə də dövlət indiki halda xarici xüsusi xidmət orqanlarına işləyən 5-6 nəfər adamın qarşısından qaçmamalıdır. Cənubi Qafqazda ən böyük məscid – Heydər Məscidi Bakıda tikilib. Kifayət qədər geniş yer var. Təzə Pir məscidi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dediyi kimi qeydiyyatda olmayan məsciddən 100 metr aralıdadır. Namaz qılmaq üçün də kifayət qədər yer var”.
Millət vəkili çıxışının sonunda Mətbuat Şurasını jurnalistlərin fəaliyyəti ilə bağlı monitorinq keçirməyə, treninqlər təşkil etməyə çağırıb: “ Mən o kadrlara baxanda dəhşətə gəldim. Yəni gələcəyi, perspektivi qabaqda olan gənc jurnalistin icra başçısı ilə, ağsqqal bir adamla o formada davranması təəccüb doğuran bir məsələdir. Ona görə də Mətbuat Şurası bəzi jurnalistlərin peşəkarlığının artırılması və onlara peşə etikasının öyrədilməsi istiqamətində müəyyən treninqlər keçirsə çox yaxşı olar”.

Previous Post

“İmkan verməməliyik ki, məscidləri cəsus yuvasına çevirsinlər”

Next Post

Azərbaycanın Avropa ilə viza rejiminin ləğvinə dair danışıqlar başlayır – rəsmi açıqlama

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Azərbaycanın Avropa ilə viza rejiminin ləğvinə dair danışıqlar başlayır - rəsmi açıqlama

Azərbaycanın Avropa ilə viza rejiminin ləğvinə dair danışıqlar başlayır - rəsmi açıqlama

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.