"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlqar Əliyevin kamera yoldaşı da özünü asdı…

24 Dekabr 2015 - 15:37
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

MTN polkovniki İlqar Əliyevin özünə qəsdi ilə Manaf Paşayevin ölümü arasında əlaqə var?


Dekabrın 22-də Bakı İstintaq Təcridxanasında daha bir təqsirləndirilən şəxs  – Manaf Paşayev saxlanıldığı kamerada özünü asıb. Baş vermiş növbəti intiharla bağlı redaksiyamızı ilginc məlumat daxil olub. Verilən məlumatda iddia olunur ki, M.Paşayev 2 gün əvvəl elə həmin təcridxanada intihar etmiş İlqar Əliyevin kamera yoldaşı olub.
Bir qədər əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin dekabrın 20-də kamerada asılmış meyiti aşkar olunub. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda isə bildirilir ki, İ.Əliyevin kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalıb və mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb. Rəsmi məlumatda İ.Əliyevin kamera yoldaşının kimliyi haqda hər hansı bir məlumat verilməyib. Belə iddia var ki, həmin şəxs Manaf Paşayev olub.
M.Paşayev haqda məlum olan odur ki, əvvəllər dəfələrlə məhkum olunub. Sonuncu dəfə o, bu ilin avqustunda Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gündüz Quliyevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilindiyinə görə tutulub. Paytaxt sakini Manaf Məmməd oğlu Paşayevə oğurluq maddəsi ilə ittiham elan edilərək barəsində həbs-qətimkan tədbiri seçilib və onu Bakı İstintaq Təcridxanasına köçürüblər.
Gələn məlumatlar belə ehtimal yaradır ki, M.Paşayev İ.Əliyevin ölümü ilə bağlı hər hansı bir məlumata malik ola bilərdi. Və ya İ.Əliyev ona hansısa sirlərini deyə, onun vasitəsilə çölə çıxarmağa nail ola bilərdi. Bu ehtimalı gücləndirən başqa bir məlumat da var. M.Paşayevin məhkəməsi gedirmiş. Onun Bakı İstintaq Təcridxanasından məhkəməyə aparıb gətirirmişlər.
Məlumdur ki, məhkəmələrdə ən müxtəlif saxlama yerlərindən gətirilən təqsirləndirilən şəxslər eyni saxlama yerində saxlanırlar. Beləliklə də zəngin kriminal keçmişi olan M.Paşayevin digər təqsirləndirilən şəxslərlə ünsiyyət imkanı yarana bilırdi. Əlbəttə ki, bu bir ehtimaldır və yoxlanılması hüquq-mühafizə orqanlarının üzərinə düşür.
M.Paşayevin ölümü ilə bağlı cinayət işinin başlanıb-başlanmaması, MTN polkovniki İlqar Əliyevlə kamera yoldaşı olub-olmamasına aydınlıq gətirmək üçün Baş Prokurluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəhbəri Eldar Sultanov bildirib ki, M.Paşayevin İlqar Əliyevlə eyni kamerada saxlanması haqda məlumat həqiqəti əks etdirmir: “Mahir Paşayevin intihar etməsi bağlı Sabunçu Rayon Prokurorluğunda CM-in 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Onun intihar etmə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
 Hər iki cinayət işi üzrə Cinayət Prosessual qanunvericiliyin  tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərar qəbul ediləcək”.
 E.Sultanov “Mahir Paşayevin ölümü ilə bağlı başlanmış cinayət işi İlqar Əliyevin ölüm işi Bakı Şəhər Prokurorluğunda istintaq edilən cinayət işinə birləşdirilərək eyni icraatda araşdırıla bilərmi” sualına münasibət bildirmədi.
İlqar Əliyevin vəkil olmuş Rəşad Mirmehdizadə Bakı İstintaq Təcridxanasında daha bir məhkumun ölməsi haqda mətbuat vasitəsilə məlumat aldığını  deyib. Vəkil Mahir Paşayevin İ.Əliyevlə eyni kamerada saxlanılması, kamera yoldaşı olması haqda məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasından meyiti çıxan İ.Əliyevin də ölümü ilə bağlı CM-in 125-ci – özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Lakin həmin cinayət işi Sabunçu Rayon Prokurorluğunda deyil, Bakı Şəhər Prokurorluğunda istintaq olunur. İ.Əliyevi oktyabrın 17-də Eldar Mahmudov vəzifədən qovulandan sonra saxlayıb Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə ittiham elan etmişdilər. Sonradan Səbayel Rayon Məhkəməsinə aparılan İ.Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və BİT-ə göndərilmişdi. O və hazırda BİT-də saxlanılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi sabiq naziri E.Mahmudovun qanunsuz göstərişlərini icra edən fiqurlar hesab olunurlar. (musavat.com)
Previous Post

İlqar Əliyevin kamera yoldaşı da özünü asdı…

Next Post

Bank VTB-də korrupsiya qalmaqalı

Bənzər yazılar

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30

44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın verdiyi itkilər açıqlanıb. Elchi.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2020-ci ildə baş vermiş...

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45

Yeni Azərbaycan Partiyasının VIII Qurultayına hazırlıq başlayıb. Elchi.az xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir. Konfranslarda rayon təşkilatlarının...

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

Next Post

Bank VTB-də korrupsiya qalmaqalı

Bank VTB-də korrupsiya qalmaqalı

Son xəbərlər

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

44 günlük müharibədə ölənlərin yeni sayı AÇIQLANDI

08 Sentyabr 2026 - 13:30
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib – FOTO

08 Sentyabr 2026 - 13:18
Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

Vətən müharibəsindən sonra 438 nəfər minaya düşüb

08 Sentyabr 2026 - 13:09
Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

Aİ Qrenlandiyaya 200 milyon avro sərmayə qoyur

08 Sentyabr 2026 - 13:00
AFFA 4 klubu cərimələdi

AFFA 4 klubu cərimələdi

08 Sentyabr 2026 - 12:51
YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

YAP-ın VIII Qurultayına hazırlıq başlayıb

08 Sentyabr 2026 - 12:45
Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

Sabah bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq

08 Sentyabr 2026 - 12:37
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

08 Sentyabr 2026 - 12:26
Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

Emin Əmrullayev təbiət elmlərinin məzmununa və tədrisinə yenidən baxmağa çağırıb

08 Sentyabr 2026 - 12:25
ÇL: “Qalatasaray”da Osimhenin yerinə o meydana çıxacaq

ÇL: “Qalatasaray”da Osimhenin yerinə o meydana çıxacaq

08 Sentyabr 2026 - 12:13
Husilər Səudiyyə Ərəbistanının 4 şəhərini vurdu: 73 yaralı

Husilər Səudiyyə Ərəbistanının 4 şəhərini vurdu: 73 yaralı

08 Sentyabr 2026 - 12:05
Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

Azərbaycanda sel-daşqın hadisələrinin sayı 10-15 dəfə artıb

08 Sentyabr 2026 - 11:57
Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

Azərbaycanda iqlim stansiyalarının sayı 181-ə çatdırılacaq

08 Sentyabr 2026 - 11:48
ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40
Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

Umayra Tağıyeva: Son onillikdə ekstremal iqlim hadisələri daha da şiddətlənib

08 Sentyabr 2026 - 11:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.