SpaceX və xAI-nin birləşmə qərarından sonra İlon Maskın şəxsi sərvəti 852,5 milyard dollarlıq yeni rekorda çatdı.
Elchi.az xəbər verir ki, Forbes məlumatlarına görə, 2024-cü ildən bəri sərvətini dördqat artıran Musk, bu tempdə davam edərsə, 2033-cü ilə qədər “dünyanın ilk trilyoneri” olmaq proqnozlarını irəli sürə bilər.
Muskın sərvətindəki bu böyük artımın arxasında bir neçə əsas amil var. Son altı ayda Tesla səhmlərinin 39,4% artması hər 2,43 dollar artım üçün Muskın sərvətinə 1 milyard dollar əlavə edir.
Bundan əlavə, Delaver Ali Məhkəməsinin 55 milyard dollarlıq bonus paketini təsdiqləməsi və Tesla səhmdarlarının yeni trilyon dollarlıq ödəniş planına verdiyi dəstək bu artımı gücləndirir.
Şayəstə





















