Bu gün səhər saatlarında yola salınan ilk köç karvanı Xankəndi şəhərinə çatıb.
Elchi.az xəbər verir ki, ilk mərhələdə şəhərə 36 ailə – 162 nəfər köçürülüb.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.





















