"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“İlham Əliyevin Saakaşviliyə münasibəti mərdlik nümunəsidir…”

03 Oktyabr 2014 - 13:16
in SİYASƏT
FacebookVatsap

1Qohum, dost, iş yoldaşı və ya qonşu ilə ünsiyyətə başlarkən verdiyim ənənəvi suala bir çox hallarda aldığım ən yayğın cavabdan başlamaq istəyirəm. Bu kateqoriyadan olan insanlarla ünsiyyətim adətən aşağıdakı sualla başlar: “Nə var, nə yox?” Cavab nədənsə əksər hallarda arzuladığım kimi olmur: “Sağ ol, dəyişən bir şey yox!”

Bunu da oxuyun

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

“Dəyişən bir şey yox!” ifadəsi yalnız suala qarşı nəzakətli üslub ortaya qoymaq və ya real vəziyyəti göstərmək üçün səslənmir, sadəcə, cavab verənin içimini, mahiyyətini, arzusunu qabarıq göstərir. Bu, sıradan bir düşüncə mühafizəkarlığı deyil, düşüncənin paslanmasıdır, durğunluğa olan izahedilməz bir sevgidir. Dünyada texnoloji dəyişim Qərb insanı üçün hər an, hər gün “Dəyişən bir şey olmalıdır!” imperativi ilə hərəkət istiqaməti müəyyənləşdirdi. Dünən və bu gün arasında ən azı fizioloji dəyişikliyə uğrayan insan düşüncə dəyişikliyini də bir vəzifə borcuna çevirməyə başladı. Şərq aləmində isə əsas etibarilə fizioloji dəyişimdən, qocalmadan o tərəfə bir hərəkətlənmə müşahidə olunmadı.

Siyasətdən, dindən başlamış tarixə baxışa qədər, insana münasibətdən tutmuş millətə və dövlətə baxışa qədər, addım-addım dünənki bir çox görüşlərimi dəyişdim. Artıq əvvəlki kimi aşırı millətçiliyin insana faydası olmadığını, fərdin hüquqlarından başlamayan hansısa dəyərin gec-tez iflasa uğrayacağını, insana da, vətənə də, millətə də xidmətin Yaradanın rizasını qazanmaq üçün edilməsinin zəruriliyini dərk etdim. Biri əqidəmi çək-çevir etdi, biri keçmişdəki sözlərimi, biri mövqeyimi xəyanət kimi tanıdı, ancaq hər dəfə öz bildiyim, inandığım kimi, istədiyim kimi, heç nəyə aldırmadan yeniliyə doğru dəyişdim. Çünki problemlərinin böyük əksəriyyəti çözülməmiş bir cəmiyyətin dəyişməsi üçün, hər bir fərdin özünün düşüncəsinin, baxışlarının çağın tələbinə uyğun dəyişməsinin qaçılmaz olduğunu anlamışdım. Bəlkə də bu xarakterimə görə Avropada, Türkiyədə, Rusiyada rast gəldiyim azərbaycanlılardan soruşduğum birinci sual bu olur: “Bu cəmiyyət səni dəyişdimi?” Çünki bizlərdən fərqli olaraq, burada insanın düşüncəsinin yeniləşməsini əngəlləyən elə bir ciddi faktor görünmür. Burada əksinə, həm dəyişmək, həm də dəyişməmək üçün də ən münbit şərait var və işləmədən belə sosial müavinət sistemi ən yazıq, statik insanı belə qorumaq gücünə sahibdir. Bununla belə, yaşadığı ölkənin yazılmış və yazılmamış qaydalarını kəşf edərək, burada nüfuz sahibinə, mülkiyyət və peşə sahibinə çevrilən hər bir azərbaycanlıya fəxrlə baxmağa dəyər, deyə düşünürəm. Bu minvalla xaricdə yenicə tanış olduğum azərbaycanlıdan hansı sahədə ixtisaslaşdığını dərhal soruşuram və dəyişən, yeni mühitə dərhal adaptasiya olunan həmvətənlərimə xüsusi sayğı göstərirəm. Artıq onun ideoloji, siyasi cinahı zərrə qədər məni maraqlandırmır, sadəcə, Almaniyada, Fransada, Türkiyədə, Lüksemburqda, Rusiyada faydalı bir insana çevrilib-çevrilməməsi faktı insanı daha çox cəlb edir.

 

Öncədən söz verdiyim kimi, qısa bir girişdən sonra bu yaxınlarda dilçi-siyasətçi Kamil Vəlinin ahıllıq çağında yazdığı məlum təhqiramiz yazısına burada epizodik bir münasibət bildirməyi zəruri sayıram. Ona görə yox ki, həmin yazıda şəxsimi hədəf alan hansısa konkret məqamlar vardı. Əksinə, adətən bizdə insanlar adlarının çəkilmədiyi, ancaq hədəfə alındıqları yazıları görməzdən gələrək, mübahisəyə girməkdən çəkinməyə üstünlük verirlər. Səmimi deyim ki, həmin yazıdakı müxalifətin dəyərləndirilməsini, qeyri-ədəbi, söyüş üslubunu da sakit qarşılayıram. Çünki hər bir siyasi kimlik daşıyıcısı olan insan bu gün iqtidarı da, müxalifəti də doğru-yanlış təsnifləndirə bilər, mənasız bir söz oynatma müqayisəsində kimisə əl-müxalifət, kimisə əl müxalifəti kimi görə bilər. Bu ittihamlar bəlkə də o adamları əsəbiləşdirə bilər ki, onlar üçün müxalifət adlanmaq həyati əhəmiyyət daşıyır və bu statusu zədələyəcək bütün hücumları dəf etməyi özünə borc bilir. Bizim düşüncəmizə görə, bu günün Qarabağın itirildiyi, hüququn aliliyinin ən uca dəyərə çevrilmədiyi bir Azərbaycanda kiminsə iqtidarda olması ilə müxalifətdə olması arasında mənəvi həzz baxımından heç bir fərq yoxdur. Mənim rəhmətlik nənəmin vaxtilə dediyi sözün qüvvəti, biri çox yediyinə görə ayaqyoluna iki dəfə gedir, digəri az yediyinə görə bir dəfə gedir.

 

Bu gün Ukrayna hadisələrindən sonra ən cahil adama da bəlli oldu ki, müstəqilliyi tam təminat altında olmayan ölkələrdə aşırı iqtidar lovğalığı da, aşırı barışmaz müxalifətçilik qüruru da bir işə yaramaz. Vətən parça-parça olandan sonra kiminsə öz əqidəsinin bütövlüyündən bəhs etməsi pafosdan başqa bir şey ifadə etməz. Demokratiya uğrunda mübarizə şüarının da cəmiyyətdə necə rezonans yaratdığını xüsusi izah etməyə də artıq lüzum qalmamış. Dünyada kimin hansı prinsiplərin müdafiəçisi olduğunu ayırd etmək də xeyli mürəkkəbləşib. Artıq hər kəs, ABŞ-ın da demokratiyanın müdafiəçisi olması barədə şüarlarını gülüşlə qarşılayır, guya İslam prinsiplərinin müdafiəçisi kimi özünü təqdim edən İŞİD-ın də törətdiyi vəhşiliyin necə anti-İslam mahiyyət daşıdığını görür, Avropa Birliyinin də iqtisadi maraqları üçün Rusiyanın işğalçı siyasətinə necə yumşaq münasibət ortaya qoymasının səbəbini rahat anlayır. Azərbaycanda demokratiyanın olmasını tələb edən dünyanın onlarla böyük beynəlxalq təşkilatı var, ancaq illərdir Avropanı, ABŞ-ı dolaşıram, inanın, məmləkətimizdə demokratiyanın olmasını səmimi şəkildə istəyən hansısa təşkilata, dövlətə rast gəlmədim. Hamının tələbinin altından bir Qarabağ itkisini görürsən, iqtisadi pay tamarzılığını görürsən. O zaman ağlı başında olan hansısa vətənsevərin, insansevər demokratın, üzünü öz cəmiyyətinə doğru tutaraq, onun düşüncəsinin

demokratikləşməsinə çalışmasından başqa bir yolu qaldığını görmürsən.

Məhz mənim də həmin yazıya cavab verməyimi zəruri edən, sadəcə, aşağıdakı məqamdır: İllər keçməsinə baxmayaraq, Azərbaycan müxalifətində ahıl yaşlı və elm adamı statusunu qabardan bir şəxsin ittihamının əsas motivi yenə də dəyişimə qarşı etirazdır. Və bu etirazı da əxlaq, namus, əqidə, iman kimi terminlərin altında bəyan edir. İttihamın da əsas sualları budur ki, niyə əvvəlki illərdəki kimi eynisini düşünmürsünüz, niyə iqtidara münasibətiniz bizimki kimi deyil, niyə tutuquşu kimi iyirmi beş il öncə söylədiklərinizi təkrarlamırsınız?

Əlbəttə, otuz il öncəki dünyanın texnoloji dəyişimini kimsə inkar edə bilməz. Azərbaycanda hansısa evi mobil telefonsuz, bilgisayarsız, internetsiz təsəvvür etmək olmur. Həmi texnoloji dəyişim siyasətin mövcud olduğu məkandan fərqli bir yerdə baş vermir ki? Siyasətdə də ən başlıca faktor, ən ciddi tələb dəyişimdir. Xüsusilə də bizim kimi başdan-ayağa problemlərlə dolu bir regionda və ölkədə formal da olsa hakimiyyətə gəlmək iddiası ortaya qoyan siyasətçilər üçün bu dəyişim qaçılmazdır. Əlbəttə, dəyişməyən davranışlar da var siyasətdə. Fikrimcə, dəyişməyən davranışlara əxlaqı, mərdliyi, məsuliyyəti aid etmək doğru olardı. Hamıya tanış simalardan gətirəcəyim nümunələrə diqqət yetirin. Əbülfəz Elçibəyin siyasət düşüncəsində müəyyən yanlışlıqlar görə bilərsiniz. Ancaq atdığı elə mərd addımlar var ki, bunlar siyasətüstü qiymət tələb edir. Xatırlayıram, Dudayevin xahişi ilə xaricə çıxış üçün Azərbaycan təyyarəsini Rusiyanın xəbərdarlığına rəğmən, ona vermişdi. Xatırlayıram, iqtidardan getməsində ən ciddi rol oynamış Rəhim Qazıyevin məhkəmə prosesi zamanı onun vəkili Həqiqət xanımla Kələkidəki evində görüşünü. Vəkil yüz min manatdan artıq bir vəsaitin silah alınması üçün xərclənməsindən prezidentin xəbəri olub-olmadığının yazılı təsdiqini xahiş edirdi ki, bu ittiham müttəhimin üzərindən götürülsün. Əbülfəz bəy hansısa düşmənçilik duyğusuna qapılmadan, yazılı şəkildə təsdiqlədi ki, belə bir vəsaitdən xəbəri olub. Bunun adına da mərdlik deyə bilərsiniz.

Yaxud Əbülfəz bəy xəstə olanda Heydər Əliyev birbaşa xəbər göndərdi ki, harada, necə istəsə, müalicəsi üçün hər şeyi etməyə hazıram. Eləcə də Nəcəf Nəcəfovun müalicəsini üçün atdığı addımlar. Bunun da adına mərdlik deyə bilərsiniz.

Son dövrlərdə prezident İlham Əliyevin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə hakimiyyətdən gedəndən sonra göstərdiyi münasibəti də məhz mərdlik kateqoriyasına aid edirəm. Öz ölkəsində həbs olunmaq təhlükəsi yaşayan sabiq prezident dar məqamında belə bir münasibəti bəlkə də heç gözləmirdi. Mülki geyimdə, şəxsi arabası ilə gəldiyi Azərbaycanda Gürcüstan hakimiyyətinin narazılıq etmə ehtimalı da gözardı edilərək, necə hörmətlə qarşılandığını gördük.

Ancaq namərdlik nümunələri də az deyil. Elçibəyin əleyhinə kiminsə çıxmasına hər zaman siyasətin qaydaları içində baxmağa çalışmışam. Hamı borclu deyildi ki, onun hər bir siyasi görüşünü paylaşsın. Ancaq onun xəstə vaxtında, jurnalistlərə şəxsən diqtə edib əleyhinə iyrənc yazıları yazdırmağın adı da namərdlik idi. Hakimiyyətin bütün üzvlərinin istefa verib getdiyi bir vaxtda, bu gün sədaqət simvolu kimi özünü təqdim edən ahıl bir siyasətçi-alimin yeni hökmdarın mərhəmətinə ümid edərək kreslosundan yapışmasının da adı namərdlik idi. Ona görə də bu cür müqayisələrin davam etməsi əslində sədaqət, əxlaq, namus iddiaçılarının daha pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Və ən acınacaqlısı da budur ki, Azərbaycanda elmi dəyəri olmasa da, elmi titulları olan şəxslər özündən müştəbeh cavablar verməkdən zərrə qədər utanmırlar. İrad bildirənlərə dərhal cavab verirlər ki, sənin ağırlığın qədər mənim kitablarım var. Yaxud da mən filankəslə tanış olanda sən aşırmalı şalvar geyirdin. Nədənsə Azərbaycanda xeyli titul sahibi var ki, yazdığı kitabları kiloqramla təqdim edirlər. Halbuki otuz-qırx illik makulaturanın içindən faydalı, orijinal, yadda qalan bir cümlə, bir fikir belə təqdim etmək iqtidarında deyillər.

Bu gün bizlərin iqtidarçılığı da, müxalifətçiliyi də Azərbaycanı gözləyən təhlükələr fonunda elə bir ciddi imtiyaz və ya hansısa fəxarət ifadə etməz. İnanın ki, fikir, düşüncə, mənəvi dəyərlər baxımından cəmiyyətimizin geriliyinin tək səbəbi dəyişimə qarşı hətta Avropanı, Amerikanı, Türkiyəni görüb-gəlmiş az-çox savadlı adamların da aqressiv, barışmaz bir davranış sərgiləməsidir. Müdriklərdən birinin hikmətli cümləsini xatırlayıram: “Fikirlərini heç dəyişdirməyən kimsələr gerçəklikdən çox, özlərini sevənlərdir”. İndi özünü sevən azərbaycanlıları gerçəkliyə baxmağa istiqamətləndirən bir siyasət anlayışına tələbat var. Gerçəklik isə İraqdır, Liviyadır, Misirdir, Suriyadır, Ukraynadır və başqa-başqa eşitdiyimiz, duyduğumuz məkanlardır. Özümüzü sevməyin əleyhdarı deyiləm, ancaq gerçəklikləri görməzsək, sevməyə özümüzü belə tapmaya bilərik.

Bir daha bildiyiniz sualı təkrarlayıram: “Nə var, nə yox?” Cavab istəmirəm, sadəcə cavab üzərində düşünməyiniz yetərlidir…

Previous Post

“İlham Əliyevin Saakaşviliyə münasibəti mərdlik nümunəsidir…”

Next Post

Türkiyənin fahişəliyə görə axtardığı şəxs Azərbaycanda necə gizləndi

Bənzər yazılar

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

08 Avqust 2026 - 12:48

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Niko Paşinyan bu gün baş tutan telefon danışığı zamanı ötən il...

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08 Avqust 2026 - 12:45

Avqustun 8-də Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan...

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsinin bağlandığını və sülhün bərqərar olduğunu bildirib. Elchi.az xəbər verir ki,...

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev...

Next Post

Türkiyənin fahişəliyə görə axtardığı şəxs Azərbaycanda necə gizləndi

Türkiyənin fahişəliyə görə axtardığı şəxs Azərbaycanda necə gizləndi

Son xəbərlər

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

Prezident İlham Əliyevlə Paşinyan iqtisadi və ticari əlaqələrin inkişafını sülhün faydalarının təzahürü kimi qiymətləndirib

08 Avqust 2026 - 12:48
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi

08 Avqust 2026 - 12:45
Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

Pirşağıda dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı

08 Avqust 2026 - 12:34
Sabah 40 dərəcə isti olacaq

Sabah 40 dərəcə isti olacaq

08 Avqust 2026 - 12:19
Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi

Türkiyədə 18 saatlıq müzakirədən sonra PKK ilə bağlı qanun təsdiqləndi

08 Avqust 2026 - 11:58
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

Sumqayıtda sexdə yanğın oldu – VİDEO

08 Avqust 2026 - 11:42
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi

08 Avqust 2026 - 11:24
Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

Gənclər üçün “Fövqəladə Hallar Könüllüləri” proqramına qəbul başladı

08 Avqust 2026 - 10:55
Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

Ukrayna Krasnodar və Samarada neft emalı zavodlarını vurdu

08 Avqust 2026 - 10:39
Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

Paşinyan: Ermənistanla Azərbaycan arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub

08 Avqust 2026 - 10:21
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

08 Avqust 2026 - 10:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.