"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev Tərtərdə səfərdədir – FOTO + YENİLƏNİB

28 Noyabr 2017 - 15:02
in SİYASƏT, SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Elchi.Az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Bu gün Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Orduda həyata keçirilən islahatların nəticəsidir ki, Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Hərbi hissələrin əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsili olan mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Bununla yanaşı, birinci əməliyyat eşelonu birliklərində dayanıqlı müdafiənin təmin olunması istiqamətində əməli tədbirlər görülüb, müdafiə sistemi təkmilləşdirilib, qoşunların döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılıb. Ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub və ən müasir tələblərə cavab verən simulyator və kompyuter şəbəkələrindən istifadə edilib. Ən əsası isə həmin təlimlərdə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı istənilən vaxt qaytarmaq əzmində olduğunu nümayiş etdirib.

Torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də yüksək fədakarlıq göstərib. Onlarla hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissədə yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məlumat verildi ki, 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı yerləşir.

Müdafiə naziri Zakir Həsənov cəbhədəki əməliyyat şəraiti barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə ətraflı məlumat verib.

Bu hərbi hissənin timsalında biz ordumuzda yaradılan yüksək şəraitin şahidi oluruq və bu şərait də öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin hər zaman öz döyüşkən ruhunu qorumasına imkan verir. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüş Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşünün ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Ümumiyyətlə, aprel döyüşləri münaqişənin həlli dövründə dönüş məqamı idi. Bütün Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb olan bu hadisələr bir daha göstərdi ki, xalqımız torpaqlarımızın itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq.

Bu hadisələr bir daha təsdiqlədi ki, Azərbaycanın danışıqlar masasında mövqeyi hər zaman prinsipiallığa əsaslanıb və bu, belə də davam edəcək. Bu prinsipiallıq isə həm də Azərbaycan Ordusunun güclənməsindən keçir. Artıq neçə illərdir ki, bununla bağlı həyata keçirilən islahatlar öz bəhrəsini verir, Silahlı Qüvvələrin döyüş qabiliyyəti gücləndirilir, Ordumuzda vətənpərvərlik ruhu bu gün ən yüksək səviyyədədir. Bununla da millətimizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın silahlı qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.

***

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Elchi.Az-ın xəbərinə görə, dövlət başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.

Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində oldu, yaradılan şəraitlə maraqlanıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.

Qeyd olunub ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri – məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun açılışında iştirak edib.

Elchi.Az-ın məlumatına əsasən, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, son illər yol infrastrukturunun yenilənməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının gücünü göstərməklə yanaşı, vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Tərtər-Seydimli-Qaradağlı-Sarov marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən respublika əhəmiyyətli Goranboy-Tərtər avtomobil yolunun tikintisi layihəsi xüsusi əhəmiyyət daşıyır.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verib ki, uzunluğu 29,5 kilometr olan Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu üçüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı, hərəkət hissəsinin eni 8 metr olan yol inşa edilərkən 39,7 min kubmetr torpaq işləri görülüb, müxtəlif diametrli suötürücü borular tikilib, 14 avtobus dayanacağı yaradılıb. Bundan əlavə, yol üzərində işıq dirəkləri quraşdırılıb, yol nişanları və göstərici lövhələr yerləşdirilib. Yolun 17-ci kilometrliyində İncəçay çayı üzərində uzunluğu 34,8 metr, eni 10,5 metr olan körpü inşa edilib.

Prezident İlham Əliyevin bu ilin iyulunda imzaladığı Sərəncama əsasən tikilən Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolu 24 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirir.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

***

Azərbaycan prezidenti İlham Əliyevin Tərtər rayonuna səfəri başlayıb.

Elchi.Az-ın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb.

Səfər çərçivəsində İ. Əliyev Tərtər Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb və müxtəlif illərdə köhnə, uyğunlaşdırılmış binalarda yerləşdirilib. Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.

Previous Post

İlham Əliyev Tərtərdə səfərdədir – FOTO + YENİLƏNİB

Next Post

Ermənistan əsgərin meyitini Azərbaycana təhvil verib

Bənzər yazılar

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 - 21:40

ABŞ Prezidenti Donald Tramp immiqrantların Mərakeşdən İspaniyaya qanunsuz daxil olmasını fəlakət və işğal kimi xarakterizə edib. Elchi.az bu barədə xarici mediaya...

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

Milli Məclisin sədri Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb

31 İyul 2026 - 19:29

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb. Bu barədə Elchi.az-a...

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

Sahibə Qafarova Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında iştirak edib

31 İyul 2026 - 18:55

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 31-də Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Midrand şəhərində Milli və Regional Parlamentlərin Sədrlərinin Konfransında...

Next Post

Ermənistan əsgərin meyitini Azərbaycana təhvil verib

Ermənistan əsgərin meyitini Azərbaycana təhvil verib

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.