"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

İlham Əliyev: “Azərbaycan tibbi turizm sahəsində öz sözünü deməlidir”

19 Oktyabr 2014 - 10:10
in İQTİSADİYYAT
FacebookVatsap
“Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir”90e74f3972811972754a9ac0b66936a8

 

Bunu da oxuyun

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Azərbaycan nefti 126 dollara satılır

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

“Dünyada, xüsusilə dünyanın qabaqcıl ölkələrində tibbi turizm inkişaf edir. Hesab edirəm ki, Azərbaycan da bu sahədə öz sözünü deməlidir”.Bu sözləri oktyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev Naftalanda “Qarabağ SPA and Resort” otel kompleksinin açılışında çıxışı zamanı deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilmişdi: “Əminəm ki, bu proseslər, bu meyillər uğurla davam edəcək. Çünki Azərbaycanda belə müalicəvi yerlər kifayət qədər çoxdur. Onlardan biri də Qalaaltıdır. Orada da insan orqanizmi üçün çox xeyirli su mənbəyi var. İndi orada da otel tikilir. Yəqin ki, gələn il istifadəyə veriləcək. Naxçıvanda duz mağaralarında, digər yerlərdə müalicəvi xidmətlər göstərilir. Yəni, biz öz təbii imkanlarımızdan maksimum dərəcədə istifadə edirik ki, gözəl şərait yaradaq”.

 

Prezident İlham Əliyev Naftalana gələnlərin arasında Azərbaycan vətəndaşlarının üstünlük təşkil etdiyini qeyd edib: “Yəni bu, əslində daxili turizmin inkişafıdır və getdikcə daha da çox Azərbaycan vətəndaşları gələcəklər. Çünki xalqımızın rifah halı, maddi vəziyyəti yaxşılaşır, işsizlik demək olar ki, aradan götürülübdür. Beləliklə, həm ölkə daxilindən, həm xaricdən buraya gələnlərin sayı çoxalacaq. Hazırda “Çinar” və “Rixos” otellərində demək olar ki, otaqların orta hesabla 70 faizi artıq doludur. Əminəm ki, burada da elə olacaq. Bəlkə də burada otaqların hamısı dolacaq. Əminəm ki, buraya gəlmək istəyənlərin sayı çox olacaq”.

 

Şəhərdə digər layihələrin də icra edildiyini vurğulayan dövlət başçısı gözəl təbiəti olan, dağların əhatəsində yerləşən Naftalanın müasir şəhərə çevrildiyini qeyd edib: “Hər yerdə belə olmalıdır. Bax, bu səviyyə Azərbaycan standartlarıdır, biz buna belə deyirik və biz bu standartları ölkəmizin hər bir bölgəsində tətbiq etməyə çalışırıq”.

 

Prezident İlham Əliyev bütövlükdə Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini qeyd edib: “Bakıda dünyanın ən aparıcı otellər şəbəkələri fəaliyyət göstərir. Son iki-üç il ərzində Bakıda altıdan çox beşulduzlu otel tikilmişdir. Onlar həm xarici görünüşü ilə şəhərimizi gözəlləşdirir, eyni zamanda, dünyanın aparıcı otel markaları Bakıdadır. Bu da ölkəmizin ümumi inkişafını göstərir”.

 

““Four Seasons”, “Fairmont”, “Hilton”, “Mariott” “Kempinski” “Jumeirah”, “Sheraton”, “Hyatt”, “Radisson” – yəni, bunlar aparıcı otel şəbəkələridir ki, Bakıda fəaliyyət göstərir. Nəyə görə? Çünki investorların ölkəmizin gələcəyinə böyük inamı var. Ona görə ki, Azərbaycan inkişaf edir, gözəl işlər görülür, təhlükəsizlik tam şəkildə təmin edilir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Böyük imkanlar var. Biznes imkanları genişlənir, tarixi yerlərimiz kifayət qədər çoxdur, gələnlər bizim zəngin mədəniyyətimizlə tanış olurlar. Ona görə aparıcı otel brendləri Bakıdadır və bu proses gedir”, deyə İlham Əliyev bildirib.

 

Dövlət başçısı hazırda Bakıda iki gözəl yeni otelin tikildiyini qeyd edib: “Birinin adı “İnturist” olacaq. Çünki əfsuslar olsun ki, bir neçə il bundan əvvəl Bakının simvollarından biri olan “İnturist” oteli sökülmüşdür. Ancaq o yerdən o qədər də uzaq olmayan bir yerdə eyni memarlıq üslubunda yeni otel tikilir, adı da “İnturist” olacaq. Yəni, biz köhnə “İnturist”i yenidən qururuq. Hazırda “Ağ Şəhər” bulvarında otaqlarının sayına görə bəlkə də Azərbaycanda ən böyük otel tikilir. İndi ictimaiyyət üçün o yerlər bağlıdır, çünki işlər gedir. Ancaq təqribən bir neçə aydan sonra “Ağ Şəhər” bulvarı açılacaq, yeni otellər fəaliyyətə başlayacaq. Bir daha demək istəyirəm ki, bu, ölkəmizin ümumi inkişafının göstəricisidir və nəinki Bakıda, Naftalanda, başqa şəhərlərdə belə gözəl əsərlər yaradılır. Siz – burada işləyənlər, əlbəttə ki, ən yüksək xidmət göstərəcəksiniz. Buna əminəm. Siz təlim keçmisiniz ki, buraya gələn qonaqlar hər şeydən razı qalsınlar”.

 

 

Previous Post

İlham Əliyev: “Azərbaycan tibbi turizm sahəsində öz sözünü deməlidir”

Next Post

Əfqanıstanda partlayış

Bənzər yazılar

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42

Hər il oktyabrın 31-də dünyada Beynəlxalq Əmanət Günü qeyd olunur. Bu günün məqsədi əhali arasında qənaətcillik mədəniyyətini təşviq etmək, maliyyə...

Azərbaycan nefti 126 dollara satılır

Azərbaycan nefti 126 dollara satılır

31 Oktyabr 2026 - 10:13

Azərbaycan neftinin qiyməti artıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 3,88 dollar və ya 3,17 faiz...

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11

Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb. Elchi.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən...

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

“Moody’s”: Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

30 Oktyabr 2026 - 16:09

Beynəlxalq reytinq agentliyi "Moody’s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. Elchi.az bu...

Next Post

Əfqanıstanda partlayış

Əfqanıstanda partlayış

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.