İlham Mirzəyev xəstəxanaya yerləşdirildi

🗓 19.07.2014 21:19 ✍️ "Elçi" qəzeti
Həbsdə olan teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib.7c7d0e94084eb58a37ddc88b293fa085sdsd
Bu barədə APA-ya vəkil Adəm Məmmədov məlumat verib.

A. Məmmədovun sözlərinə görə, İ. Mirzəyev saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilib: «Son günlər İlham Mirzəyevin xəstəliklə əlaqədar olaraq vəziyyəti pisləşib. Ayaqları tutulub, yeriyə bilmir. Vəziyyəti pis olduğuna görə həkimlər onu tibb məntəqəsinə yerləşdiriblər».

Qeyd edək ki, İ. Mirzəyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilir. 

Bənzər yazılar