"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi – Foto

12 Dekabr 2023 - 11:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür.

Bunu da oxuyun

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir – FOTO

İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib

Elchi.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoydu.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordu quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəbər verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadiqdir. Bunun davam etdirilməsi sosial çağırışdır. Məhz bu çağırışa cavab olaraq Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edildi.

Sərəncamda da qeyd olunduğu kimi, Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamla irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.

Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin illər öncə böyük uzaqgörənliklə dediyi bu sözlər yada düşür: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur-olsun”.

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli bayrağımız yenidən bütövləşən Vətən torpağında qürurla dalğalanmağa başladı.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza bu il sentyabrın 19-da növbəti Qələbənin sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırmaqdadır. Ulu Öndərin yolu əzmlə davam etdirilir və ölkəmizi inamla irəli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya miqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdaşa çevirib.

Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək.

Previous Post

İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi – Foto

Next Post

Azərbaycanda güclü zəlzələ ehtimalı… – Yetirmişli

Bənzər yazılar

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

Nazir: Azərbaycanda gənclər əhalinin təxminən 22,5 faizini təşkil edir

26 İyun 2026 - 11:08

CICA Gənclər Şurasının 9-cu iclasında çıxış etməkdən böyük məmnunluq duyuram. İlk növbədə CICA Katibliyinə və bütün üzv dövlətlərə təşkilat çərçivəsində...

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir – FOTO

Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilir – FOTO

26 İyun 2026 - 10:13

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilir. Elchi.az xəbər verir ki, yürüş şəhərin mərkəzi...

İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib

İran Hörmüz boğazından keçidlə bağlı xəbərdarlıq edib

25 İyun 2026 - 23:27

İranın Fars Körfəzi Su Yolları İdarəsi (PGSA) tərəfindən müəyyən edilmiş çərçivədən kənar marşrutlarla Hörmüz boğazında hər hansı hərəkət təhlükəsiz keçidə...

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub

25 İyun 2026 - 23:07

Peru ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd olunub. Elchi.az  xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı səfirliyinin "X"...

Next Post
Azərbaycanda güclü zəlzələ ehtimalı… – Yetirmişli

Azərbaycanda güclü zəlzələ ehtimalı... - Yetirmişli

Azərbaycanda güclü zəlzələ ehtimalı… – Yetirmişli

Azərbaycanda güclü zəlzələ ehtimalı... - Yetirmişli

Son xəbərlər

Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında münasibətlər: son dövrün siyasi qiymətləndirilməsi

Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında münasibətlər: son dövrün siyasi qiymətləndirilməsi

26 İyun 2026 - 19:29
Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər – FOTO

Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər – FOTO

26 İyun 2026 - 19:25
Lukaşenko Rusiyaya səfər edib

Lukaşenko Rusiyaya səfər edib

26 İyun 2026 - 19:08
UFC döyüşçüləri Bakıda üz-üzə gəldi – FOTO

UFC döyüşçüləri Bakıda üz-üzə gəldi – FOTO

26 İyun 2026 - 18:50
“Qarabağ” Bəhlulun zədəsi ilə bağlı açıqlama yayıb

“Qarabağ” Bəhlulun zədəsi ilə bağlı açıqlama yayıb

26 İyun 2026 - 18:44
ABŞ-İran görüşünün yeri və tarixi açıqlandı

ABŞ-İran görüşünün yeri və tarixi açıqlandı

26 İyun 2026 - 18:31
“Zirə”nin yeni idman direktoru bəlli oldu

“Zirə”nin yeni idman direktoru bəlli oldu

26 İyun 2026 - 18:16
İsrail müdafiə naziri: “İranın hücumu onun ən böyük səhvi olacaq”

İsrail müdafiə naziri: “İranın hücumu onun ən böyük səhvi olacaq”

26 İyun 2026 - 17:58
DÇ-2026-da avtoqol rekordu təkrarlandı

DÇ-2026-da avtoqol rekordu təkrarlandı

26 İyun 2026 - 17:47
Silahlı Qüvvələr Günündə hərbçilər üçün yeni obyektlər istifadəyə verildi – FOTO

Silahlı Qüvvələr Günündə hərbçilər üçün yeni obyektlər istifadəyə verildi – FOTO

26 İyun 2026 - 17:39
Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

26 İyun 2026 - 17:28
Venesuelada ölənlərin sayı 589 nəfərə çatdı

Venesuelada ölənlərin sayı 589 nəfərə çatdı

26 İyun 2026 - 17:00
Dünya çempionatının 1/32 final mərhələsində daha üç cütlük müəyyənləşib

Dünya çempionatının 1/32 final mərhələsində daha üç cütlük müəyyənləşib

26 İyun 2026 - 16:45
Türkiyə səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Türkiyə səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

26 İyun 2026 - 16:37
Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və İtaliya XİN rəhbərlərinin telefon danışığı olub

26 İyun 2026 - 16:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.