"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev Ərdoğana məktub göndərdi

05 Fevral 2024 - 17:14
in SİYASƏT
FacebookVatsap

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.

Bunu da oxuyun

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Elchi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.

Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.

Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.

Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.

Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm”.

Previous Post

İlham Əliyev Ərdoğana məktub göndərdi

Next Post

Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Bənzər yazılar

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22

Noyabrın 4-də Estoniyanın paytaxtı Tallin şəhərində Estoniya-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası keçirilib. Elchi.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin...

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Zati-aliləri. 8...

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44

Estoniya və Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur və iki ölkə ticarət, iqtisadiyyat, rəqəmsal inkişaf, innovasiya, yaşıl texnologiyalar, logistika...

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31

Prezident İlham Əliyevin sosial media hesablarında “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Next Post
Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.