"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İlham Əliyev bu konfransın iştirakçılarına müraciət etdi

21 Sentyabr 2025 - 17:48
in XƏBƏR LENTİ
FacebookVatsap

Prezident İlham Əliyev “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal xarakterli texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyəti” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

Elchi.az müraciətin mətnini təqdium edir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi Bakı Təhlükəsizlik Forumunun üçüncü iclasının açılışı münasibətilə təbrik edir və hər birinizi səmimi-qəlbdən salamlayıram.

Qlobal arenada kəskinləşən geosiyasi ziddiyyətlər fonunda beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılmasında vacib rolu olan təhlükəsizlik və kəşfiyyat qurumlarını bir araya gətirən Bakı Təhlükəsizlik Forumunun davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir. Foruma olan marağın ildən-ilə artması müzakirəyə çıxarılan mövzuların vacibliyini əyani şəkildə əks etdirir.

Dünya sürətlə dəyişir və hər gün yeni çağırışlar, yeni təhdidlər özünü büruzə verir. Müxtəlif bölgələrdə silahlı toqquşmaların baş verməsi humanitar böhranlara, texnogen qəzalara, ekoloji fəlakətlərə zəmin yaradır. Eyni zamanda beynəlxalq müstəvidə münaqişələrin alovlanması, terrorçu təşkilatların yenidən fəallaşması, eləcə də kibertəhdidlərin artması müşahidə olunur. Bütün bunlar dövlətləri qlobal xarakter daşıyan təhdidlərlə üz-üzə qoyur. Bu kontekstdə dini ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və silah qaçaqmalçılığı kimi hüquqazidd əməllərin beynəlxalq təhlükəsizlik sistemini sarsıtması ciddi narahatlıq doğurur. Şübhəsiz, müasir dövrün bu cür problemlərinin həlli yeni yanaşmaların, yeni vasitələrin tətbiqini, ən əsası isə ölkələrin birgə səylərini və sıx əməkdaşlığını tələb edir. Bu baxımdan Bakı Təhlükəsizlik Forumunun qlobal və regional təhlükəsizliyin ən aktual məsələləri barədə açıq və konstruktiv fikir mübadiləsinin aparılması üçün faydalı platformaya çevrilməsini görməkdən məmnunluq duyuruq.

Azərbaycan Respublikası müstəqillik qazandığı ilk gündən etibarən bütün sahələrdə beynəlxalq əməkdaşlığın gücləndirilməsini daim dəstəkləyib. Biz inanırıq ki, sabitliyə və firavanlığa yalnız dialoq və tərəfdaşlıq yolu ilə nail olmaq mümkündür. Azərbaycan yerləşdiyi bölgədə – Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üçün konstruktiv addımlar atır. Qarşıya qoyduğumuz əsas hədəflərdən biri regionda qarşılıqlı inama, təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının qurulmasıdır. Hesab edirik ki, bu istiqamətdə yürüdülən məqsədyönlü fəaliyyət gələcəkdə qonşu ölkələr arasında tərəfdaşlığın daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Bildiyiniz kimi, 2025-ci ilin avqust ayının 8-də Vaşinqtonda ABŞ-nin şahidliyi ilə Azərbaycan ilə Ermənistan arasında Birgə Bəyannamə imzalanmışdır. Beləliklə, ölkələrimiz arasında uzun müddət davam edən münaqişəyə son qoyulması və sülh sazişinin imzalanması istiqamətində mühüm tarixi addım atılmışdır. Cənubi Qafqazda əmin-amanlığın tam təmin olunması təkcə bizim region üçün deyil, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa üçün yeni əməkdaşlıq imkanları yaradacaqdır.

Beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində xüsusi xidmət orqanlarının birgə fəaliyyət göstərməsi həlledici rola malikdir. Əminəm ki, bugünkü müzakirələr səmərəli olacaq və konfransda səsləndiriləcək təhlillər və tövsiyələr daha təhlükəsiz bir gələcəyin formalaşmasına əhəmiyyətli töhfələr verəcəkdir.

Keçən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi olaraq hər il təşkil edilməsi və davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklif iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənmişdir. Bununla əlaqədar olaraq ötən müddət ərzində Bakı Təhlükəsizlik Forumunun Təşkilat Komitəsinin və onun Katibliyinin təsis edilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Hazırkı iclasda əldə olunmuş ümumi razılıq əsasında Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsinin və ondan irəli gələn təşəbbüslərin qəbul olunması nəzərdə tutulur. Bütün bunlar Forumun təsisatlanması istiqamətində atılmış mühüm addımlardır. Azərbaycan Təşkilat Komitəsinin işinin koordinasiyası funksiyasını öz üzərinə götürərək Bakı Təhlükəsizlik Forumuna öz dəstəyini verməyə davam edəcəkdir.

Hər birinizi bir daha ürəkdən salamlayır və konfransın işinə uğurlar arzulayıram”.

Previous Post

UEFA İsraili yarışlardan uzaqlaşdıra bilər – İclas

Next Post

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatıb

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post
Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatıb

Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatıb

Pezeşkian Nyu-Yorka gedir

Pezeşkian Nyu-Yorka gedir

Comments 19

  1. Sona Şıxıyeva says:
    11 ay ago

    Bu mövzuda belə bir konfransın keçirilməsi çox vacibdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq təhlükəsizlik sisteminin qorunub saxlanılması hər birimizin borcudur. Ümid edirəm ki, bu cür tədbirlər gələcəkdə də təşkil olunacaq.

    Reply
  2. Rəşad Abbasov says:
    11 ay ago

    Çox gözəl yazıb, hamisi ilə razıyam. Mövzu çox aktualdır və mənim də diqqətimi çəkdi. Prezidentin çıxışı, həqiqətən də, təhlükəsizlik orqanlarının əməkdaşlığının nə qədər vacib olduğunu göstərir. Bu cür tədbirlərin keçirilməsi dünyada sülhə xidmət edir.

    Reply
    • Aytən Hüseynova says:
      11 ay ago

      Çox gözəl yazıb, hamisi ilə razıyam. Mövzu çox aktualdır və mənim də diqqətimi çəkdi. Prezidentin çıxışı, həqiqətən də, təhlükəsizlik orqanlarının əməkdaşlığının nə qədər vacib olduğunu göstərir. Bu cür tədbirlərin keçirilməsi dünyada sülhə xidmət edir. İlham Əliyevin müraciəti də bu fikirlərimi təsdiqləyir.

      Reply
  3. Cavid Pənahov says:
    11 ay ago

    Bu mövzuya həqiqətən də İlham Əliyevdən böyük ilham aldım. Belə bir beynəlxalq konfransın keçirilməsi, xüsusilə də indiki qlobal vəziyyətdə çox vacibdir. Təhlükəsizlik orqanlarının birgə fəaliyyətinin humanitar böhranların qarşısının alınmasında nə qədər önəmli olduğunu bir daha gördüm. Bu cür tədbirlər hər kəsə böyük ilham verir.

    Reply
    • Elçin Bəkirov says:
      10 ay ago

      Bu konfransda İlham Əliyevin çıxışı çox təsirli idi. Onun dedikləri, necə də düzdü! Əslində, belə bir mövzuda beynəlxalq konfransın keçirilməsi çox vacibdir. Mən də düşünürəm ki, təhlükəsizlik orqanlarının bir yerdə işləməsi, bu qədər böhranların qarşısını almağa kömək edəcək. Bu cür tədbirlər hər birimizə ümid verir.

      Reply
  4. Aysel Orucova says:
    11 ay ago

    Bu möhtəşəm konfrans haqqında məlumat üçün təşəkkürlər! Prezident İlham Əliyevin bu cür vacib məsələlər üzrə çıxışları həqiqətən də ilhamvericidir. Bu tədbirin beynəlxalq təhlükəsizlik naminə böyük əhəmiyyət kəsb etdiyinə şübhə yoxdur. Bu cür müzakirələr gələcəkdə daha sülhsevər bir dünya qurmağımıza kömək edəcək.

    Reply
  5. Lalə Qədirova says:
    11 ay ago

    Bu konfrans super oldu, təhlükəsizliklə bağlı çox vacib məsələlər müzakirə olundu. Prezidentin dediyi kimi, bu cür tədbirlər əməkdaşlıq üçün çox əhəmiyyətlidir. Ümid edirəm gələn il də bu cür maraqlı konfranslar təşkil olunacaq. Hamıya təşəkkürlər!

    Reply
    • Nicat Pənahov says:
      11 ay ago

      Bakı Təhlükəsizlik Forumu kimi beynəlxalq tədbirlərin keçirilməsi müasir dövrün aktual təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma yaradır. Prezident İlham Əliyevin çıxışı bu cür forumların qlobal çağırışlara qarşı birgə mübarizədə rolunu vurğulayır. Müxtəlif ölkələrdən olan mütəxəssislərin bir araya gəlməsi müxtəlif təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır. Bu cür konfranslar gələcəkdə də faydalı olacaq.

      Reply
      • Qənirə Zeynalova says:
        11 ay ago

        Bu mövzuda belə bir konfransın keçirilməsi çox vacibdir, lakin bu qədər qlobal təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik orqanları necə həqiqətən effektiv şəkildə fəaliyyət göstərə bilər? Müxtəlif ölkələrin təhlükəsizlik xidmətləri arasındakı etimad və əməkdaşlıq nə dərəcədə güclüdür ki, bu çətin məsələləri həll etsinlər? Forumun qaldırdığı məsələlər göz qabağındadır, amma bu məsələlərin həllinə necə nail olmaq barədə daha konkret addımlar atılacaq mı?

        Reply
        • Elmar Vəliyev says:
          11 ay ago

          Bu forumun mövzusu çox aktualdır, lakin təhlükəsizlik orqanları bu cür qlobal təhdidlərlə necə effektiv mübarizə aparacaq? Fərqli ölkələrin xüsusi xidmət orqanları arasındakı etimad və əməkdaşlıq bu böyük çağırışları həll etməyə nə dərəcədə hazırdır? Forumda qaldırılan məsələlər bəllidir, lakin bu məsələlərin həlli üçün daha konkret hansı addımlar atılacaq?

          Reply
          • İlkin Qasımov says:
            10 ay ago

            Hörmətli Prezident İlham Əliyevin bu konfransda etdiyi çıxış çox dəyərlidi. Əvvəlki şərhlərdə də qeyd olunduğu kimi, forumun mövzusu indiki dövr üçün çox aktualdı. Belə mötəbər tədbirlərin keçirilməsi ölkəmiz üçün böyük uğurdur.

  6. Vüqar Kərimov says:
    11 ay ago

    Bu konfransın keçirilməsi çox vacibdir. Belə tədbirlər hər zaman yeni fikirlərlə ilham verir və problemlərin həllinə kömək edir. Prezidentin dedikləri tamamilə doğrudur, qlobal təhlükələr hər birimizi narahat etməlidir. Bu cür forumlar ümid verir ki, gələcəkdə daha təhlükəsiz dünya quracağıq.

    Reply
    • Anar Muradov says:
      11 ay ago

      Bakı Təhlükəsizlik Forumu kimi tədbirlərin təşkil olunması şübhəsiz ki, vacibdir. Lakin, bəzi məsələlər var ki, onları daha fərqli rakursdan dəyərləndirmək olar. Təhlükəsizlik orqanlarının əməkdaşlığı təqdirəlayiqdir, amma qlobal təhdidlərin miqyası nəzərə alındıqda, görülən tədbirlər bəzən kifayət etməyə bilər. Ümid edək ki, bu kimi konfranslar gələcəkdə daha effektli həll yolları tapılmasına şərait yaradacaq.

      Reply
      • İlkin Qafarov says:
        10 ay ago

        Bu mövzuda belə bir konfransın keçirilməsi yaxşıdır. Prezidentin çıxışı da çox vacib idi. Amma bəzən düşünürəm ki, bu cür forumlar real təsiri olurmu? Təhlükəsizlik orqanlarının bir araya gəlməsi vacibdir, lakin dünyanın müxtəlif yerlərində baş verən münaqişələr və böhranlar çox böyükdür. Gələcəkdə daha çox iş görüləcəyinə ümid edək.

        Reply
        • Şəbnəm Mustafayeva says:
          10 ay ago

          Bu cür konfransların olması yaxşıdır. Prezidentin dedikləri də önəmli idi. Amma qlobal problemlər çoxdur, görəsən bu cür görüşlər nə qədər təsir edir? Gələcəkdə daha çox işlər görüləcəyinə ümid edirəm.

          Reply
          • Sevil Rüstəmova says:
            10 ay ago

            Bəli, cənab Prezidentin çıxışını oxudum. Bu cür forumların keçirilməsi vacibdir, amma gərək bu tədbirlər real nəticələr versin. Öncəki şərhlə də razıyam, bu qədər problemlər var, bir konfransla hər şeyi həll etmək mümkün deyil. Ümid edək ki, gələcəkdə bu işlərdən daha çox fayda görərik.

  7. Sadiq Fətəliyev says:
    11 ay ago

    Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti çox aktualdır. Qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi üçün belə tədbirlər böyük önəm kəsb edir. Mövzunun diqqətlə seçilməsi, xüsusilə terror və humanitar böhranlar kimi məsələlərə toxunulması vacibdir. Ümid edirəm ki, konfrans faydalı nəticələr verəcək.

    Reply
  8. Sona Rzayeva says:
    11 ay ago

    Hörmətli Prezident Əliyev, bu möhtəşəm konfransda iştirakçılara belə bir təsirli müraciət etdiyiniz üçün minnətdarıq. Yeni təhlükələrin qarşısının alınmasında təhlükəsizlik orqanlarının əməkdaşlığının nə qədər vacib olduğunu vurğulamanız çox yerindədir. Dünyadakı qlobal problemlərin həllində belə bir forumun olması ümid verir.

    Reply
    • Sevil Ağayeva says:
      10 ay ago

      Çox gözəl bir mövzuya toxunulub, doğrudan da bugünkü dünyada təhlükəsizlik məsələləri çox önəmlidi. Prezidentimizin bu mövzuda çıxışı çox təsirlidi. Belə konfransların keçirilməsi, təhlükəsizlik orqanlarının bir araya gəlməsi gələcək üçün çox faydalıdı. Ümid edək ki, bu cür tədbirlər dünyada sülhün bərqərar olmasına kömək edər.

      Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.