İlham Əliyevin 3 mesajı

181
SHARES
317
VIEWS

>

Prezident Ilham Əliyev BMT tribunasındakı çıxışı ilə dünyanın diqqətini Azərbaycana yönəltdi.

Bunu da oxuyun

BMT-nin Baş Assambleyasının 72-ci sessiyasındə iştirak edən siyasətçilərin və diplomatların əksəriyyəti Azərbaycan barədə geniş məlumata malik olsalar da, Prezident İlham Əliyevin sessiyanın açılışında etdiyi çıxışdan sonra cəmi 25 illik müstəqilliyə malik Azərbaycanın bu qısa müddət ərzində keçdiyi uzun yol barədə tam məlumat aldıqlarını əminliklə söyləmək olar. İlham Əliyevin çıxışı çox şaxəli və dolğun olsa da bu çıxışda ünvanına mütləq çatacaq 3 mühüm mesaj verildi.

Birinci mesaj – Ölkə başçısı çıxışının ilk cümləsindən Ermənistanın Azərbaycanın 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu 25 ildən çox işğal altında saxladığını bildirdi və İrəvanın özünü işgalçı statusunda niyə bu qədər rahat hiss etdiyini izah etdi. “Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri – Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır.” Bəli, ikili standartlara son qoyulmalıdır. Bu mesaj özünü beynəlxalq hüququn müdafiəçisi kimi görən BMT-yə və dünyada ədalət carçısı kimi təqdim edən böyük dövlətlərə ünvanlanmışdı.

İkinci mesaj – İkinci mesajında İlham Əliyev Ermənistanın öz təxribatçı siyasətini davam etdirəcəyi halda Azərbaycanın güc tətbiq edəcəyinə görə məsuliyyətin məhz öz qərarlarına məhəl qoyulmamasına göz yuman BMT-nin və rəsmi Irəvanın üzərinə düşəcəyini bəyan etdi. “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı. Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda – Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq. Döyüş meydanında məğlub olan Ermənistan şəhərlərimizə və kəndlərimizə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. 2017-ci il iyulun 4-də Ermənistan 82 və 120 millimetrlik mina və qumbaraatanlardan istifadə edərək, Füzuli rayonunun Alxanlı kəndinə məqsədli hücum etmiş, 2 dinc sakini – 2 yaşlı Zəhra Quliyevanı və onun nənəsini qətlə yetirmişdir. 2017-ci il avqustun 7-də Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunda 13 yaşlı oğlan erməni əsgərləri tərəfindən yaralanmışdır. Beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.”

İlham Əliyev açıq bəyan etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, heç bir halda Ermənistanın təxribatlarına göz yuman deyil və lazımi, adekvat cavab addımları atır və atacaq. Bu cavabların nəticələrinə görə isə məsuliyyət rəsmi İrəvann və onun işğalçı siyasətinə göz yümən güc mərkəzlərinin üzərinə düşür.

Üçüncü mesaj – Prezident İlham Əliyevin çıxışında səslənən üçüncü mesajın isə bütün dünyaya ünvanlandığını demək olar. Dünyada artan ksenofobiya,dini dözümsüzlük və İslamın qaralanması cəhdləri fonunda Azərbaycanın dini tolerantlıq modeli dünya üçün bir çıxış yoludur. “Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Bütün etnik qrupların və dinlərin nümayəndələri Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar. İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan 2008-ci ildə BMT-nin dəstəklədiyi “Bakı Prosesi”nə start verdi. “Bakı Prosesi”nin əsas məqsədi müsəlman aləmi ilə Avropa arasında dialoqu, tərəfdaşlığı və əməkdaşlığı gücləndirməkdir.”

Bu mesajlarin hər üçü ünvanlarına çatdı, çünki mesajları alacaq şəxslər və ya onların nümayəndələri BMT-nin iclas zalında idilər. İsmarıcların birinci və ikincisinin ünvan sahibinə çatması birbaşa Azərbaycanın marağındadır. Üçüncü mesaja gəlincə bu Azərbaycanın dünyaya verdiyi bir töhfədir. Qəbul edib etməmələri öz işləridir.

Bənzər yazılar

Next Post

Son xəbərlər