"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

16 Mart 2018 - 17:42
in MANŞET, SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Azərbaycan XİN Uruqvayı təbrik etdi

 Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. 

Elchi.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və uğurlar diləyirəm.

Azərbaycan torpağında qədim tarixi köklərə malik Novruz bayramı uzaq keçmişlərdən mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz etmiş, müqəddəs dəyərlərimizin təşəkkülünə töhfələr vermiş və milli düşüncə tərzimizin ayrılmaz tərkib hissəsi olmuşdur. Əcdadımızın nikbin həyat fəlsəfəsini dolğun nümayiş etdirən bu bayram Uca Tanrının nemətlərinə minnətdarlıq duyğusunun təcəssümü, böyük hikmətlə yaradılmış təbiətin ilahi nizamına ehtiramın təzahürüdür. Yurdumuzun çoxəsrlik mədəni sərvətlər xəzinəsində Novruz şərəfli yer tutur.

Gələcəyə inamımızı sarsılmağa qoymayaraq bizi ümidlərlə yaşadıb daim yolumuzu işıqlandıran Bahar bayramına fikir tariximizin görkəmli nümayəndələri həmişə rəğbət bəsləmişlər. Novruz bayramı azadlıq və istiqlal duyğularımızın ifadəsinə çevrilməklə möhtəşəm yubileyi ərəfəsində olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin gerçəkləşməsi və XX əsrin sonlarına doğru xalqımızın müstəqil dövlətçilik idealına yenidən qovuşması üçün zəmin hazırlamış milli özünüdərk amillərindəndir.

Qloballaşma dalğasının sürətlə yayıldığı və dəyişikliklərin qaçılmaz şəkil aldığı indiki dövrdə yazın ölkəmizə gəlişinin ənənəvi rəngarəng mərasimlərlə müşayiət olunması milli köklərə bağlılığımızın təntənəsidir. İnsanlığa xas ülvi dəyərləri yaddaşında toplamış bu əziz bayramın cəmiyyətimizin üzvlərinin vahid mənəviyyat ətrafında daha da yaxınlaşması baxımından müstəsna əhəmiyyəti vardır. Novruzun ümumdünya qeyri-maddi mədəni irsinin şah əsərləri sırasına daxil edilməsi qəlbimizi fərəh hissi ilə doldurur.

Ahəngdar və dinamik yüksəlişə müvəffəq olmuş Azərbaycan bu gün sürətli modernləşmə mərhələsindədir. Ölkəmizin dayanıqlı inkişafına yönələn mühüm islahatlar və hər sahədə özünü göstərən davamlı müasirləşmə meyilləri yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ovqatı ilə həmahəngdir. 2018-ci ilin ictimai-siyasi həyatımızda əlamətdar hadisələrlə zənginliyi bayramın Odlar yurduna builki gəlişinə xüsusi məna qazandırır. Əminəm ki, varlığımızdakı tükənməz yenilikçilik ruhu sayəsində ümummilli mənafelər naminə bütün sınaqlardan bundan sonra da alnıaçıq çıxacaq və taleyüklü məsələlərin layiqincə həllinə nail olacağıq.

Baharı azərbaycançılıq məfkurəsi işığında dünyanın müxtəlif guşələrində bizimlə birgə qarşılayan soydaşlarımıza təbriklərimi yetirirəm. Qoy həmrəyliyimizin rəmzi olan bu el bayramı hər evə xoş əhval gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!”

Previous Post

İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

Next Post

Qalib Arifin oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib

Bənzər yazılar

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunları Komandanı Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərdə öz tonunu və yanaşmasını...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Azərbaycan bu ölkəni təbrik etdi

Azərbaycan XİN Uruqvayı təbrik etdi

25 Avqust 2026 - 10:42

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Uruqvayı Müstəqillik Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə qurumun "X" hesabında...

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

24 Avqust 2026 - 18:09

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi təltif edib....

Next Post
Qalib Arifin oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib

Qalib Arifin oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib

Qalib Arifin oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib

Qalib Arifin oğlu 6 il müddətinə azadlıqdan məhrum edilib

Son xəbərlər

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

25 Avqust 2026 - 15:28
Azərbaycan klubu bu gün 18,6 milyon avro qazana bilər

Azərbaycan klubu bu gün 18,6 milyon avro qazana bilər

25 Avqust 2026 - 14:30
Ögey anası azyaşlıya zorakılıq edib? – DİN araşdırır

Ögey anası azyaşlıya zorakılıq edib? – DİN araşdırır

25 Avqust 2026 - 14:14
Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00
Diplom almaq istəyənlər pul ödəyirlər?

Diplom almaq istəyənlər pul ödəyirlər?

25 Avqust 2026 - 13:53
Azərbaycana gələn turistlərin sayı AZALIB

Azərbaycana gələn turistlərin sayı AZALIB

25 Avqust 2026 - 13:44
Qəbul planı 97 faizdən çox dolub

Qəbul planı 97 faizdən çox dolub

25 Avqust 2026 - 13:30
Bakıda mənzildə yanğın söndürülüb, 8 nəfər təxliyə edilib

Bakıda mənzildə yanğın söndürülüb, 8 nəfər təxliyə edilib

25 Avqust 2026 - 13:14
Zelenski: “Rusiya 300 min vətəndaşı səfərbər etmək istəyir”

Zelenski: “Rusiya 300 min vətəndaşı səfərbər etmək istəyir”

25 Avqust 2026 - 13:00
Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 7%-dən çox böyüyüb

25 Avqust 2026 - 12:45
Sabahın hava proqnozu açıqlanıb

Sabahın havası açıqlandı

25 Avqust 2026 - 12:27
DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

DİM sədri: Qəbul planı 97.07% dolub, dövlət sifarişi əsasında qəbul olunanların sayı artıb

25 Avqust 2026 - 12:16
Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

Rusiya Starlinkə rəqib qlobal peyk internet şəbəkəsi qurur

25 Avqust 2026 - 12:07
Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Astarada həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:53
Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb

25 Avqust 2026 - 11:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.