Prezident İlham Əliyev “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Elchi.az fərmanın mətnini təqdim edir:
1. “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur).