"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

İlham Əliyev: “Biz ili uğurla başa vururuq”

15 Dekabr 2017 - 16:09
in MANŞET, SİYASƏT
FacebookVatsap

“Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın”.

Bunu da oxuyun

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Elchi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının açılış mərasimindəki çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq.

“Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq”.

Azərbaycan Prezidenti deyib ki, son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstərilir və artıq qısa müddət ərzində on xalça fabriki açılıb.

“Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik”.

Prezident çıxışında daha sonra bildirib:

“Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır.

Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə – növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik.

Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir. Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir.

Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda “SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.

Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var.

Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir – həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.

O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq.

Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, “ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz “Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, – mən bunu bulvarın açılışında da demişəm”, – bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.

Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir.

Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

 

Previous Post

İlham Əliyev: “Biz ili uğurla başa vururuq”

Next Post

Deputatlar arasında qanun layihəsi ilə bağlı fikir ayrılığı

Bənzər yazılar

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib

13 Avqust 2026 - 16:30

“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib. Elchi.az-ın xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun 6 fəsildən, 27...

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

13 Avqust 2026 - 16:17

Azərbaycanda istilik təchizatı sektorunda idarəetmə və dövlət nəzarəti mexanizmlərinin müasir bazar tələblərinə uyğunlaşdırılması, eləcə də bu sahədə hüquqi tənzimləmənin unifikasiyası...

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00

Polşada respublikanın Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada Ukrayna nümayəndələri dəvət olunmayıblar. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna...

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

Dövlət başçısı: Azərbaycan sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcək

13 Avqust 2026 - 13:30

Regionda sülh gündəliyi məhz Azərbaycanın təşəbbüsü ilə başladılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun...

Next Post

Deputatlar arasında qanun layihəsi ilə bağlı fikir ayrılığı

Deputatlar arasında qanun layihəsi ilə bağlı fikir ayrılığı

Son xəbərlər

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27
Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlər dünya mediasında geniş yer alıb

13 Avqust 2026 - 19:27
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır

13 Avqust 2026 - 19:15
“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

“Mançester Siti”nin futbolçusu Ticani Reynders karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər

13 Avqust 2026 - 19:06
Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

Səhiyyə Naziriyi: Samuxda qarayaranın qeydə alınması ilə əlaqədar əhali arasında narahatlıq yaranmasına əsas yoxdur

13 Avqust 2026 - 18:55
Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

Seutada miqrasiya gərginliyi: 5 min qanunsuz miqrant şəhərdə qalır

13 Avqust 2026 - 18:44
Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

Roma yaxınlığında hərbi sursat istehsal edən zavodda partlayış olub

13 Avqust 2026 - 18:38
Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

Türkiyədə meşə yanğını yaşayış yerlərinə yaxınlaşıb, sakinlər təxliyə edilib

13 Avqust 2026 - 18:19
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq

13 Avqust 2026 - 18:10
İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

İstanbuldan Bakıya gələn çamadanda bəyan edilməyən 17 telefon aşkarlanıb

13 Avqust 2026 - 17:58
Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Azərbaycana narkotik keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

13 Avqust 2026 - 17:49
Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 17:41
ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

ABŞ Trampın helikopteri ilə bağlı insidentdən sonra uçuş qaydalarını dəyişəcək

13 Avqust 2026 - 17:38
Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

Bakı Beynəlxalq İncəsənət Festivalına ev sahibliyi edəcək

13 Avqust 2026 - 17:25
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb

13 Avqust 2026 - 17:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.