"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

İlham Əliyev: “Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həm dost, həm də ədalətli mövqedir”

10 Avqust 2018 - 15:46
in SİYASƏT
FacebookVatsap

Bunu da oxuyun

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tacikistan Prezidenti Emoməli Rahmonla ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib: “Emoməli Şərifoviç, Sizi Azərbaycanda bir daha səmimi qəlbdən salamlayıram. Tacikistan Prezidentinin Azərbaycana səfəri ölkələrimizin ikitərəfli münasaibətlərində mühüm hadisədir. Biz həm Tacikistanda, həm Azərbaycanda tez-tez görüşürük. Təmaslar mütəmadi xarakter daşıyır. Beynəlxalq tədbirlər çərçivəsində də həmişə söhbət edib vacib məsələləri müzakirə etməyə vaxt tapırıq. Lakin, əlbəttə, rəsmi səfər məsələlərin müzakirəsi və həlli üçün tamam başqa formatdır, tamam başqa səviyyədir.

İlk növbədə qeyd etmək istərdim ki, biz Prezident Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə Tacikistanın uğurlu inkişafını çox diqqətlə izləyirik. Tacikistan sosial-iqtisadi inkişaf məsələlərini uğurla həll edir. Ölkənizin beynəlxalq nüfuzu artır. Siz dayanılqlı, sabit inkişafa, mühüm sosial məsələlərin həllinə yönələn vacib qlobal təşəbbüslərlə çıxış edirsiniz. Tacikistanda ictimai-siyasi sabitlik mövcuddur. Bu, davamlı inkişaf üçün əsas amildir. Biz Sizin uğurlarınıza sevinirik və əminik ki, Tacikistan bundan sonra da Sizin müdrik rəhbərliyinizlə inkişaf və tərəqqi yolu ilə gedəcək”.

Azərbaycan Prezidenti qeyd edib: “Bu gün biz həm üzbəüz söhbət zamanı, həmçinin nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin mühüm məsələlərini, regional problematika məsələlərini müzakirə etdik. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Bu nəticələr ölkələrimiz arasında qarşılıqlı sosial-iqtisadi fəaliyyətdə mütləq özünü göstərəcək və xalqlarımızı daha da yaxınlaşdıracaq. Bu gün bir çox mühüm sənədlər imzalanıb. Həmin sənədlər bizim münasibətlərimiz üçün mühüm hüquqi baza yaradıb və bu sənədlər nəticəyə hədəflənib. Düşünürəm ki, əldə etdiyimiz razılaşmaların uğurlu icrası əmtəə dövriyyəsinin xeyli artmasına və bir çox istiqamətlər üzrə işimizin fəallaşmasına gətirib çıxaracaq. Əlbəttə ki, indicə imzalanan sənədlər arasında Tacikistan və Azərbaycan prezidentlərinin Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin bütün sahələrini əhatə edən olduqca fundamental vacib siyasi sənəddir. Bu sənəd ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsini qeyd edir. Bu sənəddə iqtisadi əməkdaşlıq, nəqliyyat, humanitar əməkdaşlıq, təhlükəsizliyin möhkəmləndirilməsi sahələrində mühüm məsələlərin əsas prioritetləri əksini tapıb. Sənəddə ölkələrimizi narahat edən vacib məsələlər də əks olunub. Azərbaycan Tacikistanın BMT-də irəli sürdüyü və gələcək onilliyin – 2018-2028-ci illərin “Su – dayanıqlı inkişaf üçün” tezisi ilə bağlı onilliyin olmasına dair təşəbbüsünü fəal dəstəkləyir. Bu, çox mühüm təşəbbüsdür. Qeyd etdiyim kimi, biz onu dəstəkləyirik. Bu, indicə imzalanan Birgə Bəyanatda əksini tapıb.

Tacikistana Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyinə görə də minnətdarlığımı bildirmək istərdim. Bəyanatın mətnində yazılıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, ATƏT-in qərarlarına uyğun şəkildə həll olunmalıdır. Bütün Azərbaycan xalqı adından belə ədalətli mövqeyə görə minnətdarlıq bildirmək istərdim. Bu, həm dost mövqeyidir, həm də ədalətli mövqedir. Çünki uzun illərdir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır və Ermənistan BMT-nin Təhlükəsizlik Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər bu kimi aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrini yerinə yetirmir. Vaxtilə onların hamısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul ediblər və bu zaman belə bir nöqteyi-nəzərdən çıxış ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Prezident İlham Əliyev bildirib: “Bu gün biz ticarət, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyət məsələlərini fəal müzakirə etdik, bu istiqamətdə ölkələrimizin sənayesinin güclü artımına təkan verəcək ciddi razılaşmalar əldə etdik. Biz bir daha nə qədər qarşılıqlı bağlı olduğumuzu və kooperasiya ilə əlaqədar məsələləri nə dərəcədə həll edə biləcəyimizi gördük. Bu, həm alüminium təchizatı sahəsində əməkdaşlıq məsələsinə, həm neft koksunun təchizatı ilə bağlı bu gün imzalanan memoranduma, həm də bir çox digər məsələlərə aiddir. Bu, sadəcə ticari-iqtisadi razılaşmalar deyil, bu, iqtisadi sahədə uzun illər üçün münasibətlərin inamlı inkişafını müəyyən edəcək layihələrdir və yüzlərlə yeni iş yeri yaratmağa imkan verəcək.

Mən Tacikistan Prezidentini Azərbaycanın öz tərəfdaşları ilə birgə reallaşdırdığı və ixrac üçün, o cümlədən Tacikistandan, həmçinin Mərkəzi Asiyanın digər ölkələrindən Azərbaycan ərazisindən keçməklə ixrac üçün tamamilə yeni imkanlar açan nəqliyyat layihələri haqqında ətraflı məlumatlandırdım. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, eləcə də böyük Ələt ticarət limanının tikintisi bu dəhlizin yüklərin ixracı üçün istifadəsinə tamamilə yeni imkanlar açır. Təbii ki, biz Tacikistandan yüklərin artacağına ümid bəsləyirik və bu barədə razılaşmalar əldə olunub. Biz Azərbaycan ərazisindən keçməklə beynəlxalq bazara çıxarılacaq tranzit yüklərin əhəmiyyətli dərəcədə dəfələrlə artmasını gözləyirik. Biz humanitar əməkdaşlıq, təhsil, mədəniyyət sahələrində, kənd təsərrüfatı ilə bağlı məsələləri müzakirə etdik. Biz sıx qarşılıqlı fəaliyyət məsələlərinin işlənib hazırlanması üçün xüsusi nümayəndə heyətlərinin göndərilməsini razılaşdırdıq. Başqa sözlə, müzakirə etdiyimiz bütün məsələlər üzrə bizim aramızda tam anlaşma mövcuddur. Əminəm ki, müzakirə etdiyimiz bütün məsələlər reallaşdırılacaq. Çünki bütün bunların hamısı konkret nəticələrə hədəflənib. Əminəm ki, Tacikistan Prezidentinin Azərbaycana səfərinin nəticələri ölkələrimiz arasında qardaşlıq münasibətlərinin gələcəkdə də möhkəmləndirilməsində mühüm rol oynayacaq. Bir daha xoş gəlmisiniz hörmətli cənab Prezident”.

Previous Post

İlham Əliyev: “Tacikistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həm dost, həm də ədalətli mövqedir”

Next Post

İki qurum qanunsuz tikintilərlə birgə mübarizə aparacaq

Bənzər yazılar

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

06 Avqust 2026 - 12:26

Ukrayna xarici işlər naziri Andriy Sibiha Qara dənizdə hərbi əməliyyatlar zamanı Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib. Elchi.az...

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb – YENİLƏNİB

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb – YENİLƏNİB

06 Avqust 2026 - 11:20

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Məlumata...

Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib

Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib

06 Avqust 2026 - 11:10

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri davam edir. Elchi.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov ukraynalı...

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

Ukraynalı həmkarı Ceyhun Bayramovu Kiyevdə qarşılayıb

06 Avqust 2026 - 09:57

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Ukraynaya səfəri çərçivəsində Kiyevdə xarici işlər naziri Andriy Sıbiha qarşılayıb. Elchi.az xəbər verir ki,...

Next Post
İki qurum qanunsuz tikintilərlə birgə mübarizə aparacaq

İki qurum qanunsuz tikintilərlə birgə mübarizə aparacaq

İki qurum qanunsuz tikintilərlə birgə mübarizə aparacaq

İki qurum qanunsuz tikintilərlə birgə mübarizə aparacaq

Son xəbərlər

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

06 Avqust 2026 - 13:30
Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

06 Avqust 2026 - 13:18
Pentaqon təcili iclas keçirəcək

Pentaqon təcili iclas keçirəcək

06 Avqust 2026 - 13:00
Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

06 Avqust 2026 - 12:43
Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

06 Avqust 2026 - 12:26
Bakı-Quba yolunda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

Bakı-Quba yolunda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

06 Avqust 2026 - 12:13
FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı plandan imtina edib, üzr istəyib

FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı plandan imtina edib, üzr istəyib

06 Avqust 2026 - 12:09
“Roma” argentinalı müdafiəçinin transferini bitirdi

“Roma” argentinalı müdafiəçinin transferini bitirdi

06 Avqust 2026 - 11:58
Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana 14 vaqon buğda göndərildi

06 Avqust 2026 - 11:51
Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

Qara dəniz qızışır! Rusiya Ukrayna hərbi gəmilərini hədəf alır

06 Avqust 2026 - 11:42
Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

06 Avqust 2026 - 11:31
Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb – YENİLƏNİB

Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb – YENİLƏNİB

06 Avqust 2026 - 11:20
Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

06 Avqust 2026 - 11:14
Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib

Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib

06 Avqust 2026 - 11:10
FHN-dən əhaliyə müraciət – VİDEO

FHN küləkli havada çimərliklərə gedənlərə müraciət edib

06 Avqust 2026 - 11:06
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.