"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

İlham Əliyev Şuşada bu mərkəzin açılışını etdi

09 May 2023 - 13:01
in İQTİSADİYYAT
FacebookVatsap

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib.

Bunu da oxuyun

2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

Milli Məclisdə 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılıb

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Elchi.az xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində (EŞİTM) müxtəlif gücdə transformatorlar, 35 kV-luq yeni yarımstansiya inşa olunub, müasir standartlara cavab verən elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi, avtomatika sistemləri və 0,4 kV şəbəkələrini də əhatə edən SCADA dispetçer idarəetmə sistemi quraşdırılıb.

Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün müvafiq qurğular yerləşdirilib. Burada, həmçinin günəş enerjisi ilə çalışan panellər quraşdırılıb. Həmin panellər vasitəsilə əldə olunan enerjinin bir hissəsi yarımstansiyada qəza hallarında daxili tələbatın ödənilməsi və elektromobil enerji doldurma cihazları üçün istifadə olunur. Qalan enerji isə avtomatik rejimdə şəbəkəyə ötürülür.

Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçüləmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.

Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi yeni yaradılan dairəvi təchizat sxeminin tərkib hissəsi kimi layihələndirilib, Nöqtə Buludu texnologiyasından istifadə edilməklə ərazinin virtual xəritəsi hazırlanıb, əraziyə getmədən sahədə ölçmə və layihələndirmə işlərinin yerinə yetirilməsi, görüləcək işlərin əvvəlcədən planlaşdırılaraq vaxta qənaət edilməsi, həyata keçirilən işlərin monitorinqinin və qiymətləndirilməsinin aparılması təmin olunacaq. Bundan əlavə, Şuşa şəhərinin və Mərkəzin Virtual Tur modeli hazırlanıb ki, bununla da cihaz və avadanlıqların, habelə şəbəkə aktivlərinin məsafədən əyani şəkildə təlim-tədrisinin təşkili mümkün olacaq.

Bildirildi ki, beynəlxalq təcrübədə istifadəsi və iqtisadi-texnoloji üstünlükləri nəzərə alınaraq Şuşa şəhərinin Rəqəmsal Əkiz modeli hazırlanıb, bu da EŞİTM-in təsnifat modelinə daxildir. Belə ki, burada quraşdırılan xüsusi monitorlar vasitəsilə Rəqəmsal İdarəetmə Mərkəzinin, rəqəmsal yarımstansiyanın, 3D mobil xəritə və Rəqəmsal Əkiz modelin, Kompozit dayaqların, optik lifli güc kabelləri ilə qurulan 35/0,4 kV şəbəkə modelinin, Yeni Yaşma Külək Enerji Stansiyasının, mikro-fotovoltaik stansiyaların, elektron xidmətlərin, SCADA sisteminin, bərpaolunan enerji mənbələrinin, qabaqcıl ölçmə infrastrukturun, Şəbəkələrin Dron Monitorinq Sisteminin, müasir 0,4 kV-luq Dispetçer və Smart Sayğac oxuma sistemlərinin interaktiv rejimdə izlənməsinə imkan yaranacaq.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzini işə saldı.

Mərkəzdə təhlükəsizliyin təmin edilməsi və qəzaların aradan qaldırılması məqsədilə qapalı paylayıcı quruluşla digər yarımstansiyalar arasında əlaqələr, eləcə də yarımstansiyadan çıxan elektrik verilişi xətləri yeraltı kabellər vasitəsilə həyata keçirilir.

Burada növbətçi heyət üçün lazımi iş şəraiti, müvafiq xidmət otaqları yaradılıb, ərazidə geniş abadlıq işləri görülüb.

Prezident Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib   - YENİLƏNİB Prezident Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib   - YENİLƏNİB Prezident Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib   - YENİLƏNİB Prezident Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib   - YENİLƏNİB

Previous Post

İlham Əliyev Şuşada bu mərkəzin açılışını etdi

Next Post

Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir – Çavuşoğlu

Bənzər yazılar

2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

2027-ci ildə dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat olacaq

16 Noyabr 2026 - 12:09

Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat həcmində proqnozlaşdırılıb. Elchi.az xəbər verir ki, bunu maliyyə naziri Sahil...

Milli Məclisdə 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılıb

Milli Məclisdə 2027-ci il dövlət büdcəsi müzakirəyə çıxarılıb

16 Noyabr 2026 - 11:25

Milli Məclisdə “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Elchi.az xəbər verir ki, qanun layihəsinə əsasən,...

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi açıqlanıb

16 Noyabr 2026 - 10:39

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 12 081,7 min ton, dəniz nəqliyyatı ilə...

Qızıl və gümüş ucuzlaşdı

Qızıl və gümüş ucuzlaşdı

16 Noyabr 2026 - 09:26

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. Elchi.az xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.39% azalaraq 3.871...

Next Post
Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir – Çavuşoğlu

Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir - Çavuşoğlu

Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir – Çavuşoğlu

Türkün yolu Zəngəzurdan, Qarabağdan keçir - Çavuşoğlu

Son xəbərlər

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib

16 Noyabr 2026 - 23:18
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi

COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi

16 Noyabr 2026 - 19:22
“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

“Kəpəz” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb

16 Noyabr 2026 - 19:13
Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib

Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib

16 Noyabr 2026 - 19:07
Tramp, Huanqın “Nvidia”nın rəhbəri vəzifəsinə qaytarılması ideyasına münasibət bildirib

Tramp, Huanqın “Nvidia”nın rəhbəri vəzifəsinə qaytarılması ideyasına münasibət bildirib

16 Noyabr 2026 - 18:55
Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirir

16 Noyabr 2026 - 18:47
Brüsseldə siçovullarla mübarizədə furet və itlərdən istifadə edilir

Brüsseldə siçovullarla mübarizədə furet və itlərdən istifadə edilir

16 Noyabr 2026 - 18:36
Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, illərlə davam edəcək bir sülh istəyirik

Rusiya: Ukraynada müvəqqəti atəşkəs deyil, illərlə davam edəcək bir sülh istəyirik

16 Noyabr 2026 - 18:23
Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

Ceyhun Bayramov Birləşmiş Krallığın dövlət katibi ilə Cənubi Qafqazı müzakirə edib

16 Noyabr 2026 - 18:14
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

16 Noyabr 2026 - 17:59
MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

MN-in intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşib

16 Noyabr 2026 - 17:45
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirdi

16 Noyabr 2026 - 17:26
“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

“Qalatasaray”ın oyununun keçiriləcəyi stadion dəyişdirildi

16 Noyabr 2026 - 17:18
Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

Vaxtı keçmiş kolbasa və süd məhsulları aşkarlanıb

16 Noyabr 2026 - 17:10
Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

Berlində şagirdlərə Zəfər Gününün tarixi əhəmiyyətindən danışıldı – FOTO

16 Noyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.