Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsinə 4,23 milyon manat ayrılıb.
Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 22-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 4,23 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında...





















Son şərhlər