İlham Əliyev özünə yeni maşın sifariş verdi

68

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobili almaq üçün sifariş verib.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, İlham Əliyev 2 avtomobil istəyib:
“Telefon danışığımız zamanı da bunu xatırlatdı”.
Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti türkiyəli həmkarını “Togg”un kütləvi istehsalına başlanılması münasibətilə təbrik edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə “Togg” elektromobilini sınaqdan keçirib. Dövlət başçısı Gemlik zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək.