"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

İKİ MƏMURUN ÖVLADLARININ AVROPADAKI NƏHƏNG BİZNESİ… – Nələr var?

17 Yanvar 2019 - 18:26
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, MANŞET, SEÇMƏ
FacebookVatsap
2015-ci il devalvasiyalarından sonra kredit bataqlığında çabalayan əhalidən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb.
Elchi.az Mia.az-a istinadən xəbər verir ki, bu sözləri araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində yazıb.
Onun araşdırmasına görə, Elman Rüstəmovun qızı Günel Rüstəmova ilə əri Cümə Əhmədzadənin sərvətində fantastik artım baş verib.
Jurnalistin sosial şəbəkədəki səhifəsindəki araşdırma yazısını olduğu kimi təqdim edirik:
***
Qeyd edim ki, Cümə Əhmədzadə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğludur.
Günel Rüstəmova və Cümə Əhmədzadə uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada korrupsiyadan qaynaqlanan böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Onların Britaniyada sahib olduqları Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).
2010-cu ilin 26 oktyabr tarixinə qədər Yosma LTD adı ilə fəaliyyət göstərən şirkət 2006-cı ilin avqustun 21-də Elman Rüstəmovun qızının adına rəsmiləşdirilib.
2010-cu ildən bəri Gyunel Limited adı ilə fəaliyyətdədir. Şirkətin maliyyə sənədlərinə görə, 2008-ci ildə onun sərvəti heç 10 min funt sterlinq olmayıb. 2014-cü ildə şirkətin mal varlığı 1 milyon 102 min 789 funt sterlinq olub. Yəni 2013-cü ilə nisbətdə azalma müşahidə olunub. Lakin devalivasiya ilinin maliyyə hesabatlarına görə bu məbləğ iki dəfə artaraq 2 milyon 232 min 787, sonrakı illərdə isə hər il 1 milyon funt sterlinqdən bir qədər çox artaraq 2017-ci ildə 4 milyon 394 min 541 funt sterlinqə (təxminən 5.7 milyon dollar) çatıb.
Devalvasiya ilində Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyü Londonun ən bahalı ünvanlarından biri sayılan Princes Gate 69-70 ünvanında mənzil alıblar. Bu ünvanda 3 otaqlı mənzilin qiyməti 3.5 milyon funt sterlinqdən, yaxyd 4.5 milyon dollardan başlayır. Mənzilin orderinə görə onu Londonda yerləşən Seda Zirek Design şirkətindən alıblar.
Gyunel Limiteddən başqa Cümə Əhmədzadənin Globally LTD şirkəti də olub. Bu şirkət 2012-ci ilin dekabrın 8-də 07875402 saylı lisenziya alaraq qeydiyyatdan keçib. Şirkət Əhmədzadəyə aid olan 32 Woodstock Grove London ünvanında fəaliyyət göstərib və brend malların satışı ilə məşğul olub, 2014-cü ilin 25 martında qapadılıb.
ALPS s.r.o. şirkəti 2007-ci ilin avqustunda Budějovice regional ədliyyə idarəsində qeydiyyatdan keçib.
İlk olaraq şirkət Ěeské Budějovice, Pražská 2067/41 ünvanı ilə qeydiyyata alınıb.
11 may 2010-cu ildə şirkət yeni ünvana köçür: Ěeské Budovjovice, Otakarova. 1 oktyabr 2012-ci ildən Cümə Əhmədzadə və Günel Rüstəmovaya məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətini davam etdirib. Qeydiyyat şəhadətnaməsinin nömrəsi: 28068939. Nizamnamə kapitalı 200 min çex kronudur. Vergi nömrəsi: CZ 280 68 939. Bank hesabı: ČSOB, Budějovice hesap nömrəsi: 264208999/0300.
Şirkət ilk əvvəl iş və xidmətlər üzrə vasitəçiliklə məşğul olsa da, 2010-cu ildən ticarət və xidmət sahəsində fəaliyyətini genişləndirdi. Şirkətin işlərinin icrası Çexiya vətəndaşıi YURIY MIROSHNICHENKO-ya həvalə edilir. Şirkətin təsisçiləri Elman Rüstəmovun qızı və kürəkənidir.
Şirkətin idarə olunması 14 iyun 1972-ci il təvəllüdlü ELÇİN KAZIMOVa həvalə edilir. O, Əhmədzadənin razılığı ilə şirkəti təmsil edir, qərarlar verir.
2013-cü ilin sonlarında Əhməd Əhmədzadənin oğlu və Elman Rüstəmovun qızı Çexiyada otel açmaq qərarına gəlirlər. Onlar Çexiyanın Lipno gölü sahilini seçirlər.
VƏ 2014-CÜ İL MAYIN 11-DƏ CÜMƏ ƏHMƏZADƏ ÇEXİYANIN MÜDAFİƏ NAZİRLİYİ İLƏ BU ÖLKƏNİN HƏRBİ QÜVVƏLƏRİNƏ AİD BİNANI ALMAQ BARƏDƏ MÜQAVİLƏ BAĞLAYIR. Müqaviləni Çexiya Müdafiə Nazirliyi adından cənab Ľubošem HAJDUKEM imzalayır.
Müqaviləyə görə Çexiya Müdafiə Nazirliyi Lipno gölü sahilindəki istifadəyə yatarsız binanı Cümə Əhmədzadəyə satır. CÜMƏ ƏHMƏDZADƏNİN LİPNO İLƏ BAĞLI LAYİHƏSİ 150 MİLYON KRON VƏ YA TƏXMİNƏN 7 MİLYON DOLLAR TƏŞKİL EDİR.
“Hospodarske Novny” saytının 26 mart 2018-ci il tarixli mlumatına görə, Cumanın aldığı bina ötən yüzilin 80-ci illərində inşa edilib və Çexiya Müdafiə Nazirliyinin balansında olub, 2009-cu ildən yararsız obyekt kimi istifadəsiz qalıb. Cümə Əhmədzadəni oxucularına tanıtdıran saytın məlumatına görə o, Azərbaycanda, İngiltərədə və digər ölkələrdə otellər şəbəkəsinin sahibidir.
Cümə Əhmədzadə Cənubi Bohemiya bölgəsində, Lipno su hövzəsi sahilində aldığı binanı artıq tamamilə sökdürüb və tezliklə burada böyük otel kompleksinin tikintisinə başlanacaq. Burada 4255 kvadrat metrlik ərazidə 140 yataqlı otel inşa ediləcək.
Qeyd olunur ki, Lipnoda otel açmaq ideyası Əhmədzadənin dostu Elçin Kazımovdan gəlir.
Əhmədzadənin İngiltərədəki oteli barədə dəqiq məlumat əldə bilməsək də, onun mütəmadi olaraq Londondakı bahalı Hotel ME-də tez-tez göründüyü, burada Britaniyanın zənginləri üçün ziyafət təşkiı etdiyi bəllidir. Çox ehtimal ki, bu otel də Əhmədzadəyə aiddir, yaxud onun ortaqlarındandır. Hotel ME Londonda bir nəfərlik gecələmə 300 funt sterlinqdən başlayır.
ALPS s.r.o. Günel Rüstəmova və Cümə Əhmədzadə cütlüyünün Çexiyadakı yeganə şirkəti deyil.
Lipnodakı otellə bağlı planı həyata keçirmək məqsədilə 2017-ci ilin aprelin 17-də cütlük bu ölkədə Lipno Investment s.r.o. şirkətini qeydiyyatdan keçirirlər. Təsisçilər ALPS s.r.o. şirkəti və Əhməd Əhmədzadənin oğlunun dostu Elçin Kazımov olur. Yeni şirkət Budějovice regional ədliyyə idarəsində 06202098 saylı qeydiyyat şəhadətnaməsi alır və cütlüyə məxsus Charles IV. 93/3 ünvanında fəaliyyətə başlayır.
Yeni şirkət daşınmaz əmlak alqı-satqısı, ticarət, xidmət, 2018-ci ilin iyunundan isə alkoqollu içkilərin satışı hüququ əldə edir.
Kimdir Elçin Kazımov?
O, 10 il var ki, Çexiyada yaşayır, vaxtilə Milli Bankda, Elman Rüstəmovun yanında çalışıb, hazırda Milli Bank rəhbərinin ən etibarlı adamlarından biri kimi kürəkənin Çexiyadakı biznes şəbəkəsini idarə edir. Maraqlıdır ki, Kazımov həm də vaxtilə keçmiş Beynəlxalq Bank rəhbəri Cahangir Hacıyevin yaxın adamı olmuş Rüfət İmamverdiyevlə şərik şirkətlər də qurub.
Elman Rüstəmovun kürəkəninin Elçin Kazımovun Çexiyada qeydiyyatdan keçirdiyi Budweis trading s.r.o.-nun şəriki də Rüfət İmamverdiyev olub. Şirkət 2009-cu ilin oktyabrın 1-də qeydiyyatdan keçib və Əhməd Əhmədzadənin oğluna məxsus ünvanda yerləşir.
Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir. İmamverdiyev keçmiş Beynəlxaq Bank rəhbərinin Londondakı biznesini, o cümlədən Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın və onun qızı Leyla Yüzbaşovanın (sonradan Eldar Mahmudovun oğlu Anar Mahmudovla evlilikdən sonra Mahmudov soyadını götürüb) 2008-ci ildə Çexiyada təsis etdikləri Leco s.r.o. (Leco – Leyla corporation) şirkətjni idarə edib. Maraqlıdır ki, Hacıyevlərin Çexiyadakı şirkətinin icraçı direktoru vəzifəsini Əhmədzadənin şirkətlərində rəhbər vəzifə tutan Yuriy MIROSHNICHENKO-nun həyat yoldaşı Viktoriya MIROSHNICHENKO olub və bu şirkət də 2012-ci ildən Əhmədzadəyə məxsus ünvanda fəaliyyət göstərib.
Ən çarpıcı faktlardan biri isə Rüfət İmamverdiyevdən sonra Elman Rüstəmovun kürəkəninin beynəlxalq tədbirlərdə Beynəlxalq Bankın London ofisinin rəhbəri kimi təmsil olunmasıdır. Məsələn, 2016-cı ilin 11-12 may tarixlərində Londonda EBRD-nin illik toplantısı və biznes forumunda Cümə Əhmədzadə Beynəlxalq Bankın London ofisinin rəhbəri kimi təmsil olunub.
Elçin Kazımovun iştirakı ilə qurulan daha bir şirkət – Mehr Resources Ltd s.r.o.2008-ci ildə 400 min kron nizamnamə kapitalı ilə qeydiyyatdan keçirilib (lisenziya nömrəsi 28078586). Şirkətdəki ortaqlar isə Bakıda məskunlaşmış İran vətəndaşları olublar;
ALINAGHI ASGHARI (1971-ci il doğumlu, yaşayış ünvanı Bakı şəhəri Haqverdiyev küçəsi 23/33).
MAHBOOBEH GORJI (1971 doğumlu, qeydiyyat ünvanı Bakı şəhəri, Haqverdiyev 23/33).
Elçin Kazımovun adına rəsmiləşdirilən şirkətlərdən daha biri – East Trade Company s.r.o. ötən il mayın 3-də Çexiyada qeydiyyatdan keçib. Qeydiyyat şəhadətnaməsinin nömrəsi: 07095945. Nizamnamə kapitalı: 150 min kron. Ünvan: Klokotská 744/29, 390 01 Tábor.
Əhmədzadənin bu dəfə də maraqlı şəriki var.
YENİ ŞİRKƏTİN ORTAĞI AZƏRBAYCAN RESPUBLİKASININ ÇEXİYADAKI SƏFİRİ FƏRİD ŞƏFİYEVİN XANIMI ÜLKƏR ŞƏFİYEVADIR.
Sənədlərə görə səfirin 1973-cü il təvəllüdlü, Bakı şəhəri Həsən Əliyev 98A/36 ünvanında qeydiyyatda olan xanımı şirkətdə 30 faizlik paya malikdir.

 

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

Previous Post

İKİ MƏMURUN ÖVLADLARININ AVROPADAKI NƏHƏNG BİZNESİ… – Nələr var?

Next Post

Tramp Fələstini belə böləcək…

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

“Türk dövlətlərinə açılım və sıx iqtisadi inteqrasiya lazımdır”-Qüdrət Həsənquliyev

31 Oktyabr 2026 - 10:32

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlama verib. Elchi.az açıqlamanı təqdim edir: -...

Tramp: İranla müharibə çox tezliklə bitəcək

Tramp: İranla müharibə çox tezliklə bitəcək

30 Oktyabr 2026 - 16:28

ABŞ Prezidenti Donald Tramp İranla müharibənin, onun hansı yolla yekunlaşmasından asılı olmayaraq, yaxın vaxtlarda başa çatacağı barədə fikrini bildirib. Elchi.az...

Next Post
Tramp Fələstini belə böləcək…

Tramp Fələstini belə böləcək...

Tramp Fələstini belə böləcək…

Tramp Fələstini belə böləcək...

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.