"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İki Fatihə, bir İxlas, iki Fatimə, bir İlyas…

26 Avqust 2016 - 09:21
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanda qadın olaraq dünyaya gəldinsə, demək, həyata 1:0 uduzmuş halda doğulmusan. “Qadın böyük qüvvədir” deyimi tam bizim ölkə üçün ölçülüb-biçilmiş bir deyimdir. Nənəm demişkən, elə bil boyuna ölçüblər.

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

 

Bineyi-qədimdən bizdə qıza duz yükü kimi baxıblar. Aşağı-yuxarı, elə indi də. Həmişə evin qızı qardaş, əmi, dayı oğlanlarından bir pillə aşağıda dayanır, qorxaq, gözüqıpıq böyüdülür. Evdə, nəsildə nə qədər erkək varsa, hamısına o qızın üstə ağalıq etməyə haqq verilir, nəslin namus, qeyrət ağacına çevrilir qız. Bu, indiki zamanda da 80% ailələrdə belədir. Qızı oxutmazlar, oxutsalar da, “oxutdum qudurdu” deyib aşağılayarlar.

 

Elə ki, qız başını bir az qaldırdı, tez əli çörəyə çatan birini tapıb bu duz yükü ağırlığında olan qızı ona verib, bu ağır Naxçıvan yükünü çiyinlərindən boşaltmış olarlar. Qızdan fikrini də soruşmadan duz yükünü itələyib başqa bir qapıya atmaqla valideynlik borcundan çıxmış, namus yükünü layiqincə daşıyıb estafeti oğlan evinə vermiş kimi rahatlayıb, dərindən nəfəs alarlar. Yox, haqsızlıq etməyək, arada qızdan da fikrini soruşan olar, amma qız razı olmayınca, dövrəyə xalalar, bibilər girər. Orta məktəbi qardaş, əmi, xala oğlanlarının yumruğu, qorxusu altında gözüyumulu bitirən qızı “sən bilmirsən, ay bala, əsas oğlan səni sevsin, sonra özünü sənə sevdirəcək”, “bax, mən də sevməyib getmişəm, gör nə xoşbəxtəm”, “get qardaşlarının yumruğundan canın qurtarsın, ağ günə çıx da, ay dəlibaş”, “bax, evi də var, maşını da” sözləri ilə elə doldurarlar ki, qız bir də ayılıb görər, artıq qırmızı gəlin xələtindədi.

 

Qohum-əqrəba da toyda bir az “Vağzalı”ya kövrəlib, bir dövrə də “Leyli can, Leyli”yə oynamaqla öz missiyalarını yerinə yetirib qələbədən həzz alar.

 

Hə, bir də belə bir qayda olur. Qız ata evindən çıxdısa, ancaq ağ kəfəndə qayıda bilər ora. Başa düşmürəm, ta ağ kəfəndə ora niyə qayıdır ki? Dindirmə otağı-zaddı ora?

 

Səbəb? Səbəb bu: “Bəs el-oba nə deyər?”

 

Evdə söz-söhbət olanda da yenicə çiyinləri duz yükündən azad olan valideynlər gələrlər, söhbətin səbəbini araşdırmadan qızlarını çəkib bir-iki şillə vurar, qız anası “həyatda ana, qayınana, gəlin ola bilmək üçün dözmək lazımdı”, – deyər, qəhrəmanlıq edibmiş kimi, hələ bir fəxrlə özünü də qızına misal çəkər və gedər.

 

Bir sözlə, qızlarına təhsil, elm yerinə iki Fatihə, bir İxlas öyrədib, ər evinə yola salır, bir müddət sonra yazıq qız iki Fatimə, bir İlyasla qalır ortalıqda.

 

Bunca işgəncələrdən sonra intihar edən qızın arxasınca olmazın sözlərin danışmağa da çəkinməzlər. “Dözə bilmədi, intihar etdi” deməzlər, “nə zibilisə vardı ki, ört-basdır etmək üçün intihar etdi” deyərlər.

 

Düz deyirlər, qadın böyük qüvvədir. Böyük qüvvədir ki, bunca şeylərə dözə bilir.

 

Previous Post

İki Fatihə, bir İxlas, iki Fatimə, bir İlyas…

Next Post

Əli İnsanov yenə meydan oxudu

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17

ATƏT-in Varşavada keçirilən İnsan Ölçüsü Konfransında Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıtmaq hüququ və Ermənistanla dialoq məsələsi gündəmə gətirilib. Azərbaycan-Slavyan Gəncləri...

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

Next Post

Əli İnsanov yenə meydan oxudu

Əli İnsanov yenə meydan oxudu

Son xəbərlər

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır (VİDEO)

13 Oktyabr 2026 - 14:17
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.