İran Hörmüz boğazından keçməyə çalışan Liberiya bayrağı altında üzən EXPRESS ROME və Tayland bayrağı altında üzən MAYUREE NAREE gəmilərini vurub.
Elchi.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidməti məlumat yayıb.
İran dövlət televiziyası İİKK-yə istinadən bildirib ki, “Sionist rejiminə məxsus Liberiya bayrağı altında üzən EXPRESS ROME gəmisi bu səhər İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra İran mərmiləri ilə vurulub və yerindəcə dayandırılıb. MAYUREE NAREE konteyner gəmisi də bir neçə saat əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadıqdan və qanunsuz olaraq Hörmüz boğazından keçməyə cəhd etdikdən sonra İran qüvvələri tərəfindən vurulub”.
Məryəm





















