İngiltərə kralı III Çarlzın sabah Fransaya rəsmi səfəri təxirə salınıb.
Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Rəyasət Heyətindən verilən açıqlamada, Kral Çarlzın martın 26-29-da Fransanın müxtəlif şəhərlərinə planlaşdırılan səfəri ölkədə artan etirazlar səbəbindən təxirə salındığı bildirilib.
Açıqlamada, təxirə salınma qərarının Kral Çarlz və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığından sonra iki ölkə hökumətləri tərəfindən verildiyi bildirilib.
Kralın rəsmi proqram çərçivəsində etirazların zorakılığa çevrildiyi Parisə və nümayişçilərin bələdiyyə binasının qapısını yandırdığı Bordoya səfəri gözlənilirdi. Onun səfər çərçivəsində Yelisey Sarayı, Orsay Muzeyi, Versal Sarayı və Zəfər Tağında görüşlər keçirəcəyi gözlənilirdi.
Almaniya səfəri planlaşdırıldığı kimi keçiriləcək
Planlandığı kimi reallaşdırılacağı açıqlanan Almaniya səfəri çərçivəsində Kral Çarlzın Berlin və Hamburqda görüşlər keçməsi, Almaniya Parlamentində çıxış etməsi gözlənilir.
Yeganə