III Çarlz Kim Çeni təbrik etdi

102

Britaniya kralı III Çarlz Şimali Koreya lideri Kim Çen Inı Koreya Xalq Demokratik Respublikasının yaranmasının 75-ci ildönümü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, təbriklər sentyabrın 9-da qəbul edilib. Kral KXDR xalqına parlaq gələcək arzulayıb. Agentliyin məlumatına görə, Şimali Koreya liderini Əlcəzair, Mozambik, Konqo, Seneqal, Seyşel adaları, Namibiya, Banqladeş, Azərbaycan, Türkmənistan, Tacikistan, Nepal, Sinqapur, Filippin prezidentləri, Tailand kralı, kralı da təbrik edib.

Havar Şəfiyeva