Sentyabrın 8-də Kraliça II Yelizavetanın ölümündən bir il ötəcək. Ancaq onun şərəfinə abidə yalnız indi yaradılır. Qeyd edək ki, bu, kraliçanın ölümündən sonra ucaldılan ilk abidə olacaq.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, heykəli heykəltəraş Hyvel Bran Pratley 800 kiloqram gildən hazırlayır və onun qiyməti 125 min funt sterlinq olacaq.
Heykəlin yaradılması üçün pul ingilislər tərəfindən bağışlanıb, “Oakem Memorial” İnstitutu bunun üçün qrant verib.
Yeri gəlmişkən, Yehlizavetanın heykəli tək deyil, o, heykəldə özünün sevimli 3 ev heyvanı ilə əhatə olunacaq. Onlardan biri oturacaq, ikincisi qabağa baxacaq, üçüncüsü tullanacaq.
Kral sarayının sözçüsü Sarah Furness “The Art Newspaper”-ə deyib:
“Ümid edirik ki, heykəli payızda, Kraliçanın ölümünün ildönümünə təqdim edə biləcəyik”.
Abidə Britaniyanın Okham şəhərinin kitabxanasının yaxınlığında peyda olacaq.
Yeganə