II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq.
Elchi.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
“II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb”, – DİM sədri bildirib.
Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq
Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....





















Son şərhlər