"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

II Qarabağ İqtisadi Forumu keçiriləcək – FOTO

15 Yanvar 2022 - 16:51
in SİYASƏT
FacebookVatsap

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnar Məmmədlinin verdiyi məlumata görə bu barədə İB-in İdarə Heyətinin yığıncağında qərar qəbul edilib.

Bunu da oxuyun

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

İctimai Birlikdən verilən məlumata görə, İB-nin sədri Xəyyam Əsgərov toplantıda çıxış edərək bildirib ki, ötən il keçirilmiş I Qarabağ İqtisadi Forumu həm ölkəmizdə, eyni zamanda xaricdə, o cümlədən də KİV-də böyük maraqla qarşılanıb. Forum haqqında yerli və xarici mediada maraqlı və məzmunlu məqalələr dərc olunub, reportajlar hazırlanıb, sosial şəbəkələrdə geniş müzakirələr aparılıb. Yazılarda ilk dəfə keçirilmiş bu forumda işğaldan azad edilmiş torpaqlarımızda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, çiçəklənən diyara çevrilməsi istiqamətində dövlətimizin gördüyü işlər və gələcək planlar haqqında səmərəli müzakirələrin aparılması, mühüm təkliflər irəli sürülməsi yüksək qiymətləndirilib. Bütün bu faktlar cari ildə də II Qarabağ İqtisadi Forumunun keçirilməsini zəruri edir. Həm də nəzərə almaq lazımdır ki, ötən müddət ərzində azad edilmiş ərazilərdə miqyası böyük olan işlər görülüb, ciddi layihələr həyata keçirilib. Forumun tarixi, təşkilati işləri, müzakirə olunacaq məsələlər haqqında rəy və təkliflər növbəti yığıncaqlarda diqqətdən keçiriləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, “İMZA”nın xüsusi ilə də sosial şəbəkələrdəki fəaliyyəti ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bu gün “İMZA” sosial şəbəkələrdə sayı milyonlarla ölçülən statistikaya malikdir. Ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın dövlətimizin və millətimizin ali mənafeləri naminə gördükləri işlərin, fəaliyyətlərinin, dövlət tədbirlərinin, ictimai-siyasi, o cümlədən də sosial-iqtisadi həyatın bütün vacib məsələlərinin həm səhifələrimizdə, həm də “imzainfo.az” protalımızda yüksək səviyyədə, peşəkarlıqla və operativ qaydada işıqlandırılması izləyicilərimiz tərəfindən böyük maraqla qarşılanır.

Ötən il “İMZA”nın təşəbbüsü ilə dövlətimiz üçün mühüm günlər, Ulu Öndərimiz Heydər Əliyevin anım günü, 20 yanvar, Xocalı soyqırımı, Novruz bayramı, və sairə ilə bağlı müxtəlif səpkili tədbirlər, görüşlər, yığıncaqlar keçirilib. “İMZA”çılar adından 8 noyabr qələbə günü münasibəti ilə xüsusi video-çarx hazırlanıb. Həmin video-çarxda əcnəbi ictimai-siyasi xadimlər, deputatlar, diplomatlar, jurnalistlər, politoloqlar, incəsənət adamları Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, xalqımıza və dövlətimizə qələbə münasibəti ilə öz təbriklərini çatdırıblar. Bununla yanaşı keçən il regionlarda şəhid və qazi ailələri ilə görüşlərdə İB fəallıq göstərib, bu cür çox mühüm və milli borc mahiyyətli, əhəmiyyətli tədbirlərdən öz dəstəyini əsirgəməyib, bu məqsədlə müxtəlif təkliflər irəli sürüb.

“İMZA” könüllüləri isə İB-nin bütün tədbirlərində böyük fəallıq göstəriblər.

İB-nin idarə heyətinin toplantısında vurğulanıb ki, “İMZA” öz xarici əlaqələrini bundan sonra da genişləndirmək niyyətindədir. Belə ki, xarici ölkələrdə tədricən nümayəndələr təyin olunacaq və bu seçimlərdə əsas meyar Azərbaycan dövlətinə və millətinə bağlılıq, milli maraqlarımıza sədaqətlə xidmət etmək olacaq. İdarə heyətinin qərarı ilə ilk xarici nümayəndə qardaş Türkiyədə fəaliyyət göstərəcək. “İMZA”-nın Türkiyə nümayəndəsi yekdilliklə qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç seçilib. O, müvafiq sənədləri imzalayıb. Sədr Xəyyam Əsgərov H. Kılıça İB-nin üzvlük vəsiqəsini təqdim edib. “İMZA” rəhbəri bildirib ki, qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü günlərinə təsadüf etmiş bu təyinat həm də rəmzi məna daşıyır. Biz Türkiyəni öz dövlətimiz hesab edirik və ona görə də belə bir qərar qəbul etmişik. Hulusi Kılıç isə uzun illərdir ki, məhz bu amallara-qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Dövlətlərimiz arasında əlaqələrin inkişafında onun müstəsna xidmətləri var. X. Əsgərov əlavə edib ki, Hulusi bəy həm də “İMZA” sədrinin İqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də yerinə yetirəcək. Sədr kollektiv adından H. Kılıça gələcək fəaliyyətində uğurlar arzuladı. “İMZA” İB-nin Türkiyə nümayəndəsi, sədrin İqtisadi məsələlər üzrə müşaviri, fövqəladə və səlahiyyətli səfir H. Kılıç ona göstərilən bu etimada görə minnətdarlıq etdi. Bir “İMZA”-çı olaraq bundan sonra da xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfələr verəcəyini, İB-nin layihələrinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışacağını və bunda da ən vacib prinsip kimi qəbul etdiyi “Bir Millət, İki Dövlət” məfkurəsini əsas götürəcəyini deyib.

Sonra “İMZA” İB-nin 2022-ci il üçün nəzərdə tutulmuş digər planları, cari məsələləri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.

II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
II Qarabağ İqtisadi Forumu keçiriləcək
Previous Post

II Qarabağ İqtisadi Forumu keçiriləcək – FOTO

Next Post

Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Bənzər yazılar

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37

BMT Baş Assambleyasının Xüsusi Siyasi və Müstəmləkəsizləşdirmə Komitəsinin (Dördüncü Komitə) birinci plenar iclası zamanı Azərbaycan BMT-nin dekolonizasiya səylərinə sarsılmaz dəstəyini...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53

Bu gün Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci...

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqı Şurasının Şərqi...

Next Post
Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.